search
menu
person

NEWS AND UDATES


15:49
Siyasi məhbus Əbülfəz Bünyadov ölüm ayağındadır
Siyasi məhbus Əbülfəz Bünyadov ölüm ayağındadır

Siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının üzvü Əbülfəz Bünyadovun səhhətində ciddi problemlər yaranıb. Bu barədə vetenugrunda.az-a siyasi məhbusun həyat yoldaşı Leyla Bünyadova məlumat verib: "Əbülfəzin səhhətində hər zaman problem var. Yəni bağırsaqları normal işləmir. Amma bu arada onun vəziyyəti daha da pisləşib. Pentensiar Xidmətin Müalicə Mərkəzinin həkimi ona yaxşı baxır. Razıyıq. Həkim bizə dedi ki, onun analizini kənarda verin ki, dəqiq olsun. Biz analiz verdik. Bəlli oldu ki, bağırsaqlarında göbələk yaranıb. Bundan əlavə güclü infeksiya düşüb. Əbülfəz yemək yeyə bilmir. Bağırsaqları o dərəcədə fəaliyyətini itirib ki, Əbülfəzi görəndə tanımadıq".

L.Bünyadova deyir ki, Əbülfəz Bünyadov antisanitar şəraitdə saxlanır: "5 nəfər əlil məhbusu bir balaca, şəraitsiz otağın içində saxlayırlar. Qapısına "Əlillər otağı" yazılıb. Əlillər otağında saxlanan, bütün bədəni iflic olan Əbülfəzə ancaq məhbuslar qulluq edir. Əbülfəz ancaq ağzına yemək apara bilir çətinliklə, vəssalam, başqa heç bir hərəkət qabiliyyəti yoxdur. 

Əbülfəz hər zaman pampersdən istifadə edir. İndi dərmanlarını almışıq. Amma nə yemək, nə də dərman qəbul edə bilmir. Vəziyyəti çox ağırdır".

YADDAŞ


Ə.Bünyadov Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvüdür. O, 2015-ci il noyabrın 26-da Nardaran əməliyyatında yaralanaraq iflic olmasına baxmayaraq, həmin gün tutulub və 1 il 1 ay həbsdə saxlanılıb, 2016-cı ilin sonunda polis nəzarətinə vermə-qətimkan tədbiri ilə həbsdən buraxılıb.

2018-ci il iyulun 11-də 15 illik həbsi haqqında hökm oxunarkən məhkəmə zalında həbs edilib. Hökmə əsasən, o, 15 illik cəzanın ilk 3 ilini Qobustanda həbsxana rejimində çəkməlidir.

Müsəlman Birliyi Hərəkatının sədri T.Bağırov və təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və başqa maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

T.Bağırov və onunla birlikdə mühakimə olunmuş digər şəxslər kimi, Ə.Bünyadov da saxlanılarkən və ondan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını söyləyib.

Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib ediblər.

Qeyd edək ki, 12 iyun saat 11:00-da Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə "Nardaran işi 4" üzrə Əbülfəz Bünyadov və Elxan İsgəndərovun məhkəmə prosesi keçiriləcək.

Category: XƏBƏRLƏR | Views: 43 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $