18:45
Talış bölgəsində İqtisadi İnkişaf göstəricisini göstərən üstü açıq kanalizasiya xətləri
Talış bölgəsində İqtisadi İnkişaf göstəricisini göstərən üstü açıq kanalizasiya xətləri.



Bəli səhv oxumadınız, üstü açıq içində isə çirkab suları axan və üfunət iyi verən kanalizasiya xətləri.. Bəlkə də belə bir inkişafı heç, hansısa Afrika ölkəsində belə görə bilməyəcəyiniz rəzillik..
Keçən əsrin 60-cı illərindən qalan, hələ də bərpa edilməyən açıq kanalizasiya sistemi hansısa milyardlarla qazanc əldə edən bir neft ölkəsində həqiqətən də insanlıq tarixində görünməmiş bir rüsvayçılıq nümunəsidir. Mənə bu haqda yazmaq həqiqətəndə çətindir, lakin, bir çox üzücü şikayətlərdən sonra bu barədə Talış Mühacir Respublikasının Iqtisadi inkişaf naziri kimi regionumuzda baş verənlərə laqeyd olmamağı ən azından  özümə insani bir vəzifə və borc bilirəm. Və regionun mə'sul şəxslərinə bu barədə tezliklə bir tədbir görmələrini tələb edirəm. Demək olar ki, Azərbaycanın əhali sayına görə ən sıx yaşayış məntəqəsi olan, eləcədə Azərbaycanın turizm sahəsinin gözü sayıla biləcək qədər təbiəti ilə göz qamaşdıran talış bälgəsinin inciləri olan Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad şəhərlərinin belə bir durumda olması çox acınacaqlıdır. İsti aylarında bu kanallardan gələn üfunətli  qoxu həmin şəhərləri ziyarət edən bir turistin bir daha gəlməməsinə səbəb ola biləcək qədər rəzalət bir qoxuya səbəb olur. Buda, təkcə, turizm sahəsində nəinki bölgənin, hətta ümumilikdə respublikanın qazanc və insan resursu itkisi deməkdir.  Hətta bəzi yerlərdə çirkab suların həyətlərə daxil olması , sakinləri çox narahat edir. Bəzən qonaq qəbul etmək utandırıcı olan, əksərən uşaqların sağlamlıq və səhhətinə çox mənfi təsir göstərir. Həmdə nəzərə almaq lazımdır ki,   ölgədə illik yağıntının miqdarına görə də respublikada ilk yerdə durduğundan burada daşmaları nəzərə alarsaq, burada bu səbəbdən şəraitin necə çətin və acınacaqlı olduğuda ortadadır. Nəticədə bunlarla yanaşı bu səbəbdən rütubətin mal-qaraya vurduğu ziyan-zərərlərlə yanaşı, ağcaqanad, milçək, çəyirtikə, siçan, siçovul və digər ziyanvericilərin artması da iqtisadiyyata, insan sağlamlığına və həyat şəraitinin çətinləşərək bərbad duruma gətirir.
Bir neçə il bundan əvvəl bir Azərbaycanın digər bir rayonunun sakinlərinin şikayətinə baxılaraq həll olunsada, bu Rayonda illərdir edilən şikayət və xahişlərə baxılmır, Illərdir ki, bu problem davam edir.

Fərhad  Asadov
Category: TMH Xəbon | Views: 52 | Added by: tmmrtalish | Tags: Fərhad Asadov | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: