search
menu
person

NEWS AND UDATES


20:30
Talış Ağsaqqallar Ali Şurasının  B Ə Y A N A T I
                                                                                 Talış Ağsaqqallar Ali Şurasının

                                                                                             B Ə Y A N A T I:


  Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan edilməsindən, təqribən ötən son 30 ildə, əsasən də qeyri-bəşəri, qeyri-sivil, normal qəbul edilən siyasi oyun qaydalarının tam kobudluqla pozulması ilə formalaşmış hazırkı iqtidar-hökümətin, xarici siyasəti və digər daxildə gördüyü işlərin ən dağıdəcısı, min illərlə formalaşmış, dövlətin əsasını təşkil edən ailə təsisatını dağıtması olmuşdur! 
 Hər bir, ölkənin siyasi-ictimai həyatında, harada yaşamasından asılı olmayaraq, fəallığı ilə seçilmişlərin ailələrinə, əsasən Naxçıvandan və “qərbi Azərbaycan” deyilən ərazilərdə vaxtı ilə yaşayaraq, oralarda formalaşmış mənəvi və əxlaqi keyfiyyətlərinin daşıyıcıları olub, hazırda rəsmi dövlət postlarında yüksək vəzifələrə təyinatlıların, biləvasitə əxlaqlarına uyğun müdaxilələri, ketdikcə daha şiddətli hiss olunmaqdadır. 
 Bu müdaxilələr ucbatından, Ailələrdə, min illərlə formalaşmış mənəvi əxlaqi dəyərlər, ailədə Ata mövqeylərinin deqradasiyası, kişilik ölçülərinin və qiymətinin laxladılaraq nüfuzdan, kişilik və mərdlik anlayışlarının hörmətdən salınması, kişilərin acizləşdirilməsi prossesində, nəzərdə tutulanlar, artıq tam həyata keçirilmişdir. Vaxtı ilə öz qətiyyəti ilə seçilən, başqa millətlərdən olanları demirik, bəzi Talış kişilərinin belə, ailə üzvlərinin, əsasən qadınlarının birbaşa təzyiqlərə təhrikə qədər, ictimai eybəcərliklərdən istifadə edilmiş və edilməkdədir! 
Talış Ağsaqqallar Ali Şurası, Azərbaycanda vətənpərvərlərin, ayri- ayrı partiya, ictimai fəalların ailələrinə, ailə üzvlərinə və eləcə də qohumları vasitəsi ilə özlərinə qarşı total hücumların dayandırılmasını AR hökumətindən tələb edir.
 O cümlədən, hazırda ölkə və ondan kənarda, ictimai fikirdə geniş rezonans qazanmış, Fuad Qəhrəmanlının ailə üzvlərinin ona qarşı çıxmağa məcbur edilməsi faktı, hesab edirik böyük biabırçılıqdır! Eyni mövqe və əmməllər, Azırbaycan Xalqları Demokratik Partiyasının qurucularına qarşı, olduqca oxşar ssenarilər tətbiq edilməklə, istifadə edilir. Arvadı ərinə qarşı, gəlini, kürəkəni qaynataya qarşı çıxarılır. Ailələr dağıdılır. Onları, uşaqları işlədiyi müəssisədən müxtəlif bəhanələrlə şantaj edilir, işdən çıxardılır. 21- ci əsrdə, tolerant, multikultural məmləkətdə bu və buna oxşar hallara mövcud hökümətin rəvac verməsi böyük bir biabırçılıqdır. Bu cür halların olması sbut edir ki, Azərbaycan Respublikasında insan hüquqlarına necə barmaq arası baxılır. TAAŞ - sı bütün bu biaburçılıqlara son qoyulmasını, qəti şəkildə tələb edir.

    Talış Ağsaqqallar Ali Şurası.
     22Sentyabr 2019 -cu il

tolishstan.com
Category: TALIŞH | Views: 112 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $