search
menu
person

NEWS AND UDATES


13:16
Sumqayıtın deputatı “köç Ermənistana” dedi…

Sumqayıtın deputatı “köç Ermənistana” dedi…

Həyat yoldaşından boşanan və əmlak bölgüsündən sonra ona çatacaq hissəni ala bilmədiyini söyləyən Sumqayıt şəhər sakini Aysel Mustafayeva qazilərə və xalqa müraciət edib. A. Mustafayeva bürokratik süründürməçilikdən cana doyduğunu bildirir. Sumqayıt sakini 5 ildir ki Milli Məclisin deputatlarına, habelə bütün əlaqədar dövlət orqanlarına üz tutsa da heç bir nəticə əldə etmədiyini qeyd edir.

Artıq şikayətinin həll olunacağından əlini üzmüş Azərbaycan vətəndaşı videomüraciətində bildirir: “Bu sözümə görə şəhid analarından, mənə görə əlini, ayağını itirən qazilərdən üzr istəyirəm: Əgər 15 gün ərzində heç kim səsimə səs verməsə mən Azərbaycanı tərk edib Ermənistana gedəcəm. Mən ağlım yerində bu vətəni tərk edib gedəcəm. Sonra da Prezidentə cavab verərsiz. Görün vətəndaşı nə həddə gətirmisiz ki, o, belə bir addım atıb, canından bezib bu ölkədən gedib. Qoy erməni mənim başıma güllə vursun. bilim ki, qanımdan, canımdan olmayan erməni vurdu məni. Çünki mən vətənimdə öz haqqımı sübut edə bilmirəm”.

tolishstan.com

Category: XƏBƏRLƏR | Views: 79 | Added by: tmmrtalish | Tags: tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $