search
menu
person

NEWS AND UDATES


16:19
Talış mahalından daha güclü həyəcan təbilinin sədaları gəlir.
Əziz dostlar, eloğlular, həmvətənlər və həmkarlar! 
 Talış mahalından daha güclü həyəcan təbilinin sədaları gəlir. Məlumatlara görə, narkomaniya artıq yaş həddi, cinsiyyət tanımır, ailələri məhv edir, Muxtar respublikanın ən dəyərli, qiymətli resursu sayılmalı olan gəncliyimiz, hər tərəfdən məhv edir! Əldə etdiyimiz məlumatlara görə, çox əfsuslar olsun, bu dövrün ən ciddi bəlasına qarşı mübarizə aparmalı olan hakimiyyətin hüquq-mühafizə, səhiyyə sisteminin aparıcı simaları, böyük maddi qazanclar naminə, bu bəlanın yayılmasında birbaşa iştirakçılardır! Hakimiyyət nümayəndələri nəinki buna göz yumur,  hətta bu ağır fəsadlı bəlanın yayılmasında ciddi maraqlı görünürlər!
 Bu yanaşma həm də imkan verir ki, vətəndaşlar problemlər içində çabalayaraq, normal həyatlarının qurulması naminə, elementar tələbkarlıq, vətəndaşlıq borcunu  unutsunlar.
 Narkobiznesin inkişafı ilə, bu sahəyə rəhbərlik edən məmur-oliqarxlar, həm böyük qazanclara özləri sahib olmaqla, gəncliyin sağlam cəmiyyətə qayıtmaları naminə müraciət etdikləri səhiyyədə də rüşvət və korrupsiyadan böyük qazanclar əldə edirlər.
Gəncliyin, bütövlükdə, bizim halda, mahalımızda insanlığın  normal əqli, mənəvi, fiziki formalaşmasında əsas rol oynamalı olan, məktəblər və dini təəssisatlar üzərilərinə düşən vəzifəlilərin icrasında tam deqradasiya olunub, daha aydın desək, aparmalı olduqları işlərdən tam kənarlaşdırılıb!  Hər yerdə maddi qazanc, rüşvət və korrupsiya! Nəinki Vətən, vətəndaşlıq, milli varlıq, bütövlükdə insanlığımızı itiririk! Bəlkə bir yerdə, “SOS”,- deyə bağıraq!

Diqqətinizə görə təşəkkür edirəm
Talış Muğan Muxtar Resbublikasının Mühacir hökümətinin
Gənclər İdman və Turizm vəziri
İlham Babazadə
Category: TALİSH | Views: 60 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar