02.11.2021

UK Aims to Seize £15 Million From Family of Azeri Politician

The United Kingdom’s National Crime Agency (NCA) is looking to seize 15 million pounds (US$20.5 million) in bank accounts that belong to the wife, son, and nephew of Javanshir Feyziyev, an influential Azerbaijani politician. The agency believes the money had been laundered through a vast money transfer system uncovered in 2017 by OCCRP.
02.11.2021

"Azərbaycanda dövlət rüsumlarının dəyişdirilməsi insanların həyatına heç bir mənfi təsir göstərməyəcək"

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı komitənin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, Azərbaycanda hər bir vətəndaşın ödədiyi dövlət rüsumunun orta illik məbləği 35 manat təşkil edir ki, bu da vətəndaşın gəlirlərinin təqribən 0.5 faizini təşkil edir. T.Mirkişili bildirib ki, bəzi ölkələrdə bu məbləğ 8 faizdən yuxarıdır.
30.10.2021

“Ermənilərlə yenidən qohum olacağıq”


Milli Məclisin deputatı Tahir Rzayev ermənilərlə yenidən birgə yaşayışla bağlı bunları deyib: 

“Tarix boyu müxtəlif xalqlar arasında  müharibələr baş versə də, zaman keçdikcə onlar sülh bağlayıb və bir yerdə yaşamağa başlayıblar. Bu baxımdan yanaşsaq, Qarabağda azərbaycanlılarla ermənilərin də birgəyaşayışının mümkün olduğunu deyə bilərik.
28.10.2021

Deputat: "Azərbaycanlılarla ermənilərin birgə yaşaması mümkündür, zamanla yeni qohumluqlar yarana bilər"

"Tarix boyu müxtəlif xalqlar arasında  müharibələr baş versə də, zaman keçdikcə onlar sülh bağlayıb və bir yerdə yaşamağa başlayıblar. Bu baxımdan yanaşsaq, Qarabağda azərbaycanlılarla ermənilərin də birgəyaşayışının mümkün olduğunu deyə bilərik. Belə olan halda, zaman-zaman yeni qohumluqlar yarana bilər. Ümumiyyətlə, diqqət etsək, Moskvada, Rusiyanın digər şəhərləri və başqa xarici ölkələrdə azərbaycanlılarla ermənilərin qardaş kimi yaşadıqlarını müşahidə edə bilərik. Burada münaqişə yaradan, ortalığı qarışdıranlar isə şovinistlərdir".
25.10.2021

Günahsız bir gəncin həyatına təhlükə var!

Azad fikir ifadəsinə və ictimai fəaliyyətinə görə, şərlənərək, saxta ittihamlar əsasında uzun müddətli - 7 illik həbsxana həyatına məhkum edilmiş talış ictimai fəalı Aslan Qurbanovun həyatı “olum ya ölüm” dilemması qarşısındadır!
Həbsxanadan gələn məlumatlara görə, ağır epilepsiya (ürəkkeçmə) xəstəsi olan məhkum Aslan Qurbanov penitensiar xidmətin xəstəxanasına yerləşdirilmir, ona heç bir tibbi yardım belə, göstərilmir! Tez-tez südurğaya tutulan Aslan yalnız məhkum yoldaşlarının köməkliyi sayəsində yenidən həyata qayıdır!
25.10.2021

Azərbaycanın rayonlarında  tez bir zamanda daimilik iş yerləri açılmalıdır

Azərbaycanda əhalinin yaşam vəziyyəti  son illərlə müqaisədə dahada  pisləşib.  
Son günlərdə qazın, yanacağın qiymətlərinin  bahalaşması  payızın, qışın soyuqlarında insanların  fikirləşdiyi,  evi necə  qızdırmaq  üçün düşüncələrdir. Tətbiq olunan limitlərin bir ilə yetməməsi, insanları çaş-baş qoyub. 
İşığın və başqa kommunalların da, ödənilməsi ilə bərabər  evə çörək, ərzaq alıb aparmaq, ehtiyacların ödənilməsi üçün pul çatmaması dərdi insanları çarəsiz qoyub.  
Əhali üçün yaranan bu çətiliklərə hakimiyyət
22.10.2021

Əli İnsanovun partiyası dövlət qeydiyyatına alınıb

Azərbaycanda daha bir partiya – Haqq Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alınıb.

Bununla bağlı partiyanın sədri Əli İnsanov “Facebook” səhifəsində paylaşım edib.

Ə. İnsanov bildirib ki, 2021-ci il 21 oktyabr tarixində Ədliyyə Nazirliyində Haqq Ədalət Partiyasının Dövlət qeydiyyatına alınmasını təsdiq edən 1121-P1-0063 qeydiyyat nömrəli şəhadətnamə HƏP

122 0 Sİyasət
21.10.2021

Bakıda Qənimətlər Parkından erməni əsgərlərin fiqurları və dəbilqələr götürülüb. FOTO

İkinci Qarabağ müharibəsindən sonra Bakıda yaradılan Hərbi Qənimətlər Parkında dəyişikliklər edilib. İndi burada nə erməni əsgərlərin fiqurlarını, nə də “düşmən dəbilqələri” ilə bəzədilmiş xiyabanı görmək mümkündür. Düzdür, əməkdaşımız parkda “unudular” iki dəbilqə ilə rastlaşıb. Ekspert bu dəyişiklikləri pərdəarxası danışıqların nəticəsi adlandırıb.

20.10.2021

GİNESƏ DÜŞMƏK İSTİYƏN MİLLİ MƏCLİSİN DEPUTATI

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda deyib:GİNESƏ DÜŞMƏK İSTİYƏN İFADƏNİ İŞLƏDİB.

İllər boyu çalışdı vuruşdu gəldi deputat oldu , sonralar yüksək vəzifələr tutdu , araşdırmaların bütün nəticəsi və kəşfi bu oldu , kişi xanımına evdə pul ödəməlidir .

Nə gündəsən .

16.10.2021

Əliyevin Pandora sənədlēri haqqında müsahibəsi

İlham Əliyevin sözlərinə görə, ola bilsin, biz elə bir şey etmişik ki, Qərbdəki bəzi güclərin xoşuna gəlməyib: "Ama Azərbaycana gəlincə, əlbəttə, İkinci Qarabağ savaşındakı Qələbəmiz bir çoxları üçün sürpriz oldu. Onlar bunu "bəyənmədilər". Onlar Azərbaycanı asılı, zəif, işğal altındakı və hər zaman münaqişənin həlli üçün yardım arayan ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü təkbaşına etdi və Ermənistana qələbə çaldı, Ermənistana yaxın bağlılığı olan Qərbdəki həmin çevrələr daha aktiv fəalliyyətə keçiblər".
16.10.2021

ƏFQANİSTANDA ŞİƏ MƏSCİDİNƏ HÜCUM EDİLİB, 30`DAN ÇOX  ŞƏHİD

Əfqanıstanda ötən həftə Kunduzdakı bir məscidə edilən intihar hücumundan sonra başqa bir şiə məscidi hədəf alındı.
Bugün Əfqanıstanın cənubundakı Qəndəhar şəhərində cümə namazı zamanı bir şiə məscidinə bomba hücumu edildi. Qəndəharda yerli bir jurnalistin Reuters xəbər agentliyinə verdiyi məlumata görə, şahidlər üç intiharçıdan birinin məscidin
09.10.2021

Bayden Türkiyəyə qarşı sanksiyaların müddətini uzadıb Bakı, 8 oktyabr, SalamNews. ABŞ Prezidenti Co Bayden, Türkiyənin Suriyadakı hərbi əmə

 

Bayden Türkiyəyə qarşı sanksiyaların müddətini uzadıb

Bakı, 8 oktyabr, SalamNews. ABŞ Prezidenti Co Bayden, Türkiyənin Suriyadakı hərbi əməliyyatı səbəbiylə 2019-cu ildə Donald Tramp tərəfindən imzalanan Ankaraya qarşı sanksiyaların tətbiqi barədə fərmanının bir il daha uzadılmasına qərar verib.

SalamNews -un TASS -a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.

"Suriya ətrafındakı vəziyyət, xüsusən də Türkiyə hökumətinin Suriyanın şimal-şərqində əməliyyat başlatması "İslam Dövləti" terror təşkilatı ilə mübarizəyə mane

« 1 2 3 4 5 ... 17 18 »