search
menu
person

NEWS AND UDATES


19:50
Talış Ağsaqqallar Ali Şurasının  B Ə Y A N A T I
                                                                       Talış Ağsaqqallar Ali Şurasının 

                                                                                       B Ə Y A N A T I :


Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında, 28 fevral 2019- cu il tarixindən saxlanılan tarixçi alim, dilşünas, publisist Fəxrəddin Abbasovun taleyindən , sağlamlığından böyük narahatçılıq var. O, ictimai həyatdan tam təcrid edilmişdirr. Hətta 1-ci dərəcəli qohumlardan başqa, heç kimdən sovqat,"peredaça" və digər maddi, mənəvi, psixoloji dəstəkdən tam təcrid, məhrum edilmişdir. Ölkə və ölkəyə bağlı heç bir Qeyri-hökümət təşkilatı, hüquq müdafiəçiləri barəsində münasibət bildirməmiş, barəsində törədilən çoxsaylı hüquqpozmalara münasibət bildirməmişlər. Talış ictimaiyətinin numayəndələrinə heç bir görüş verilməmişdir.
 TAAŞ-ı Fəxrəddin Abbasovun sağlamlığı, onun qida ilə təhcizatı, müalicəsinin təmin olunub- olunmamasınndan çox ciddi narahatlıq keçiririk. Professor F.Abbasov özünə çox doğma Talış xalqının hüquqlarını bərpa olunması yolunda əsil vətənpərvər, mubariz bir insan kimi tanınır. AR-da Konistitusiyanın 44, 45- ci maddələrinin  çox qusurlu icrasından, ümümiyyətlə həyata keçirilmədiyindən, məcburiyyətdən, namuslu bir Talış kimi, Fəxrəfdin Abbasov öz fikirlərini açıq surətdə muxtəlif resurslardan istifadə ilə deməkdə ittiham edilir. Halbuki, AR -nın Əsas Qanununun 47- ci maddəsinə görə , hər kəsin fikir və söz azadlığından istifadə haqqı vardır. Fəxrəddin Abbasovun heç vaxt, heş-bir partiya, siyasi təşkilat qurucusu olmamışdır. O, heç vaxt xalqlar, millətlər arasında ədavəti qızışdırmaq  cəhdində olmamışdır. Professor Fəxrəddin Abbasov əqidəcə beynəlmiləlçidir. Deməli, ona qarşı irəli sürülən ittihamlar əsassızdır, sünidir, sifarişlidir. Professor Fəxrəddin Abbasov "Talış dilinin qrammatikası" ( akademik səviyyədə) , " Rus dili- Talış dili "(107 000 söz və söz birləşməsi )" , " Talış dili - Rus dili", "Azərbaycan dili- Talış dili", " Talış dili - Azərbaycan dili", "Talış dili- İngilis dili", " İngilid dili- Tslış dili" lüğətlərini hazırlayaraq çap etdirmişdir. Bundan əlavə, minə qədər elmi-publistik məqalələr və tarixi araşdırma əsərlərinin müəllifidir. Proffessor, təklikdə, bütöv bir elmi institut kollektivininin edə biləcəyi işi, təkbaşına həyata keçirmişdir. Talış xalqının həyatında bu qədər möhtəşəm bir insanın həbs olunması, Talış xalqına birbaşa hörmətsizlik və boyük həqarət hesab edirik! Belə insanı zindana salmaq insanlığa, insafa, mərdliyə, toleyrantlıqa, multikulturalizmə , mübarizliyə qarşı böyük nadanlıq, bütöv bir xalqa qarşı, nifrətdən başqa, heç bir ad vermək olmaz!
 TAAŞ mohtəşəm professor Fəxrəddin Abbasovu dərhal azadlığa buraxılmasını, bu xofyaratmağa yönəli maskaradı dayandırılmasını qətiyyətlə, tələb edir!  
 Bəyanat TAAŞ-ın 22 sentyabr tarixli ümümiclasında müzakirə edilərək, qəbul edilib.

           Talış Ağsaqqallar Ali Şurası.

tolishstan.com
Category: TALIŞH | Views: 133 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $