17:50
Təhsil Nazirliyinə, bu işlə məşğul olan nazirliyin şöbələrinə və əlaqədar şəxslərə bəzi təkliflərimi vermək istəyirəm.
Təhsil Nazirliyinin rəsmisinin Azərbaycanda milli azlıqların dillərinin tədrisi ilə bağlı məlumatı yayılmşdır.Oxucuların və internet istifadəçilərinin rəy və mülahizələrindən də aydın görünür ki, veilmiş məlumatlar reallı əks etdirmir, əksinə, göz görəsi həqiqətləri təhrif edir."Talış dilli məktəblər " ifadəsinin özünün tamam səhf olduğunu nəzərə çarparaq (talış dilli məktəb o deməkdir bu məktəblərdə əsas fənlər talış dilində tədris olunur, halbuku bu, indiki şəraitdə xəyala da gəlmir),Təhsil Nazirliyinə, bu işlə məşğul olan nazirliyin şöbələrinə və əlaqədar şəxslərə bəzi təkliflərimi vermək istəyirəm:
1)talış dilinin tədrisinə ayrılan 1 saat bu dilin öyrənilməsi üçün qətiyyən kifayət deyil, bunu növbəti dərs ilində 2 saata qaldırmaq  olduqca vacibdir.( çox səhv mülahizədir ki, guya talış dilinin tədrisinə 2 saatın verilməsi Azərbaycan dilini tədrisinə verilən saaları azaldır, çünki bizim müasir məktəblərimizdə xarici dillərdən savayı, bütün dərslər Azərbaycan dilində keçirilir, hələ üstəlik digər dilli  də Azəbaycan dili vasitəsilə öyrədilir).
2) uzun illərdir talış dili hazırlıq kursları keçməmiş müəllimlər tərəfindən tədris edilir. Bunu tezliklə aradan qaldırmaq üçün təçili talış dilinin tədrisi üçün hazırlıq kursları ( bir aylıq heç olmasa) təşkil etmək lazımdır.
3) talış dili dərsliklərinin yenidən nəşri gecikdirilir, bu iş sürətləndirilməlidir.
4) azsaylı xalqların kompakt yaşadığı rayonların təhsil şöbələrində azsaylı xalqların dillərində keçirilən dərslərin təşkili və nəzarətdə saxlanması üçün ştatlı metodis vəzifəsi yaradılmalıdır.( bu işi bir ictimai iş kimi kimsəyə tapşırılması özünü doğrultmur).
5)maliyyə vəsainin artıq xəclənməməsi üçün bütün azsaylı xalqlaın dilləini əhatə edən , dövlət dəstəyi və maddi yardımı ilə ümumi bir qəzet ( məsələn, "Dosluq" və ya " Birlik" adında) mütamədi nəşr olunsun.
Bu  və ya buna oxşar addımların atılması ölkə xalqlarının həmrəyliyinə Təhsil Nazirliyi və dövlət ərəfindən qiymətli növbəti bir töhfə olardı.
Hələ bunun müsbə  beynəlxalq rezonansını demirik...
Dostlar, Siz bu təkliflərlə razısınızmı və ya kimin daha real təklifləri vardır ?

https://virtualaz.org/olke/131960?fbclid=IwAR0fwkAhPAiJ-WTM7841gTTvmW0U5uvcNV_qpb4-oc5rAE6AdwHlkuR9FGs


http://www.tolishstan.com/news/b_s_255_m_kt_bd_d_rs_dem_y_mu_llim_hazirlayan_nec_t_dris_mu_ssis_si_m_kt_b_var_l_kr_m_humm_tov/2018-12-26-131


Camal Lələzoə
Category: SOSİAL ŞƏBƏKƏ XABARLARİ | Views: 359 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: