19:29
Sosial şəbəkələrdə mübahisə olunur ki, Talış dilini nəyinizə lazımdır !!!
Sosial şəbəkələrdə mübahisə olunur ki, siz talışlar Talış dilini nəyinizə lazımdır !!!


Məsələn: Siz evdə Talış dilində danışırsınız, ancaq məktəbdə dərsliklər Azərbaycan dilində, TV və Radio verilişləri Azərbaycan dilində və bunları nəzərə alsaq, ətrafda da Azərbaycan dili bir danışığ dili kimi üstünlük təşkil edirsə, əlbəttə ki, siz, istər- istəməz, siz üçün yüngül olan və yaxud öyrəşdiyiniz dildən istifadə etməyə üstünlük verirsiniz və bu da təbii haldır.
Daha bir suala da rast gəlirik:"neynəyirsiniz Talış dilini, bu dildə heçi yoxdur."
Bəli, düz vurgulayırsınız və həm də özünüz inkar edirsiniz ki, bu dildə tədrisə süni şəkildə maneələr törətdiklərinə görə, nə kitablar çap olunmur nə də verilişlər verilir.
Elə alınır ki, SSRİ vaxtı dillərin hamısını ixtisara salıb, ancaq Rus dilini saxlasaydılar, buna da məqbul kimi baxacaqdınız? Neynəyirdiniz Azərbaycan dilini, bütün elmi işlər, dövlət idarələri Rus dilində idi. Hətta Bakıda Rus dilini bilməyənlərə çuşka da deyirdilər.
Dil, bir millətin öz mədəniyyətini, tarixini yaşatmaqdan ötəri ən əsas amillərdən biridir. Bizim qarşımızda süni maneələri yaratmaqla, bizim mədəniyyətimizi, tariximizi bilərəkn silmək istəyən qüvvələr var və əlbəttə ki, bu qüvvələr bizə heç vaxt dost ola bilməz.
Ümidvaram ki, qısa da olsa, bəzi suallara və Talış dilinin bərpasının talışlar üçün niyə vacib olduğuna aydınlıq gətirdim.

Boris Talischinski

 
Category: Sİyasət | Views: 104 | Added by: tmmrtalish | Tags: Boris Talischinski | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: