17:36
SOS!!! "Məni fikirlərimdən əl çəkməyəcəyim təqdirdə fiziki məhv edəcəklər və bunu "özünə qəsd" kimi qələmə verəcəklər!!!
"Məni fikirlərimdən əl çəkməyəcəyim təqdirdə fiziki məhv edəcəklər və bunu "özünə qəsd" kimi qələmə verəcəklər!!! SOS!!!



 İnanmayın!",- Fəxrəddin Abbasov.
 Fəxrəddin Abbasovdan (Əboszodə) xəbər var!

 13 oktyabr 2020-ci il tarixində Qobustan həbsxanasından çox həyəcanlı xəbər aldıq:
- xəbərdə Fəxrəddin Abbasov(Əboszodə)  onun həyatının təhlükədə olduğunu bir daha təsdiqləyir:
"Qobustan həbsxanasına köçürüləndən sonra mənim yanıma "danışıq aparmaq üçün" istintaq orqanından nümayəndələr gəldi. Görüş zamanı mənə bir başa bildirildi ki, mənim üçün elə dözülməz şərait yaradacaqlar ki, mən özümə qəsd edəcəyəm. Yox, hətta qəsd etməsəm də, başıma gələnləri "özünə qəsd" kimi qələmə verəcəklər!
İndinin özündə də həyatıma təhlükə aradan qalxmayıb, mən bunu hər an hiss edir və gözləyirəm. Ona görə də bəyan edirəm: - başıma gətiriləcək və mənim ölümümlə nəticələnən hadisələr mənim iradəmə zidd yerinə yetirilib, yaxınlarıma və tərəfdarlarıma bildirmək istəyirəm ki, mənim özümə qəsd etdiyimə heç vaxt inanmasınlar!
İstintaqımı aparanlar elə işin əvvəlindən istintaqı ciddi qanun pozğuntuları icra etmişlər. Ona görə də ciddi-cəhdlə işimin Avropa Məhkəməsinə göndərilməsinin qarşısını almışlar və son nəticədə ifşa olunacaqlarını bilərək, məsələnin həllini mənim fiziki məhvimdə görürlər!...
Qeyd edək ki,  F.Abbasov(Əboszodə) həyatı üçün təhlükə haqqında yaxınları ilə olan görüşdə də danışmışdır!

  TMMR-nın İnsan haqları komissiyası.
 
Category: SIYASƏT | Views: 190 | Added by: tmmrtalish | Tags: TMMR-nın İnsan haqları komissiyası. | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: