19:44
Talış balası İdrak Mirzəlizadə “Rusiyada ömürlük arzuolunmaz şəxs” elan edilib
Talış balası İdrak Mirzəlizadə “Rusiyada ömürlük arzuolunmaz şəxs” elan edilib.


Ruslar haqqında zarafat edən və buna görə 10 gün inzibati həbsə məhkum edilən stend-up komediyaçı İdrak Mirzəlizadə “Rusiyada ömürlük arzuolunmaz şəxs” elan edilib və deport olunması haqda məhkəmə hökmü çıxarılıb.
Rusiya Daxili İşlər Nazirliyi bu haqda açıqlama yayıb:
"İctimai çıxışında İdrak Mirzəlizadə, ruslara qarşı nifrət və düşmənçiliyi qızışdıran, insan ləyaqətini alçaldan ifadələrə yol verib. Bununla əlaqədar olaraq, onun Rusiya Federasiyasında olması ictimai asayişi, başqalarının hüquqlarını və qanuni maraqlarını təhdid edən kimi tanınır. Təqdimat formasından asılı olmayaraq, millətlərarası münasibətlərin sabitliyini pozmağa yönələn ifadələr yolverilməzdir".
Bir 1 nəfər və ayaqda şəkili ola bilər

tolishstan.com

 
Category: Sİyasət | Views: 174 | Added by: tmmrtalish | Tags: tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: