search
menu
person

NEWS AND UDATES


09:52
Talış bölgəsində AXH-nin dayaqlarının yaranmamasını qarşısına məqsəd qoyan "şanlı polisimiz"
AXH adlı qurum Talış bölgəsində öz dayaqlarını bərkitmək üçün Lənkəran Xalq Cəbhəsini yaradanlara müraciət edir. Belə müraciətlərdən birini də Nemət Pənahlı Cəmil Hacıyevə edib, təbii ki, Cəmil Hacıyev ona "yox" deyib, çünki həmin qurumda əsasən ultra-millətçilər təmsil olunurlar və biz talışlar ultra-millətşilər ilə bir yerdə ola bilmərik, bu sadə düsturu başa düşmək çoxmu çətindir? Sözüm onda yox, Talış bölgəsində AXH-nin dayaqlarının yaranmamasını qarşısına məqsəd qoyan "şanlı polisimiz" də Cəmil Hacıyevi neytrallaşdırmaq üçün martın 13-də xüsusi öyrədilmiş "Qorxmaz" ayamalı  bir şəxsi onun üstünə göndərmiş, Qorxmaz Cəmil Hacıyev, onun qardaşları və ümumən Cəmil Hacıyevin kəndi olan Xolmili kəndi haqqında nalayiq ifadələr işlətmiş və nəticədə Cəmil Hacıyevi intriqaya cəlb edə bilmişdir. Hal-hazırda həmin Qorxmaz Cəmil Hacıyevdən şikayətçidir və Cəmil Hacıyev barəsində Lənkəran polis idarəsində tədqiqat gedir. Kimdir Cəmil Hacıyev? Azərbaycan ordusunun polkovnik-leytenantı Cəmil Hacıyev əfsanəvi Talış briqadasının batalyon komandiri olub və torpaqlarımızın azad olunmasında müstasna xidmətləri var. Bəs "Qorxmaz" ayamalı şəxs kimdir? Bu barədə xüsusi araşdırma yazısı hazırlayıram, görün Azərbaycan polisi kimlərin əli ilə kimləri sıradan çıxardır. AXH və Qurban Məmmədov hələ ki, Cəmil Hacıyevin müdafiəsi ilə bağlı susurlar, Həzarat, bir şey eliyən deyilsiz, yalandan talışlara zəng edib, təzəcə boşalmış zindanları talışlarla doldurmayın....



Rafiq Cəlilov
tolishon sedo
Category: XƏBƏRLƏR | Views: 194 | Added by: tmmrtalish | Tags: Rafiq Cəlilov | Rating: 5.0/1
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $