20:06
Talış bölgəsində meşələrin məhv edilməsi planı, əlxüsus Talış meşələrinin gözü olan Lənkəran'ın Həftoni meşələrinin məhv edilməsi həqiqətən
Talış bölgəsində meşələrin məhv edilməsi planı, əlxüsus Talış meşələrinin gözü olan Lənkəran'ın Həftoni meşələrinin məhv edilməsi həqiqətən də hər zaman təbiətlə sıx və iç-içə yaşamış, təbiətə olan vurğunluğu ilə seçilən mənəviyyat dolu, sadə, nəcib, incə ruhlu Talış xalqı üçün çox ağırdır.
   Elmi-tarixi yöndən yanaşıldıqda xüsusi ilə bunu da qeyd etmək vacibdir ki, Həftoni və digər meşələrin məhvi Talışların istər tarix boyu tərəqqilərlə dolu elmi-mədəni maarif ( özünə məxsus alətlər və kustarlıq ləvazimatları və bir sıra dünya sənətinin incilərindən sayılan sənət əsərləri) sərvəti və sənətinin tarixinin silinməsi, eləcə əsrlər boyu böyük imperiya və dövlətlərin hücumundan özünün dərin taktiki müdafiə və mərdlik, şücaət dolu döyüş tarixinin də məhv edilib tarixdən silinməsi deməkdir. 
 Həmçinin zəngin özünəməxsus zəngin bitki örtüyü, təbii-meşə landşaft və faunasının yox olması deməkdir, həmçinin bu da təbiəti zəngin olan talış iqlim, təbiətşünaslıq, bioloji-tarixinə də bir soyqırım layihəsidir.  
Xüsusilə təbii faunamızda Hamamelidaceae R. Br.) fəsiləsinə aid bitki növü olan, IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aid, xüsusi populyasiyası məhdud sahələrdə yayılmış, mənfi təsirlərə (xüsusilədə, antropogen amillərə  daha həssasdır) çox həssas olan Dəmir ağacı buna bir bariz misaldır.
Həmçinin, bir çoxlarının bilmədiyi və ya diqqət etmədiyi bu  yönüdə qeyd etməyi özümə borc bilirəm ki, indi demək olar ki, bütün tanınmış bioloq və həkimlərin rəyi bundan ibarətdir, 21 və 22-ci əsr qızıl və digər sərvətləri olan ölkələr deyil, məhz təbii faunası zəngin olan ölkələr dünyaya hegemonluq edəcək. Bu barədə, tibb alimi və təbiətşünas bioloq tanınmış professor Ibrahim Saracoğlu öz çıxışlarında dəfələrlə bildirmiş və xüsusilə meşə ağac və bitki örtüyünün qorunmasına xüsusi diqqət edilməsi gərəktiyinin vacibliyi və həddindən ziyadə gərəkli olduğunu bildirmişdir.  
Və bunuda əlavə etməliyəm ki, təbii faunanın və ağacların məhv edilməsi, gələcəkdə insan qaynaqlı təbiət təxribatı yəni "texnogen təbii məhv" nəticəsində meşələrin qırılması ( meşə örtüyü və ağac, ağac köklərinin məhv edilməsi) sel, sürüşmə, zəlzələ və s. kimi fəlakətlərin baş verməsidə istisna deyil, Məs. bugün Türkiyə'nin Trabozon Qaradəniz bölgəsində sel fəlakəti və sürüşmələrin insan qaynaqlı amillərdən baş verməsi kəsinləşmişdir. Və bunun kimi bir çox fəlakətləri qeyd etmək olar.

Əgər bu soyqırım durdurulmazsa biz bu məsələni dünya mediyasına daşıyacaq və bütün lazım olan orqan, təşkilat və media qurumları ilə müntəzəm əlaqə qurub bu işdə məsul olanları qanun qarşısında cavab verməsi və cəzalanması üçün əlimizdən gələni edəcəyik! 

Fərhad Əsədov 

TMMR Iqtisadi inkişaf naziri
Category: TMH Xəbon | Views: 40 | Added by: tmmrtalish | Tags: Fərhad Asadov . | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: