/ Новости сайта / TMH XABAR / Talış Milli Hərəkatın sədri Ələkrəm Hümmətovun  B ə y a n a t ı :
18.01.2020

Talış Milli Hərəkatın sədri Ələkrəm Hümmətovun  B ə y a n a t ı :

351 0 TMH XABAR



Talış Milli Hərəkatın sədri Ələkrəm Hümmətovun, Talış, siyasi bloqer, Elvin İsayev ətrafında, Azərbaycan Respublikasının hakim dairələrinin yaratdığı iyrənc, qalmaqallı, saxta özünü müdafiə və çirkin, qanunlara sığmayan əməllərə haqqazandırmalarına etiraz

                                                                                         B ə y a n a t ı :

  Dünyada, normal, savadlı, azadlığa yüksək dəyər verən xalqlar, özlərinin dövlətlərini qurur ki, onlara çatan Allahın verdiyi sərvətlərdən və zəhmətləri hesabına yaratdığı qazanclarından ödədikləri vergidən yaranan büdcə hesabına, iş tapşırdıqları məmurlar, -prezidentdən tutmuş kiçik hesabdara qədər, onların normal, təhlükəsiz həyat, yaşam şəraiti yaratmaqla, haqq və hüquqlarına hörməti qurmaqla xidmətlərində dursunlar. Azərbaycan Respublikasında da guya dövlət qurulub, Konstitusiya və qanunları var, vaxtaşırı da bəşəriyyətin qəbul etdiyi siyasi norma və oyun qaydaları ilə seçki oyunbazlıqları ilə hakimiyyət mənimsəmələri həyata keçirilir, oğurlanır! Bütün xalqın haqq və hüquqlarını oğurlayanlar, vicdan xəcaləti çəkmədən, onların haqsız münasibətlərində Ölkədən didərgin salınmış və oradan vətəndə qalanların acı taleyini dilə gətirib, sərt ifadələrlə səsləndirən, yazanları da oğurlamağa başlamışlar.... 
   Talış Elvin İsayev, Ukraynadan, əsil quldursayağı, xalqa mənsub olmalı Dövlətin bütün resurslarından istifadə edilməklə, sözün həqiqi mənasında, oğurlanaraq, bütövlükdə xalqın gözünü odunu almaq, xof içində saxlamaq məqsədi ilə, haqq sözü kəskin, özlərinin təbirinə uyğun deyənləri cəzalandırmaq qüdrətində olduqlarını hamıya sübut üçün, bir cəhd etdilər, amma...çox ciddi, ən azı beynəlxalq ictimaiyyətin qınağına tuş gəldilər! 12 dekabr, oğurlanan gündən, 14 dekabr 2019-cu il tarixinədək, gündəlik verilən işgəncələrin izlərini ört-basdır əməliyyatına start verilib. E. İsayevin yaxınlarının maddi vəsaiti hesabına vəkilin yanına buraxılması min bəhanələrlə əngəllənsə də, özlərini fahişə xislətli peşələrinə və vəzifələrinə nankor, satqın-xəfiyyə , dəllal-işverən vəkil adlanan ünsürlərdən birinin, 12 saylı, dırnaqarası hüquq məsləhətxanasının əməkdaşı, Gülarə İlyasova adında, bir məişət pozğununun iştirakı ilə, ona ictimaiyyətə müraciət də, utanmadan yazdırıblar! Bu da kifayyət etməyib! Ölkə daxilində məhkumların, ittiham olunanların öz ailə üzvləri ilə əlaqə, rabitə qurmalarına hər cür maneə yaradan ölkə ədliyyə işçiləri, böyük “hümanizm” nümunəsi göstərib, Elvin İsayevin Rusiya Federasiyasında yaşayan ailə üzvləri ilə telefon əlaqəsi qurmağa şərait yaradıblar! Çox şübhəli və olduqca mübhəm bir şəkildə, öz mənəvi, fiziki və saxlanma şəraitinin ideal şəkildə olduğunu ona, çox yəqin, uzun illərlə gədacasına istifadə etdikləri metodlarla, dedizdiriblər!...
   TMMR mühacir höküməti və Talış Milli Hərəkatı bütövlükdə vətənimizdə normal dövləti münasibətlərin qurulması naminə söz deyənlərin, sərt tənqidi ifadələrə görə təqib və həbs edilən hər kəsin haqlarının müdafiəsində tərəqqipərvər beynəlxalq təşkilatlarla məlumat mübadiləsi etməklə, həqiqətləri hamıya çatdırmasını davam etdirəcəkdir.
   Elvin İsayev və digər vicdan və siyasi məhbusların azadlıqda olmalarına haqq etmələrini tanımaqla, Azərbaycan Respublikasında hakimiyyət quldurlarının antinsani əməllərinə son qoyulması istiqamətində, Beynəlxalq təşkilatların ciddi əməli fəaliyyətini tələb edirik!

Talış Milli Hərəkatın sədri, Ələkrəm Hümmətov .

 
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Календарь
«  Декабрь 2019  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Всего ответов: 10
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0