16:58
Talış Milli Hərəkatı Gəncədə baş vermiş bombardman hadisəni pisləyir və cinayət hesab edir
Talış Milli Hərəkatı Gəncədə baş vermiş bombardman hadisəni pisləyir və cinayət hesab edir .


Talış Milli Hərəkatının, Talış Muğan Muxtar Respublikasının Mühacir hökumətinin,
 Beynəlxalq təşkilatlara, cənubi Qafqazın taleyinə, Regionun gələcək normal, insani yaşayışının təminatına maraqlı olan bütün tərəflərə
                                 M Ü R A C İ Ə T:
Uzun illərdən bəri dondurulmuş, qısa müddətlərdə və insan təlafəti ilə sonuclanan atəşkəs pozuntuları, ötən sentyabr ayının 27-dən, daha şiddətlə, artıq genişmiqyaslı döyüşlər səviyyəsində başlanmışdır, davam edir!
 Ən əvvəl, uzun illərdən bəri, daima antimüharibə  ideallarımıza sadiq qalmaqla, döyüşlərin getdiyi birbaşa təmas xətlərində hazırda ən çox Talış-Muğan regionunun gəncləri şəhid olur və bu, bizim üçün çox üzücü və ağırdır.
 AR-nın mövcud Vətənin müdafiəsini tənzimləyən qanunlarınının icrasında mükəlləfiyyətliliyin olduğunu nəzərə alığımızdan və bu insan faciəsinin qarşısını almaqda əməli heç nə edə bilmədiyimizdən, ancaq Gənclərimizə niyyət və vətənpərvərlik ruhunun yüksəkliyini nəzərə almaqla, uğur diləyə bilərik və edirik! 
 Lakin, həm Azərbaycan Respublikasının, eləcə də Ermənistan Respublikasının rəhbərliyindən tələb edirik: Azərbaycanın Dünya birliklərinin qəbul etdiyi ərazi bütövlüyünə tam təminatın yaradılması ilə, başlanmış müharibəyə son verilməklə, əməli, qısa zamana başa çatacaq danışıqlara, yenidən start verilsin.
 Və həm də, 16 oktyabr tarixində, düşünülmüş, insanlığa və çoxsaylı Beynəlxalq öhdəliklərə zidd və onların pozulması ilə baş tutan, cəbhədən kənar, mülki şəhər Gəncənin  gecə, birbaşa bilərəkdən körpə, uşaq, qadın və qocaların yatdığı yerdə, raket zərbəsi ilə bombalanmasını bəşəri cinayət sayır və qəti pisləyirik!
      Talış Milli Hərəkatının sədri
              Ələkrəm Hümmətov.
 TMMR-nın Mühacir hökumətinin Baş naziri,
            Rəhim Mirzəyev.

 
Category: TMH XABAR | Views: 207 | Added by: tmmrtalish | Tags: TMH | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: