18:37
Talış dili Hind-avropa dil ailəsinə,Hind-İran dili qoluna,İran dil qrupuna,Talış qrupuna aiddir
Talış dili Hind-avropa dil ailəsinə,Hind-İran dili qoluna,İran dil qrupuna,Talış qrupuna aiddir.

  Bu dil ailəsi dəndə dünya əhalisinin çox böyük bir hissəsi danışır.Dünyada ən çox öyrənilən və istifadə olunan dillər də bu ailəyə daxildir.
  Azəri dili İran dilləri qrupunun qədim nümayəndəsi olub, şimal-qərbi İran dillərinə aiddir.Bu dil hazırda məhdud şəkildə işlənir və Talış dialektləri yaxud sadəcə olaraq Talış dili adlanır.
  XI-əsrdən başlayaraq Azəri dilində danışanların sayı azalmağa və bu dil öz üstünlüyünü itirməyə başladı.Onun əvəzində isə Azərbaycana köç etmiş tərkəmə tayfaların dili əsas ünsiyyət vasitəsinə çevrilməyə başladı.
  Talışların tarixi yaşayış yeri olan Azərbaycanın cənub-şərqində Talış dağlarında və Muğanda kompakt yaşayan Talış xalqı indiyədək öz əzəli torpaqlarında Talış xalqı kimi öz mədəniyyəti və danışıq dili ilə yaşamaqdadırlar.TalışdaAzərbaycan Respublikasının müstəqil olması üçün ilk olaraq ayağa qalxıblar, Azərbaycanın Dövlət bayrağını Talış bölgəsində ilk dəfə ucaldıblar və Azərbaycan vətəndaşı olaraq hər zaman dövlətə və dövlətçiliyə sadiq olublar.İsdər birinci Qarabağ müharibəsində,isdərsədə ikinci Qarabağ müharibəsində Talışlar dövlətə,vətənə olan sevgisini layiqincə gösdərdilər.Ölkənin bütövlüyü uğrunda nə tələb olunubsa artıqlaması ilə yerinə yetiriblər.
  Bütün bu olanlara baxmayaraq,təəssüflə qeyd etmək məcburiyyətindəyəm ki, Talışların tarix,mədəniyyət,dil və s bağlı ciddi problemlər mövcuddur.Belə ki, Azərbaycan respublikasının müvafiq hakimiyyət institutları Talışların milliözünüifadəsiylə bağlı, kanustitusiyada təsbit edilmiş 44,45-maddələr kobud şəkildə pozulur,icra edilmir.
  30-cu illərdən etibarən,Stalin rejimi tərəfindən repressiyaya məruz qalmış Talış xalqının adının,dilinin və mədəniyyətinin yaşaması, inkişaf etdirilməsi,yeni dərsliklərin çap edilməsinə dövlət qayğısı göstərilmir.Dövlətimizin ali idarəetmə orqanlarına dəfələrlə müraciətlər edilib.Lakin bu müraciətlərə heç bir reaksiya verilməmiş, onlar cavabsız qalmışlar.Bu səbəbdən sosial şəbəkələr üstündən sizə müraciət ünvanlayıram.
    Cənab prezident!
   Mən Azərbaycan Respublikasının Talış etnik kökənli vətəndaşı olaraq, Dövlət resurs və təşkilatları çərçivəsində aşağıdakı institutların fəaliyyətə başlamasına sərəncam verməyinizi Sizdən xahiş edirik:
-    Regionun orta ümümtəhsil məktəblərində talış dilinin tədrisi;
-    Talış dilində dərs vəsaitlərinin nəşri;
-    Dövlət kollec, texnikum və universitetlərində talış dili və filologiyası ixtisası üzrə müəllim kadrlarını hazırlayan fakültə və kafedraların açılması;
-    Regionun mərkəzi olan Lənkəran şəhərində talış dlində radio və televiziyanın fəaliyyətə başlaması;
-    Lənkəran şəhərində talış dilində Dövlət teatrı, konservatoriya və filarmoniyanın açılması;
-    Talış dilində dərc olunan qəzet və jurnallara Dövlət qayğısı;
-    Azərbaycan Respublika Nazirlər Kabineti yanında Adlar və Terminalogiya komissiyasının “Talış adının arzuolunmaz adlar siyahısına salınsın!” diskriminasiya xarakterli qərarını ləğv etmək;  
-    Talış adı ilə yaranan ictimai birliklərinin Dövlət Qeydiyyatına alınması;
-    Regionda adları dəyişdirilmiş toponim, oykonim və etnonimlərin talış dilində yenidən rəsmiləşdirilməsi. 

TMH-nın idarə heyətinin üzvü İntiqam Həmidov.
Category: TMH Xəbon | Views: 98 | Added by: tmmrtalish | Tags: TMH-nın idarə heyətinin üzvü İntiqa | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: