search
menu
person

NEWS AND UDATES


13:07
Sos!!! Talış adı kimi, saytlarınada qadağa....millətin yaşamına faşist təfəkkürlü münasibət!
 
Sos!!! Talış adı kimi, saytlarınada qadağa....millətin yaşamına faşist təfəkkürlü münasibət!


Bir neçə gün öncə, xəbər verdiyimiz kimi, “tolishstan.com“ sayti Azərbaycan Respublikasının daxilində yayımına məhdudiyyət qoyulmuşdur. Bu günlərdə məlumat aldıq ki , Azərbaycan hakimiyyəti, Ölkə Ali məhkəməsinin qərarı ilə, əvvəllər məhdudiyyəti qoyduğu bir-çox saytların daxili yayım məhdudiyyətlərini ləğv edib. Ali Məhkəmənin qərarı ilə “Azadlıq" qəzeti, "Azadlıq Radiosu", "Azərbaycan Saatı" tv proqramı, "Turan" tv və "Meydan" tv-nin saytlarına blok qoyulmasını nəzərdə tutan Rabitə, nəqliyat və yüksk texnologiya nazirliyinin qərarı ləğv edib. Lakin çox maraqlıdır, Azərbaycanda 24 sentiyabır 2019 cu il tarixindən “tolishstan.com“ saytına girişə məhdudiyyət qoyulmuşdur. Qloballaşmış dünyada azad mətbuat, media azadlığı uğrunda mübarizə aparıldığı vaxt, Azərbaycan Respublikasının hakim dairələri, Talış xalqına aid olan, butun saytları, həmçinin “tolishstan.com" saytının da girişinə məhdudiyyətə qoymuşdur. Bu formada münasibətlə, Azərbaycan iqtidarı, dünya ictimaiyyətinə kobud şəkildə göstərmək istəyir ki, Talış millətinə qarşı “mətbuat qadağası” ilə, az-çox, ən azı fərdi qaydada, müasir texnologiya imkanlarından istifadə etməklə, Xalqın yaşamına təminat qurulmasına belə, imkan vermək istəyində deyil! Çox istərdik ki, tərəqqipərvər dünya ictimaiyyəti və azad mediyaya dəstək verən təşkilatlar, bu və buna oxşar qadağaların aradan qaldırılmasına nəzarəti, ən azı, qismən də olsa, öz öhdəliyinə götürsünlər.

Talış Milli hərəkatının İdarə Heyəti.

Talış Mugan Muxtar Respublikasının Muhacir Hökuməti .
tolishstan.com

​​​​​​​



Category: TMH XABAR | Views: 163 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $