search
menu
person

NEWS AND UDATES


16:47
Ş İ K A Y Ə T - Lənkəran məhkəməsində Hakim Mütəllim İsayevin biabırçı saxtakarlığı

Ş İ K A Y Ə T - Lənkəran məhkəməsində Hakim Mütəllim İsayevin biabırçı saxtakarlığı

Ş İ K A Y Ə T - Lənkəran məhkəməsində Hakim Mütəllim İsayevin biabırçı saxtakarlığı

Vətəndaş Abbasova Xanımnisə Həmdəm qızı Lənkəran Rayon Məhkəməsinin hakimi İsayev Mütəllim Allahverdi oğlu, Masallı Rayon Məhkəməsi hakimi Alməmmədov Anar Aqil oğlu, "Muğan Bank" Masallı filialının rəhbəri haqqında Prezident İlham Əliyevə, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova və digər qurumlara şikayət edib.

Şikayətlərinin bir surətini də Realnewsinfo.com-a yollayan vətəndaş Lənkəran Rayon Məhkəməsinin hakimi İsayev Mütəllim Allahverdi oğlu, Masallı Rayon Məhkəməsi hakimi Alməmmədov Anar Aqil oğlu, "Muğan Bank" Masallı filialının rəhbərinin qanunsuz əməllərinin ictimailəşməsini xahiş edib.

Vətəndaşların şikayətini olduğu kimi təqdim edirik:

Hörmətli Cənab Prezident və səlahiyyət sahibləri!

13 may 2013 cü il tarixdə Mən Abbasova Xanımnisə Həmdəm qızı Muğan Bankın Lənkəran filialında 1700 manat kredit götürmüşəm. Bank tərəfindən mənə müqavilə verilmədi dedilər ki, sənədləri Masallı şöbəmiz təsdiq edəndən sonra zəng vurarıq gəlib götürərsiz. Qeyd edim ki, kassa əməliyyatı aparıldı. Mənə iki ədəd kassa çeki verildi. Həmin çekləri yaşadıqım evdə harada qoyduqumu unutmuşdum. Bir neçə müddət idi ki, həmin mənə verilən çekləri axtarırdım. Nəhayət ki. Çekləri tapa bildim. Deməli bir çekdə 1762 manat, digər çekdə isə 50.50 qəpik qeyd olunub. Bank tərəfindən bizə zəng olunmadı ki, gəlin müqaviləni götürün. Bir neçə ay sonra kəndimizdə yaşayan polis axranı (hansıki oda başka bir bankda mühafizəçi işləyir) şəxsiyyət vəsiqəmi oğluma vermiş və demişdirki yoldan tapmışam.
Bu zaman burada belə bir sual yaranır... Mənim Banka verdiyim şəxsiyyət vəsiqəm yolda nə gəzirdi?
Təbii ki, bu suala cavab tapmaq elə də çətin deyil.
Vəsiqəmi elə sözügedən bankdan ona veriblərki bizə çatdırsın. Mənə aid olan pensiya kartımı bank özündə saxlamaq şəti ilə mənə 1200 manat pul verdi. Çünki, oğlumun banka 500 manat borcu qalmışdı. Bizim səhlənkarlığımız və savadsızlığımız da bu olub ki, banka müqaviləni istəməyə getməmişik və Bank rəhbərliyi vəzifə səlahiyyətlərindən və oğlumun savadsızlıqından sui istifadə edərək istədiklərini etmiş və bununlada böyük bir cinayət törədiblər.
Hörmətli Məhkəmə Kollegiyası nəzərinizə çatdırmaq istəyirəm ki, sözü gedən Muğan Bankın iki rəhbər işçiləri, bunlardan biri şəxsən mənə Kredit verib (müdiriyyət) Fikrət və Çingiz hər ikisi bu cür etdiy cinayət əməllərinə görə Baş Mütəşəkkill Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən cinayət işi açılaraq həbs olunublar.
Ona görədə bu bankın Lənkəran filialı bağlandı və bizim pensiya kartlarımız Masallı filialına göndərildi. Kredit müddəti bitdikdən sonra, oğlum pensiya kartımı almağdan ötrü Muğan Bankın Masallı şöbəsinə getmişdir. Bankda ona bildiriblər ki, sizin Banka olan kredit borcunuz bitməyib. Oğlum deyib ki, kredit müqaviləsin çıxardın baxın bizim borcumuz qurtarıb. Biz kartımızı almağa gəlmişik. Oğlumun dediklərinə görə 5 saat bank işçiləri sənədləri axtardı və müqaviləni tapa bilmədilər. Həmin gün oğlum və bacım oğlu bankın müdiri Turan adlı şəxsin yanında olublar. Bütün bu baş verənləri ətraflı olaraq tam təfərruatı ilə ona izah ediblər. Beləliklə Bank rəhbəri Turan adlı şəxs deyib ki, biz inanırıq Siz götürməmisiz pulu amma sistemde sizin adınıza borc var. Siz bu işi prakurorluğa şikayət verməlisiz. Sizin kimi aldadılan vətəndaşlar çoxdu.
Oğlum bankın müdirini xəbərdar edərək gedib pensiya kartımın kopyasını çıxartdirdi. Məsələnin üstündən bir neçə il keçdikdən sonra bizə məlum oldu ki, pensiya kartımızdan pul silinir.
Məsələni aydınlaşdırmaq üçün bacım oğlu Lənkəran Məhkəməsinin icra şöbəsinə getmiş və ona bildirmişlərki bizim məhkəmədə Abbasova Xanımnisə Həmdəm qızına aid heç bir iş olmayıb. Bacım oğlu pensiya idarəsinə getmiş və orda ona demişlərki 11 sentyabr 2015 ci il tarixli Masallı rayon Məhkəməsinin qərarı ilə sizin pensiyadan tutulur. Masallı Rayon Məhkəməsinin verdiyi qərarın kopyasını ordan alıblar. Onuda işə əlavə edirəm.
Görəsən niyə Muğan Banka fırıldaqçı rəhbərlər təyin olunurlar, Turan adlı rəhbərdən qabaq iki rəhbər cinayət etdiklərinə görə həbs olunublar. Turan müdir də cinayət edərək Masallı Rayon Məhkəməsini aldadaraq məni Masallı Rayon Çaxırlı kəndində yaşayan Abbasova Xanımnisə Həmdəm qızı kimi məhkəməyə vermişdir.

Ş İ K A Y Ə T - Lənkəran məhkəməsində Hakim Mütəllim İsayevin biabırçı saxtakarlığı

Masallı Rayon Məhkəmasinin hakimi Anar Alməmmədov mənim şəxsiyyət vəsiqəmə baxmadan, qeydiyatımın harada olmasını bilmədən, ona təqdim olunmuş saxta sənədlərə görə əmr verib ki, pensiyadan pul tutulsun. Masallı Rayon İcra şöbəsi də Turan müdir və Anar hakimə görə Sosial Müdafiə Fondunu aldadaraq saxta məktub göndərmişdir ki, Masallı rayon Çaxırlı kəndində yaşayan, lakin Lənkəran rayon Kərgəlan kəndində qeydiyyatda olan abbasova Xanımnisə Həmdəm qızının pensiyasından tutularaq saxtakar Muğanbanka ödənilsin. Və saxta cinayət əməllərinə nail olmuşlarda. Bacım oğlu Əmrin sürətini Muğanbanka apararaq müdir olan Turana demişdirki ayib olsun sizin üçün ki, yazığ, xəstə, iki övladını, həyat yoıdaşını itirmiş ananı, 4 il Qarabag döyüşlərində fədakarcasına döyüşmüş, 3dəfə ağır yaralanmasına baxmayaraq yenə döyüşlərini davam etdirmiş bir oğulun anasını aldadırsız. Ali orqan olan Məhkəməni aldadırsız Sizə kim bu ixtiyarı verib? Ondan şikayət edəcəyini bildirəndə Turan mobil telefonla Anar adlı hakimi yığıb verdiyi qərarın ləğvini istəmişdir. Möhtərəm hakim də sağ olsun cinayətkar, yalançı müdirin sözündən çıxmamışdır. Verdiyi əmri ləğv etmişdir.
Möhtərəm Hakimlər Kollegiyası diqqət yetirin:
Guya Hakim Anar Alməmmədov 11 sentyabir 2015 ci ildə əmr verir.
Icra şöbəsi İsmayıl Abazəliyev tərəfindən 07 dekabr 2017 ci il verilən əmr icra olunur.
Hakim Anar Alməmmədov tərəfindən 30 mart 2018 ci il verdiyi əmr ləğv olunur.
Bütün bunlara baxmayaraq Muğan Bank müdirinin qanında cinayət moleykulları coxalır, yenidən eyni işi Lənkəran Məhkəməsinə göndərir. Ilk dəfə 18 aprel 2018 ci il məhkəmə bildirişi aldıq və məhkəməyə getdik. Lənkəran Məhkəməsinin hakimi Məhəmmədəli Rzayev məhkəmə zalında başımıza gələnləri dinləyərək bildirdi ki, bu bankın işləri hamısı elədir.
17 iyul 2018 ci il Qərardad çıxartdı. (Qərara aldı: iddiaçı Muğanbank ASC nin cavabdeh Abbasova Xanımnisə Həmdəm qızına qarşı borcun ödənilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 10 gün müddətində şikayət verilə bilər.) Bir neçə ay sonra yenə bizə Lənkəran Məhkəməsi tərəfindən bildiriş gəldi. Muğan Bankın saxtakar müdiri Turan bizdən və saxta əməllərindən əl çəkmədən, düzəltdiyi saxta müqavilə ilə yenə işi məhkəməyə verdi. Yenə getdik Məhkəməyə... amma, bu dəfə hakim Mütəllim İsayev idi.

Ş İ K A Y Ə T - Lənkəran məhkəməsində Hakim Mütəllim İsayevin biabırçı saxtakarlığı

Katib deyəndə ki, QALXIN MƏHKƏMƏ GƏLİR: Hakim və bankın hüquqşünası birlikdə zala daxil oldular. Heç bankın hüquqşünasına ehtiyac yox idi. çünki Hakim saxtakar bankı, əlində tutduğu saxta müqavilə ilə necə lazımdırsa özü müdafiə edirdi. Bİizi dinləmək istəmədi. Oğlum dediki möhtərəm hakim biz ekspertiza tələb edirik. Çünki imzaların hamısı saxtadır. Hakim bərkden oğlumun başına qışqırıb dedi gedib kredit gotürürsüz sonra vaxtı uzadmaq üçün ekspertiza tələb edirsiz. Hakim Bankın hüquqşünasınada dediki Sizdə gedin faizləri yenidən hesablayın borcu çoxaldın. Ama yenədə sağ olsun ki, ekspertiza təyin etdi. Mənə 4 səhifədən ibarət imzalar çəkdirdilər. Üstünnən bir ay keçmişdi yene zəng vurdularki imza çəkmək lazımdır. Yenədə bacım oğlu apardı məni 4 shifədən ibarət imza çəkdim. Cəm 8 səhifa (A4) ölçülü imza çəkmişəm. Hakim fikirləşmirki bizə vaxt uzadmaq lazım deyil. Hüquqlarımızı qoruyuruq.
18 iyul 2019 cu il Ekspert Rəyi gəlib. 07 avqust 2019 cu il məhkəmə oldu yenə möhtərəm hakimnən əvvəl hakim otağindan zala girən hüquqşünas oldu. Iki dəqiqə sonra Möhtərəm Hakim Mütəllim İsayev zala daxil olaraq, heç bir sorğusuz, sualsız sakitcəsinə qabaqcadan hazırladığı qərarı oxudu. Üç dəqiqəlik məhkəmə keçirildi. Bu qədər asan xidmət...
And olsun göydəki Allaha. Şəhid olan oğlumun ruhuna. Onnan sonrakı iki oğullarımın ruhuna. Biz o pulu götürməmişik. Bunu Bankın müdiri də bilir. Bir işə üç dəfə baxan hakimlərdə bilirlər.
Çox hörmətli Məhkəmə Kollegiyası 18 iyul 2019 cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Ekspert Rəyində Tədqiqatın Nəticəsinə nəzər salaq.
Ekspertizaya təqdim olunmuş mülki işin 51-53 vərəqələrində olan Muğan Bank ASC ilə Abbasova Xanımnisə Həmdəm qızı arasında olan 27 may 2014 cü il tarixli 4077 saylı kredit müqaviləsinin 1-ci və 2-ci vərəqələrinin aşağı sağ künclərindəki imzalarda, 3-cü vərəqəsində isə Borc alan Abbasova Xanımnisə Həmdəm qızı imza qrafasındakı imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi, imzaların hərfi tərkibi olmaması, Abbasova Xanımnisə Həmdəm qızının əlavə sərbəst imza nümunələrinin təqdim olunmaması səbəblərindən həmin imzaların Abbasova Xanımnisə Həmdəm qızı tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. EKSPERT: ZAUR NƏSİROV
1. Görəsən Möhtərəm Hakimin marağı nədirki 8 səhifə imza çəkdirib mənə. Amma ekspertizaya 1 səhifədə göndərməyib?
2. Ekspertiza imzaların mənim olub-olmamasını müəyyən edə bilməyibsə deməli imzalarda nəsə şübhə var.
3. Işə əlavə etdiyim xəzinə mədaxil orderi 13 may 2013 cü il tarixli 4077 saylı müqaviləyə əsaslanır. Kredit məbləği də 1762 manatdır. Necə olur ki bankın Məhkəməyə təqdim etdiyi 4077 saylı kredit müqaviləsi 27 may 2014 cü ildə olur?
4. Hakim Mütəllim İsayev bütün bu faktları kənara qoyaraq, Ekspertizanın müəyyən edə bilmədiyi imzaları necə müəyyən etdi? Bu sual Cox maraqlı və düşündürücü sualdır. Məgər elə deyilmi?
5. 27 may 2014 cü il tarixli 4077 saylı müqavilə tam saxtadır. Bu sənədin saxtalığının müəyyən edilməsinə heç ekspertizada lazım deyil. Çünki təkcə 4077 saylı müqavilənin saxta olmasını sübut edən faktlar müqavilənin üzərindədir.
1. 4077 saylı müqavilə 27 may 2014 cü ildə deyil, 13 may 2013 cü ildə bağlanıb.
2. 4077 saylı müqavilə 3700 AZN deyil 1762 AZN lə bağlanılıb.
3. 4077 saylı müqaviləyə nəzər yetirdikdə şəxsin imzaları tam fərqlidir.
4. 4077 saylı nüqavilənin 1 ci səifəsinə baxdıqda görünür ki, bu müqavilə skan olunmuş və üzərində olan yazılar dəyişdirilmişdir. Bununda bir cinayət olduğunu hamımız gözəl bilirik. Belə ki, müqavilənin 1-ci səhifəsində göstərilib...
((bundan sonra borc verən adlandırılacaq) bir tərəfdən → bundan sonrakı yazılara nəzər salaq. Lənkəran ray. Kərgəlan k. Ünvanında yaşayan Abbasova Xanımnisə Həmdəm qızı və AZE 14013737, 31.10.2013-ci il tarixdə Lənkəran ŞRPŞ yazıların sonradan necə dəyişdirildiyi görsənir.) Müqavilənin 4-cü bəndində də 4.1 ci maddəsində 212101851004077.AZM31 saylı suda hesabı dəyişdirilmiş. 4.2 ci maddasində (27 iyun 2014 cü il), sonra (27 may 2017 ci il), sonra (27.-indan), sonra (151.05 (bir yüz əlli beş manat 05 qəpik)) yazıları sonradan dəyişdirilmiş, müqavilənin 10 cu bəndində tərəflərin hüququ ünvanları və rekvizitlərinə nəzər saldıqda isə Borc alan Abbaasova Xanımnisə Həmdəm qızı Lənkəran ray. Kərgəlan k. yazısı dəyişdirilmiş, 10.10.2005 ci il tarixdə Lənkəran ŞRPŞ tərəfindən verilmişdir verildiyi tarix səhv olaraq dəyişdirilmədən qalıb. Bu tarixi dəyişmək yadlarından çıxıb. Şəxsiyət vəsiqəsi 31.10.2013 cü il tarixində Lənkəran ŞRPŞ tərəfindən verilib.
Biz dəfələrlə məhkəmədə Hakimə bildirmişik ki, bu müqavilə və Imzalar saxtadır. Necə bu Hakimlər sozü gedən 4077 saylı müqaviləni oxumadan vətəndaşın əleyhinə Qərar çıxara bilirlər? Hətta bu saxta müqaviləni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərirlər imzaların Abbasova Xanımnisəyə aid olub-olmamasını müəyyən etməkdən ötrü. Halbuki müqavilə ozü saxtadır... Bilmək istəyirik ki, bankın saxtakarlığına bizim möhtərəm hakimlərimiz nəyə görə göz yumublar?
Möhtərəm Məhkəmə Kollegiyası Sizdən bir ağbirçək ana kimi xahiş edirəm bu işi ciddi araşdırasınız, Məhkəmə istintaqı aparılsın. Işdə cinayət edən şəxslər məsuliyyətə cəlb edilsinlər. Bütün bunları Muğan Bankın Masallı şöbəsinin müdiri Turan adlı şəxs təşkil edib. Çünki 2014 cü ildə Biz Muğan banka kartımızı almağa gedəndə orda mübahisə düşdü. Biz müqaviləni tələb etdik, bankda heç bir müqavilə yox idi. Sonradan bu müqaviləni saxtacasına tərtib ediblər. Mən həyat yoldaşımı və 3 cavan oğlumu itirmişəm. Məni cinayətkarların şərindən qoruyun.
Bütün bunları nəzərə alaraq Lənkəran Məhkəməsinin verdiyi Qərarı ləğv edəsiniz və cinayət edən şəxslərin qanunla məsuliyyətə cəlb olunmasını təmin edəsiniz.

Faktla bağlı araşdırmalarımız davam edir.

Nəticələri irəliləyən araşdırmalarımızda təqdim edəcəyik.

Problemin varlığını və eləcədə bütünlüklə bu məsələləri diqqətimizdə saxlayacağıq.

XƏBƏRİN ARDI VAR !!!

Adı çəkilən şəxslərin də qarşı tərəf kimi münasibətini dinləməyə hazırıq

XƏBƏRİ HAZIRLADI ARAŞDIRMAÇI - JURNALİST EMİN HAQQ

REALNEWSINFO.COM

tolishstan.com
Category: XƏBƏRLƏR | Views: 87 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $