/ Новости сайта / XƏBƏRLƏR / SON DƏQİQƏ: Lənkəranda partlayış: Ölən və yaralanan var
03.06.2020

SON DƏQİQƏ: Lənkəranda partlayış: Ölən və yaralanan var

SON DƏQİQƏ: Lənkəranda partlayış: Ölən və yaralanan var

Lənkəranda baş verən partlayış nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Rayonun Liman şəhəri ərazisində təkərlərin təmiri sexində qeydə alınıb.

Qaynaqçı, şəhər sakini, 1981-ci il təvəllüdlü Anar Ağamusa oğlu Ağakişiyev yük maşınının təkərini təmir edən zaman ehtiyatsızlıq nəticəsində güclü partlayış baş verib.

Anar Ağakişiyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

A.Ağakişiyevin köməkçisi, 1979-cu il təvəllüdlü Eldəniz Malik oğlu Şükürov isə hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Hazırda reanimasiya şöbəsində müalicə alan E.Şükürovun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır (APA).

tolishstan.com

Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: