search
menu
person

NEWS AND UDATES


09:09
Taleh Bağırzadənin xanımı həbs edildi: Cinayət işi açılacaq

Leyla İsmayılzadə ötən gün Penitensiar Xidmətin əməkdaşları tərəfindən saxlanılıb.

Penitensiar Xidmətin yaydığı məlumata görə,  21.03.2019-cu il tarixdə 18 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar Xidmətin həbsxanasında cəza çəkən məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, T. Bağırzadə Cinayət Məcəlləsinin 120.2.1; 120.2.3; 120.2.4; 120.2.7; 120.2.12; 29, 120.2.1; 29, 120.2.3; 29, 120.2.4; 29, 120.2.7; 29, 120.2.12; 28, 214.2.1; 28, 214.2.3; 214.2; 220.2; 228.3; 228.4; 233; 278; 279; 281.2; 283.2.3; 315.2; 66.3; 317.2.1; 67.1-ci maddələri ilə məhkum edilib.
Nurlan Cəfəri
Category: XƏBƏRLƏR | Views: 98 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar