/ Новости сайта / XƏBƏRLƏR / Sahil Babayevin “açıl susam, açıl” saytı: pullar necə verilir?
05.06.2020

Sahil Babayevin “açıl susam, açıl” saytı: pullar necə verilir?

Sahil Babayevin “açıl susam, açıl” saytı: pullar necə verilir?


Bu da sizə gənc və islahatçı nazir – Sahil Babayev…Bəli, əmək və əhalinin sosial müdafiəsi naziri və rəhbəri olduğu struktur əhalini rəsmən dolayıb.
Çnüki nə kəramətdirsə, ABŞ kimi supergüc və nəhəng dövlət öz vətəndaşlarına pandemiya dövründə pul paylamaqda heç bir çətinliklə üzləşmir, mexanizmdə və sistemdə texniki problemləri yaranmır, amma Amerikanın bir ştatı boyda olmayan Azərbaycanda işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmə ilə bağlı e-sosial.az saytı “açıl susam, açıl” nağılına çevrilir.
  Ötən gündən başlayaraq, vətəndaşlar e-sosial.az saytına daxil ola bilmirlər.
Bu barədə sosial şəbəkələrdə video və foto faktlar təqdim edirlər, həmçinin, şikayətlər gəlməkdədir. Faktiki olaraq, e-sosial.az saytı açılmır – sanki bloklanıb.
Hətta açılsa belə, vətəndaş şəxsiyyət vəsiqəsinin FİN kodunu və telefon nömrəsini yazanda ya “xəta” cavabı gəlir, ya da heç bir məlumat çıxmır. Cəmiyyətə ismarış verirlər ki, bəxtinizi bir daha sınamayın!
Nazirliyin isə təbii ki, bütün bu rüsvayçılığa cavabı hazırdır: sistemdə yüklənmə var.
Lakin 300 milyon əhalisi olan Amerikada, 80 milyon əhalisi olan Almaniyada işsizlərə ödənişlər edilməsində nə yüklənmə olur, nə də texniki səhvlər…
Ona görə də nazirlik birdəfəlik elan etsin ki, işsizlərə 190 manatı vermək fikrimiz yoxdur, əlinizi üzün.
Əks təqdirdə, qurumun mətbuat katibi Fazil Talıbovun həftəbecər açıqlamalar verməklə evdə oturan minlərlə insanı ələ salmasına, dolamasına, ümidləndirməsinə nə ehtiyac var?!


ƏƏSMN sözçüsü deyir: “Müraciət üçün www.e-sosial.az portalından istifadə etmək, “e-xidmətlər” bölməsinə daxil olmaq lazımdır”.
Daxil ola bilmirik axı, cənab nazir və onun danışmanı Talıbov…
Axı prezident İlham Əliyev işsizlərin pandemiya dövründə sosial vəziyyətinin daha da ağırlaşmaması üçün vəsait ayırır, tapşırıqlar verir, icrası da S.Babayevlə tabeliyindəki əməkdaşların borcudur.
Hər halda dövlət başçısı saytın niyə yüklənməsinə görə də məsuliyyət daşımalı deyil.
Eyni zamanda vətəndaşı da haqsız çıxarmağa heç kəsin ixtiyarı yoxdur. Çünki problem nazirlikdən qaynaqlanır.
Bu arada iqtisadçı-alim Qubad İbadoğlu yazıb ki, son günlər mənə məşğulluq xidmətində işsiz kimi on-line qeydiyatdan necə keçməklə bağlı suallar daxil olur.
Odur ki, bu barədə bildiklərini bölüşüb: “Əgər sistemdə problemlə qarşılaşsanız onda 108-ə zəng edin, əlavə məlumat alın.
1. www.e-sosial.az saytına daxil olun.
2. Əgər asan imza və ya elektron imzanız yoxdursa, onda istifadəçi Fərdi İdentifikasiya Nömrəsi (FİN) ilə daxil olmalısınız.
3. Onlayn qaydada İstifadəçi FİN-inin əldə olunması üçün
“Qeydiyyatdan keçin” düyməsini seçərək şəxsiyyət vəsiqənizin FİN kodunu və adınıza olan mobil nömrənizi daxil edin. Şəxsiyyət vəsiqəsində (həm köhnə və həm də yeni versiyada) FİN kodunun tapılması qaydasını bu mətnə şəkil bölməsində əlavə edirəm.
4. Mobil telefonunuza gələn aktivasiya kodunu uyğun xanada yazıb, öz şifrənizi təyin etməklə qeydiyyatınızı tamamlayın.
5. İstifadəçi FİN ilə daxil olun, şifrənizi yığın və məşğulluq bölməsinə daxil olub, orda uyğun məlumatları yerləşdirin. (Reportyor.info)

tolishstan.com


 
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: