search
menu
person

NEWS AND UDATES


09:46
Səxavət Məmməd :  Eyvaz Hüseynov və Akif Həsənov məni çəkdilər kənara  Dedilər, sən türk oğlusan, niyə talışların yanındasan?
     
Səxavət Məmməd :  Eyvaz Hüseynov və Akif Həsənov məni çəkdilər kənara  Dedilər, sən türk oğlusan, niyə talışların yanındasan?

Əslində heç vaxt yazmaq istəmirdim. Ancaq yazmalıyam. Çünki özləri qaşındı. İt kimi arxada hürənlər var, yazım bilsinlər.
Demək, Qarabağ müharibəsi ilə bağlı araşdırmalar, müsahibələr yazıram. Bu yazıların hamısını işdən sonra işləyirəm. Səbəb çox sadədir. Sayt rəhbərləri uzun yazılardansa, qısa bir neçə mövzunun işlənməsinə meyilidir. Bu səbəbdən də, yazıların hamısını işdən sonra yazmışam və qarşılığında da heç vaxt qonorar almamışam. Qonorar almamağımla yanaşı bu günə qədər o yazılara görə, başqa birilərindən də heç nə almamışam. Təklif ediblər, hamısın geri çevirmişəm. Yalandırsa, hamısı dostluğumda var, gəlib, yalanımı üzə çıxarsınlar. Bunu yazmağıma səbəb, bəzi təkhüceyrəlilərin, pul qarşılığında yazır düşüncəsidir.
Qarabağ müharibəsində döyüşən bütün briqadalardan, işağal edilmiş rayonlardan yazmışam. Neçə qaranlıq məsələni araşdırıb orytaya qoymuşam. Davam da edəcəm.
Amma nədənsə mənim 704 saylı briqada ilə bağlı yazdığım yazılardan sonra bir çoxları gəlib ortaya atılır ki, elə ancaq bunlardan yazırsan. Yalançının sürünü, sülaləsini. Əslində isə ən az yazdığım məhz 704-dür.
Ötən il Xocavənd rayonunda 704-ün keçmiş döyüşçüləri ilə Xocavənd və Beyləqan özünümüdafiə batalyonunun döyüşçüləri arasında görüş oldu. Görüş necə keçdi, nə oldu, bunu yazmışam. Başqa məsələyə toxunacam.
Xocavənd Rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov və Beyləqan batalyonunun komandiri olmuş Akif Həsənov məni çəkdilər kənara. Dedilər, sən türk oğlusan, niyə talışların yanındasan? Kənardan elə görünür ki, onları müdafiə edirsən.
Güldüm. Dedim, əvvəla onların haqları var. Tapdanır, ona görə yanlarındayam. İkincisi isə, insanlar həqiqəti bilmədən, separatçı deyirlər, faktiki olaraq hərbi hissədən heç kim Lənkərana getməyib. Onların yanında türk oğlu olmalıdır ki, onlar da bilsin, dışlanmayıblar. Əslində mənim etdiyim dövlətin edəcəyi bir məsələdir. Bunları deyəndən sonra Eyvaz Hüseynov əlimi sıxdı, Akif Həsənov isə qucaqlayıb öpdü. Hətta dedilər, bu uşaq yaşınla, bunları edirsənsə, bundan sonra söysən də, sənə heç nə demək olmaz. Bir cümlə o yan, bu yan yazan alçaqdır. Yazmışamsa, gəlib desinlər ki, alçaqsan.
704 saylı briqadanın komandiri olmuş Mikayıl Hacıyevlə müsahibə etmişəm. Biriləri yazır ki, guya pula görə yazıram. Biriləri də xəyanətdə ittiham edir.
Xəyanətkar kimdir? Xəyantkar yalanı müdafiə edənlərdir, gerçəyi fərqli danışanlardır. Hərbi formanı əyinə keçirmək vətənpərvər nə bilim, nə olmaq deyil. O forma o zaman müqəddəs olur ki, onu əyninə keçirən adam haqqı deyə bilir, haqq uğurunda döyüşə bilir, yoxsa yal üçün meymunluq etmir. Yeri gəlmişkən o forma altında o qədər xəyantəkarlar üzə çıxdı, o qədəri də var ki.
Nəcməddin Sadıkovun adını çəkə bilməyənlər, gəlib mənə nağıl danışmasın.
Millətçi biri öz ölkəsinin vətəndaşına qarşı şirə dönməz. Milətçi üçün obyektlər nə çox, rusu, ermənisi, farsı nə bilim kimi, kimi. Talışı da mənimdir, ləzgisə də, türkü də.
Separatçı dedikləri adamlardan əvvəllər imdad diləyənlər, indi bunu danır, erməni ilə qohumluğu olmuş biri indi ermənini söyüş kimi istifadə edir.
Qısası, gül ağzımı açdırmayın. Topunuzu götürüb gedin, o yanda oynayın. Gələn dəfə belə yazmayacam. Söz, gələn dəfə yazası olsam, xətir-hörmət qoymayacam, hər şeyi tapdalayacam.

https://www.facebook.com/sakhavat.memmed/posts/2268003779993991

tolishstan.com
Category: TALIŞH | Views: 58 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $