18:41
Talış bloqer cinayyət işi məlum oldu , azad fikirli insanları həbsi davam edir
Talış bloqer cinayyət işi məlum oldu , azad fikirli insanları həbsi davam edir .


Allah Şəhid-alim Fəxrəddin Abbasovu(Əbboszadəni) rəhmət etsin!
Allah Mübariz Mənsimovun yolunu açsın, məhkumluğunun sifarişçisi olan Azərbaycan Respublikası dövlətinin haqlarına və xalq sərvətlərinə sahiblənmişlərə ləhnət etsin!
Allah Elvin İsayevin həbsində maraqlı olmaqla, xalq malının talanması ilə onun həbsinə nail olanı zəlil etməklə, ona, haqqı olan Azadlığı qismət etsin, ailəsinə qovuşdursun!
Ədalət, söz-fikir azadlığı barədə, ən azı AR-nın Əsas və digər qanunlarını tapdaq altına atmaqla, həbs edilən, Talışın fədakar, azadlıqsevər, mərd oğlu,- Qurbanov Aslan Əhəd oğluna, azadlıq!
Ay yarımlıq, ağa marağından, icazə verilən ərazi bütövlüyü naminə müharibə,- 30 illik qonşu-ölkələr arası münaqişənin, qismən də olsa, başlanğıc vəziyyətə gətirilərək dondurulub, yenə uzun müddətə konservləşdirilməsi ilə “başa” çatdırılaraq, ölkə suverenliyinə daha ciddi zərbələrinin bünövrəsi qoyuldu!...


Allah bütün, qəhrəmanlıq göstərərək Şəhid olan həqiqi vətənsevər Azərbaycan övladlarını, o cümlədən daha çox fərqlənən Talış balalarını qəni-qəni rəhmət etsin, yaralanlara şəfa versin, salamat qalanları hər cür nahaq şər-böhtanlardan uzaq saxlamaqla, var etsin!
Lakin, ağır kədərlə bildirmək məcburiyyətindəyik ki, həm də, qəhrəmanlıq, şücaət nümunəsi yaradan Talış xalqının övladlarının canları bahasına yaratdıqları eyforik vəziyyətdən istifadə edən hakimiyyətin yüksək ranqlı mənsublarının birbaşa göstərişi ilə, həmən helə, Talış xalqının, böyük şəxsiyyət-alimi, azad kişi nümunəsi, Talışın mərdlik simvolu Fəxrəddin Abbasovun girov saxlandığı Qobustan qapalı həbsxanasında, müdafiəsiz vəziyyətinə salınmaqla, qətlə yetirildi, öldürüldü!...
Və daha bir, xalqının yaşamına istəyi olan Talış, bu şəkildə:-“18 yanvar 1993-cü ildə Lerik rayonunun Küsəkəran kəndində doğulmuş, AR vətəndaşı, natamam orta təhsilli, subay, sozlərindən əvvəllər məhkum olunmamış, işsiz, Lerik rayonunun Kusəkəran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu kimi tanınan ərazidə, ünvan verilməmiş fərdi yaşayış evində yaşamış, hazırda AR Dövlət Təhlükəsizlik İstintaq Təcridxanasında saxlanılan Qurbanov Aslan Əhəd oğlu, 2017-cı ilin yanvar ayından başlayaraq, qeyriləri ilə bır qrup şəxs halında, təkrarən(?) etnik zəmində AR-nın ərazi bütövlüyünün(?) parçalanmasına yönələn, dövlət əleyhinə sosial şəbəkə vasitəsi ilə açıq çağırışlar etmiş, habelə bu məzmunlu materialları yaymış, AR ərazisində milli, irqi və sosial nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətləri aşkar surətdə , o cümlədən kütləvi informasiya vasitələrindən(?) istifadə etməklə qəsdən törətmişdir. Belə ki, o, “Facebook” sosial şəbəkəsində idarə etdiyi “Tolişi Zoə Tolış", “Li Arıyan” və "Sərbaz Tolişzodə” səhifələrində 2017-ci il 27 yanvar saat 06:15 dəqiqədə "Mənə lazım deyil yadların çoluyündən gələnlərin bayrağı...”, 02 fevral saat 11:25 dəqiqədə “Talış dövlətini İşğal edərək özünə tabe etmək istəyi Osmanlıların maraqlarına xidmət edirdi, Talışda, Şirvanda, aranda qurulan dövlətin adı Azərbaycan adlandırıldı”, 01 noyabr saat 09.30 dəqiqədə "harda belə hökumət var? Bütün dünyaya deyir biz tolerantlıyıq, amma özü talışlara zülm çəkdirir. Nifrət edirəm belə hökumətə”, 3 noyabr saat 01:18 dəqidədə “Ey Talış zorla alınan haq xoşluqla qaytarılmır azadlıq qurban istər”, 06 noyabr saat 01.09 dəqiqədə "Talışın qanı hesabına yaşayan Türklər talışın şəhidlərin qanları sizə haram olsun”, 16 noyabr gecə saat 01:10 dəqiqədə “Ey Talışıstanım, senə Araz qıymadı bəs hansı zinazadələr səni soydular böldülər oğurladılar bizdən”, 19 noyabr saat 11:07 dəqiqədə "Gün bütün şüarlar öldü artıq bizim bir şüarımız var azadlıq ədalət vahidlik millət kimi var olmaq”, 24 noyabr saat 11:55 dəqiqə "...xar olsun nökərçilik xar olsun manqurtluq xar olsun soyundan dönənlər bu əfsanədir bu qardaşlıq min bir gecə nağılına bənzəyir" və sair paylaşmaları ilə qeyriləri ilə bir qrup şəxs halında təkrarən etnik zəmində AR-nın ərazi bütövlüyünün parçalanmasına yönələn dövlət əleyhinə açıq çağırışlar etmiş, habelə bu cür materialları yaymış, milli, irqi və sosial nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətləri aşkar surətdə qəsdən törətmişdir. Bundan başqa Aslan Qurbanov qeyd olunan hərəkətlərini davam etdirərək, məqsədyönlü şəkildə 2018-ci il dekabr ayının 21-dən 22-nə keçən gecə Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Parkda hərəkət edən hər kəsin müşahidə edə biləcəyi ərazidə dəmir məhəccərlərin üzərinə "Ləzgi, talış, ruz, fars, erməni bunlar türkün düşmənil Redd olsun xam, satqın talış, ləzgi separatçıları. Yaşa Turan” sözlərini və həmin ərazidə daşın üzərinə isə “Ləzgi, talış, rus, fars və erməni-bunlar türkün düşmənil Turan" sözlərimi yazaraq, 22 dekabr 2018-ci ildə həmin yazıları mobil telefonu vasitəsilə videoya çəkib, sonradan bu görüntülərin “Fenıx.press” saytı vasitəsilə informasiya saytlarında və sosial şəbəkələrdə yayılmasını təmin etməklə aşkar surətdə yayılmasını təmin etməklə aşkar surətdə, o cümlədən kütləvi informasiya vasıtələrindən istifadə etməklə AR) ərazisində qəsdən milli, irqi və sosial nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər törətmişdir”,- kimi ittihamlarla məhkumluğa, lap ola bilər, göstərilən ittihamların beynəlxalq hüquq normalarına ziddi olduğunu dərk etdiklərindən, fiziki məhvinə belə, qeyri-rəsmi, növbəti höküm-tapşırıq verildi!...
Daha bir? məlumat üçün, Məhkəmə-istintaq materiallarından:- ...“Tecridxanaya təqdim olunmuş sənədlərdən məlum olur ki, Qurbanov nevroloyi xəstəliklərdən əziyyiət çəkir,əvvəllər stasionar şəkildə yox, ambulator qaydada müalicə olunmuş, xəstəliyin sonraki: dinamikası ilə bağlı heç bir tibbi tədbir görməyə-cəhd edilməmişdir. Bu hal da Qurbanov Aslanda olan xəstəliyin inkişaf dinamikası barədə dəqiq məlumat söyləməyə imkan vermir, amma İstintaq hərəkətləri zamanı onun dürümü sağlam adam üçün xarakterik deyildir...”
Hesab etmək olar ki, A.Ə. Qurbanovun yeganə günahı, öz talışsevən sələfləri kimi, vətəninə və xalqının yaşam haqqına olan bağlılığıdır.
Azərbaycan xalqının “qələbə” adına düşdüyü eyforik vəziyyətindən istifadə edərək, daha bir Talış övladının məhvinə, ən azı, 2-ci Vətən müharibəsində qəhrəmanlıq nümunəsi olan Talış xalqının Şəhid igidləri və qaziləri xatirinə, Aslan Qurbanov nümünəsində Talış xalqına növbəti acı, hissiyyatına toxunan əməldən, mövcud hökumət yayınmalı, çəkinməlidir!...
İnsanlara hürriyət, millətlərə istiqlal,-Azərbaycan Respublikasının əsas yaranma prinsipi olaraq, qəbul edilmişdir,
hörmət edilməlidir!

Talış Milli Hərəkatının İdarə heyyəti.

 
Category: TMH Xəbon | Views: 63 | Added by: tmmrtalish | Tags: Talış Milli Hərəkatının İdarə heyyə | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: