search
menu
person

NEWS AND UDATES


21:27
Talış Ağsaqqallar Şurasının Ali məclisinin 24 mart, 2019-cu il tarixli iclasının Qərarı:
                                    Talış Ağsaqqallar Şurasının Ali məclisinin 24 mart, 2019-cu il tarixli iclasının Qərarı:

  TALIŞ Ali məclisinə, Talış Mugan Muxtar Respublikasının yüridik fəaliyyətdə olan Prezidenti əğəye Ə.Hümmətovdan daxil olan Təqdimatla bildirir ki, Şuranın Ali məclisinin 08 iyul 2018-ci il tarixli qərarı ilə yaradılan TMMR-nın 1-ci Mühacir hökümətinin fəaliyyət və tərkibində yaranan bir çox problem və təbədülatlar ücbatından 05.02. 2019-cu ildə tam tərkibdə, tərəfimdən, istefaya göndərilmişdir. Hazırda, mənim ricama uyğun olaraq, Mühacir hökümətinin funksiyalarını, əğəye Rəhim Mirzəyevin Sər vəzirliyi ilə, keçmiş kabinet icra etməkdədir. Beynəlxalq miqiyasda özünə hörmət edib, müqəddaratına sahib olan Xalqların, öz dövlətlərini qurmaqla, müxtəlif formatlarda qəbul edilən idarəçiliyin, siyasi oyun qaydalarına müvafiq olaraq, Talış xalqının da, milli mənliyinə hörmət edən bir qrup övladı, mühacirətdə, yüridik olaraq yaşayan TMMR-in, Mühacir hökümətində fəaliyyət göstərməklə, Talış xalqının taleyində Dövlətçiliyin vacibliyini yaşatmaqla, həm də, Muxtar respublikamızda faktiki baş verən bütün prosseslərə qiyabi, vacib sayılan məqamlarda əməli təsir vasitələrindən istifadəyə cəhd edir və həmçinin dövlət idarəçiliyini mənimsəyirlər. Ali məclis, TMMR-nın Prezidentinin təqdimatında göstərilən, qismən dəyişdirilmiş yeni tərkibdə 2-ci Mühacir hökümətinin bütün üzvlərini, fərdi keyfiyyətlərinə görə, ayrı-ayrılıqda müzakirə edilərək
                                                                                       Q Ə R A R A A L D I :
   Müzakirə edilərək, Mühacir hökümətin aşağıdakı tərkibi təsdiq edilsin:
   Rəhim Mirzəyev – Mühacir hökümətin Sər vəziri (Baş naziri);
   Babazadə İlham- Sər vəzirin 1-ci müavini, Gənclər, idman və turizm naziri;
   Əzimov Subhan- Ümüm, orta, peşə ve ali-ixtisas təhsili naziri;
   Yusif Sərdarzadə-Millətlər və konfesiyalar (dinlər) arası münasibətlərin qurulmasında, əlaqə Naziri;
   Abdulov Mühəddin-Ədliyyə naziri;
   Ruslan Almaszadə -Maliyə, kömrük və vergilər naziri;
   Idris Qasımov -Nəqliyyat Rabitə və informatik vasitələr naziri;
   Mahmudov Rövşən- Energetika naziri;
   Mirələmov Emil- Daxili İşlər fövqalədə hallar və Xüsusi xidmətlər üzrə nazir;
   İntiqam Həmidov- Əmək,sosial təminatlar naziri;
   Zamin Hüseynov- Kənd təsərrüfatı, iqtisadiyat naziri;
   Balaş Əliyev-Tikinti və sənaye naziri.
   TMMR Prezidenti əğəye Ə. Hümmətovdan rica edilsin, Prezident fərmani ilə kabineti yuxarıda göstərilən tərkibdə təyinatını təmin etsin. Qərarın icrasına nəzarət, TMMR Prezdenti əğəye Ə.Hümmətov öz üzərinə götürməsi ondan rica edilsin.

Talış Ağsaqqallar Şurasının Ali məclisi.   24 Mart 2019 – cu il.
Category: TMMR XABARLAR | Views: 234 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar