search
menu
person

NEWS AND UDATES


17:02
Talış elim
Talış elim

Torpağında, de nə sirr var?
Ayrılığa ağırlıq var,
Unudulmaz Ulu diyar,
Söz söhbətim şirin dilim,
Unudulmaz Talış elim.

Meşələrin yaşıl zümrüd,
Qayan, daşın Yəmən yaqut,
Gəzib dolan ətrindən ud,
Həsrət itsin ilim-ilim,
Mənim doğma Talış elim.

Hər addımın bir mənzərə,
Tuş gəlməsin bədnəzərə,
Düşmənin düşsün azara,
Mərifətdən dolu elmim,
Anam doğma Talış elim.

Neçə illər, neçə əsrin,
Heçə vahid, neçə kəsrin,
Neçə düstür tapıb həllin,
Xariqəm, ilk müəllimim,
Ğözəl diyar Talış elim.

Babulla Hüseynzadə

Категория: Tolişə poeziya. | Просмотров: 27 | Добавил: tmmrtalish | Теги: tolishstan.com | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
https://www.accuweather.com/az/az/lankaran/29090/daily-weather-forecast/29090