/ Новости сайта / TMMR XABARLAR / SOS ! Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab  Antonio Guterres və Dünyanın mütərəqqi İctimaiyyətinə
29.03.2020

SOS ! Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab  Antonio Guterres və Dünyanın mütərəqqi İctimaiyyətinə

 Azərbaycan Respublikasının prezidenti cənab İ.Əliyevə,
 Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab  Antonio Guterres,
 Ümümdünya Səhiyyə Təşkilatının Baş katibi cənab Tedros Adhanoma,
 Dünyanın mütərəqqi İctimaiyyətinə.


Bəşər tarixində, insanlığın varlığına belə, ciddi təhlükə yarada biləcək, müxtəlif forma və adlarla epidemiyalar olmuşdur. Eləcə də, Allaha və insanlığa, öz  zəhmətsiz qazancları xatirinə, asi-düşmən kəsilib, digər xalqların ağır zəhməti hesabına yaratdıqları nemətləri mənimsəmək, tarixən yaranıb-yaşadıqları əraziləri işğal etmək, millət, xalq və etnosları soyqrıma məruz qoymaq məqsədi ilə, o ərazi və orada yaşayanlar üçün yad olan xəstəliklərin, epidemiya formatında, süni şəkildə yayılması faktları mövcud olmuşdur! Lakin XXI əsrdə, bəşəriyyətin mədəni, insani, elmi, ictimai tərəqqisinin indiki anında, belə anti-insani, anti-humanist əməllərin mümkünlüyü istisna olmalı idi!
Ancaq, böyük təəsüflə bildirməyə məcburuq ki, belə feodal düşüncə ilə, hazırda Azərbaycan Respublikasının Talış Muğan regionuna,- dünyanın az qala hər yerindən, vətənə qayıdan, kovid-19- “koronovirus” adlanan, yoluxucu xəstəliyə yoluxma halı ilə şübhəliləri, məcburi qaydada toplamaqla, yerləşdirməklə, Dövləti təbliğat vasitələri ilə həmin, Talış Muğan mahallıda (cənub bölgəsində), bu xəstəliyin ölkə miqyasında ən təhlükəli formada yayılması kimi təbliğ edilir! Bu təbliğatın hansı çirkin, iyrənc məqsədlər daşıdığını, çox yəqin ki, qısa vaxt ərzində, hamı biləcək. Amma, hazırda, ancaq onu demək olar ki, hazırkı Azərbaycan iqtidarı, çirkin, anti-insani, anti-humanist əməllərin ideyalarını qurub, həyata keçirtməkdə, dahiyanə düşüncəyə, ağıla sahibdirlər.

Ölkədə hamı bilir ki, əgər sağlam, insani səbəblərdən epidemik xəstəlikdən təcridetmə vacibliyi varsa, onda bu məqsəd üçün ölkədən, hazırda kommunikativ formada, məcburi qaydada təcrid olmuş, hazırkı hakimiyyətin, əsasən ailə və bu ailəyə yaxınların ehtiyat, mühafizə olunma, özlərinin gələcək xalq etirazlarından qorunma plastdarmı kimi, boşaldıb saxladıqları,- Naxçıvan (muxtar) Respublikasıdır! Bu məqsədlə, həm də Konstitusion qaydada, həmin mahalın hər an öz müstəqilliyini elan etməsinə də çox sadə prossedur qaydası da mövcuddur, müəyyənləşdirilib.

 Deməli, tam qətiyyətlə bildirmək olar ki, karantin və təcridetmə məqsədi ilə Talış Muğan regionunun seçilməsi, heç də insani keyfiyyətlərdən deyil! Belə ki, regionun səhiyyə sistemi, baxımsızlıq və maliyyə qıtlığı ucbatından tam bərbad vəziyyətdədir.
 Və həm də, Talış Muğan regionu, Azərbaycan Respublikasının Statistika komitəsini  rəsmi məlumatına görə cəmi 122 min qalmış və kompakt yaşayan,- Talış(Tolış) xalqının vətənidir və bu xalq, hər cür ictimai-siyasi, mədəni, lap belə, təhsil hüququndan belə mərhum edilmiş bir xalqdır və daima hakimiyyət tərəfindən diskrimasiya ilə üz-üzə, yaşam mücalidəsindədir! 

Epidemioloji, dünya səviyyəsində pandemik xarakter almış bir xəstəliklə əlaqədar, şübhəlilərin Talış-Muğan mahalına, saxta formada cəmlənməsi çox ciddi Dövləti cinayyət əməlidir və təcili dayandırılmasını tələb edirik!

     Talış Muğan Muxtar Respublikasının Prezidenti, Talış Milli Hərəkatının sədri, 
 Ə.Ə.Hümmətov.

     TMMR Mühacir hökümətinin Baş naziri,
R.Mirzəyev


tolishstan.com
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Календарь
«  Март 2020  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Всего ответов: 10
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0