20:37
Talış Beynəlxalq İnsan Hüquqları Təşkikilatının, Talış Muğan Muxtar Respublikasının mühacir Hökümətinin İnsan haqları komisiyasının  Dünyanı


Talış Beynəlxalq İnsan Hüquqları Təşkikilatının, Talış Muğan Muxtar Respublikasının mühacir Hökümətinin İnsan haqları komisiyasının  Dünyanın tərəqqipərvər, demokratik ictimaiyyətinə         
                                                                 
                                                                   M Ü R Ə C İ Ə T İ:
Hörmətli xanımlar və cənablar, Azərbaycan Respublikasının milliyətcə talış vətəndaşlarının yaratdığı və rəsmi qeydiyatdan səbəbsiz imtina edilən, Azərbaycan Talışlarının İctimai Şurası (ATİŞ), ölkədə yaşayan azsaylı xalqların, o cümlədən Talış xalqının hüquqlarının pozulmasına dair Avropa Şurasına, AR-nın da qöşulduğu “Milli azlıqların hüquqlqrının müdafiə çərçivə Konvensiyasının” müddəalarının növbəti 5 il üçün icrasına dair göndərdiyi alternativ hesabatın mətbuatda dərcindən sonra, bütövlükdə Azərbaycannın "titul" xalqı hesab edilən cəmiyyətində, eləcədə ölkə siyasi həyatının demokratik adlanan camiyəsində, anti-bəşəri, anti-insani bir qalmaqallı şüvən harayına, milli azlıqların yaşama haqqının faşist polimikasına səbəb oldu. 
Bütün gedən haray-həşirli prossesin ruhlandırıcı- icraedicisinin arxasında, Azərbaycanın hakim təbəqəsinin illər uzunu apardığı məkirli siyasətin durduğu aydın hiss edilir. Ölkədə millətlər, konfesiyalar arası münasibətləri  dünyaya multikultural, tolerant formalarda yanaşılmasını  təbliğ edən  bu ailə-klan və avtoritar hakimiyyəti, əslində, BMT və AŞ- nın qarşısında, azsaylı xalqlar haqqında qəbul olunmuş qərar və üzərinə götürən öhdəliklərə etinasız yanaşır, azsaylı xalqların hüquqlarının pozulmasına, millətçiliyin və şovinizmin daha da yüksək inkişafına şərait yaradır.Azərbaycanda azsaylı xalqların milli-mənəvi dəyərlərini, dilini, tarixini, mədəniyyəti məhf etmə və paralel olaraq, onlara münasibətdə asimilasiysı siyasəti gündən-günə sürətlənir və çox təəssüf edicidir ki, bunu bir çox "xalq vəkilləri" də kütləvi informasiya vasitələri ilə  təbliğ edir. Bütün bunlar müasir dövrün qayda və normalarına zidd olaraq ölkədə yaşayan insanlar arasında milli və dini zəmində qarşılıqlı nifrətə səbəb olur. Nümayəndəsi olduğumuz Talış xalqının, bu şəkildə idarəçiliyə etirazı, bir xalq olaraq, Konstitusion hüquqlarının tələbi, hakimiyyət tərəfindən çox kəskinliklə qarşılanır və bütün təsir imkanlarından, dövlət resurslarından istifadə edərək, cəmiyyətə bizi “separatçı” və “vətən xaini” kimi təbliğatla təqdim edirlər. Ölkədə Talış adı ilə bağlılığı olan heç bir təşkilat, hətta mədəni təşkilatlar da daxil olmaqla, qeydiyata alınmır. Talış regionun coğrafi adı belə dəyişdirilərək “Cənub reqionu” kimi ifadə edilir,  tarix dərsliklərindən talışların tarixi tam şəkildə yoxa çıxarılıb, hətta Talış adını belə, rəsmi şəkildə, utanverici-gülünc adlar siyahısına salaraq, talışların özlərinin könüllü olaraq, kimliklərindən imtina etmələrinə təhrik edirlər!
Hörmətli xanımlar və cənablar, BMT-nin,  AŞ-nın və digər Beynəlxalq təşkilatların qanun, konvensiya və öhdəlikləri çərçivəsində, bizim də bir xalq olaraq, Azərbaycan Respublikasında hüquqlarımızın bərpasına və yaşamaq haqqımızın təminatına kömək edəcəyinizə ümidvarıq.
Dərin hörmətlə:
Talış Beynəlxalq İnsan huquqları Təşkilatının sədri     
Boris Tolışinski.
TMMR-nın mühacir Hökümətinin İnsan haqları komisiyasının sədri               Rəhim Mirzəyev.
Hannover, Almaniya  22.09.2021
Category: TMMR-nın Xəbərlər | Views: 203 | Added by: tmmrtalish | Tags: Boris Tolışinski. Rəhim Mirzəyev. | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: