13:24
Talış Milli Hərəkatın Talışlara çağırış : Faşistlərin yanında sizin nə işiniz var ?
Talış Milli Hərəkatın Talışlara çağırış : Faşistlərin yanında sizin nə işiniz var ?

Dəyərli oxucular!
Azərbaycanda yaşayan köklü millətləri və o cümlədən, Talış xalqı, bu dəfə də biz bir araşdırma apararaq ölkənin, vətənimizin ictimai-siyasi həyatının müxalif cameyəsində olan Talışlar haqqında, o cümlədən Azərbaycan Respublikasının müstəqilliyi naminə canından keçməyi belə qızırğanmayan, az qala zamanında heç kimin edə bilmədiyini edənlərdən və sonda, müxtəlif təhqirlərlə üzbəüz saxlanılmaqla cəmiyyətdə nüfuzdan salınmalarından yazacağıq…
 -Ölkədə ərazi bütövlüyü və müstəqillik mübarizəsinin dirçəliş məqamında, XX əsrin sonunda demək olar ki, ilk olaraq, 28 noyabr 1988-ci il tarixində İran-Sovet sərhədinin Astara keçid məntəqələrində AR-nın hazırkı bayrağı müstəqillik rəmzi olaraq, Talışlar qaldırdı;
 -Hakim tək partiyalı totalitar rejimdə ölkə miqyasında !988-ci ilin sonlarında müxalif siyasi təşkilat vəzifəsini üzərinə götürməklə, “Lənkəranda Yenidənqurma naminə Xalq Cəhbəsinin” qruculuğuna start verildi və 1989-cu ilin 20 mart tarixində təsis komitəsinin yaradıcı tərkibi (63 nəfər olmaqla) göstərilməklə rəsmi qeydiyyata alınması barədə müraciət Lənkəran şəhər və rayon Xalq Deputatları Sovetlərinin İcraiyyə komitələrinə təqdim edilməklə, həm də o vaxtın “Azadlıq” radiosundan dünyaya elan edildi və rəhbərlik yeni fəaliyyət başlayan Azərbaycan Xalq Cəhbəsinin təsis koordinasiya şurasına dəvət edildi;
 - Ölkə miqyasında ilk olaraq, 22 may 1989-cu il tarixində Lənkəran Xalq cəhbəsinin 1-ci Qurultayı, açıq hava şəraitində, dəniz kənarında, o vaxtın milisinin müşaiyyəti ilə keçirildi, təşkilatın Məramnamə və Nizamnaməsi qəbul edilməklə, İdarə heyyəti seçilərək, həm də gələcəkdə mümkün olacaq Azərbaycan Xalq Cəhbəsinin I Qrultayına nümayəndələr seçildi;
 -27 may 1989-ci il tarixində uzun illərdən sonra ilk dəfə rayon miqiyasında həm də Kommunist partiyasının şəhər komitəsinin və yerli hökumət nümayəndələrinin iştirakı ilə Talış poeziya gecəsi keçirildi və həm də…məxsusi bəyanatla Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü xatırlanaraq, məxsusi “Ey Ana Vətən” marşı ilə qeyd edildi.
 -28 may 1989-cu il tarixində, gəcə yarısı, Xalq cəhbəsinin idarə heyətinin üzvlərinin öz əlləri il tikdikləri AXC-nin bayrağını Lənkəran şəhərinin mərkəzi meydanı da daxil, rəsmi idarələrinin və yüksək binalarının üzərində 7-8 yerdə qaldırılmaqla, bir nüsxəsini də, AXC-nin təsis koordinasiya şurasına göndərildi;
-6 iyul 1989-cu il tarixində Azərbaycan Xalq Cəhbəsinin I qurultayında Ə.Hümmətov cəhbənin ilk İdarə heyyətinin üzvü seçilmişdir
 -11 yanvar 1990-cı il tarixində SSRİ tarixində ilk dəfə Lənkəranda Sovet hakimiyyətinin fəaliyyəti dayandırıldı, Kommunist partiyası ləğv edildi;
 -19 yanvar 1990-cı il tarixindən 26 yanvar tarixinə kimi Azərbaycanda baş verən hadisələr barədə xəbər, bəyanat, müraciətlər Lənkarandan 7 dildə radio, televiziya verlişləri vasitəsi ilə dünyaya yayılıb;
  -26 yanvar1990-cı il tarixində bütün fəal və silahlılar Lənkərandan çıxarılmaqla Yazovun başçılığı ilə gələn Sovet ordusundan, hərbiçilərdən hər cürə qırğınlar törətmək bəhanəsi əllərindən alındı, Hafhoni meşələrində sözün həqiqi mənasında döyüşmək məcburiyyətində saxlanıldı;
 -11 oktyabr 1991-ci il tarixindən Lənkəranda 20 saylı Ərazi özünümüdafiə batalyonunun yaradılmasına başlandı, qısa müddətdə alay səviyyəsinə çatdırıldı və may 1992-ci ildə 820 nömrəsi verildı, sentyabr 1992-ci ildə 704 nömrəli briqadaya çevrildi;

Belə misallar çox göstərmək olar, amma bir cəmiyyət ki, yaltaqlığı və həqiqəti özü təhlil etmə ixtiyarında, gücümdə olmaması, həmin cəmiyyətin sonu bərbaddır.  Nə təəssüf ki , biz belə cəmiyyətdə yaşayırıq və hər an bütün bunları öz varlığında hiss edib, görüb, eşidirik .

 Ələkrəm Hümmətovun belə bir sözü var, mənim qədər Azərbaycana xidmət edən ikinci şəxs Talış tapa bilməsiniz, mənə verilən dəyər və qiymət isə, göz qabağındadır. Məsələni ən pis tərəfi isə, Iqtidar aydındır, onun mövqeyi bir çox məsələlərə yanaşmada bütün dünyaya bəllidir, bəs müxalif cameyəsində özünə demokrat deyənlər niyə, hakimiyyətlə bir-çox məsələdə eyni mövqeydədilər? Fikirləşərsiz ki, biz onlarla şəxsi-qərəzliyimiz var, əsla yox, biz faktlarla deməyə cəhd edib və yazacağıq. Çox da yaxın tarixdə dəriliklərə getmək istəmirik, sadəcə son bir neçə ildə baş vermiş hadisələri araşdırsaq, bizə hər şey aydın olacaq . Hamıya məlumdur ki, ölkə səviyyəsində müxtəlif məsələlər üzrə İllik hesabatlar hazırlanır, bu hesabatları isə Azərbaycanda və xaricdə yaşayan  Qeyri hökumət təşkilatları və Müxalifəti
 (AXCP və Müsavat) dəstəkliyən fərdlər tərəfindən təqdim edilir. Onların yaydığı hesabatlarda, yəni hakimiyyətin icazə verdiyi hesabatlarda, bütün hallarda, təzyiq, təqiblərə məruz qalan heç bir Talış fəal və aktivistinin adı olmur və Talış problemi ölkədə mövcud deyilmiş kimi, bütün dünyaya yayırlar. Bu yanaşma və oxşar hadisələr 2020 ci ilə qədər davam etsə də, 2020 ci ildə Talış Milli Hərəkatın səyi nəticəsində həmən hesabatlarda bəzi dəyişliklər edilmişdir, əlbəttə həmən təşkilatların Talış xalqının problemlərini hesabatlarda göstərmək tələbindən sonra.
Biz təşkilat olaraq, həmən qurumlara, o cümlədən bütün Avropa , ABŞ, Rusiya və s. ölkələrin xarici işlər nazirliklərinə qədər Talış xalqının varlığı, onun ölkədə əzilməklə, məcburi assimilyasiyaya məruz qoyulması haqqında və eləcədə Talış millətinin digər problemləri haqqında bütün hesabatlar göndərilib və gözəl nəticədə əldə etmişik!

Biz, Talış Milli Hərəkat olaraq, bütün Talış əsilli insanlara demişik və bu gündə deyirik , sizin pan türk və özündən başqa heç bir xalq üçün heç nə istəməyən şovinist təşkilat və siyasi qurumlarda, partiyalarda nə işiniz var?
Biz hərəkat olaraq, bir neçə il əvvəl, bütün talışlara müraciət etmişdik ki, hamılıqla Talış Milli Hərəkatda təmsil olsunlar və Talış xalqının hüquqları beynəlxalq səviyyədə müdafiə edilməsində iştirak etsinlər.
  Bəli, bəzi bizim bolilərimiz bizə qoşuldular, talış təşkilatlar yaradıldı və bu sahədə fəaliyyət getdikcə artdı, bu, müsibət haldır və biz buna sevinirik .Amma, bizim bəzi bolilərimiz , bizə qismən olsa eşitmədilər, bəziləri hələ həmən təşkilatlarda yer alır.
 Istəyirik Seyran Rəfiyev haqqında bir az olsa da deyək və yazaq. Seyran Rəfiyev nümunədir ki, onun timsalında hal- hazırda həmən təşkilat və baxışlarına görə yaxın olan qurumlarda olan digər bolilərə də aiddir.

Biz Seyran Rəfiyevə bir-neçə dəfə demişdik ki, sizin həmən təşkilatlarda nə işiniz var? Vaxt gələcək onlar sizi heç-neçəyə satacaqlar, buna nümunələr çox var, bu millətçi-şovinist qruplara qəti etibar etmək olmaz. Bizim dediklərimiz dəfələrlə olduğu kimi, yenə baş verdi, Məhəmməd Mirzəlin öldürməyə cəhd edirlər, cəhd edənlər qalır bir  kənara, mövzunu Talış əsilli Seyran Rəfiyevin üzərinə yönəldilməsinə cəhdlər edilir. Özüdə bunları kim edir? AXCP və Milli Şuranın üzvləri! Məhəmməd Mirzəli and-aman edir ki, hakimiyyət edib, amma bu qurumların fəal nümayəndələri isə, mövzunu Seyran R. üstünə atırlar. 

AXCP-nın üzüvü Emil Cəfərli .




Bir gün keçməmiş Cəmil Həsənli sosial şəbəkələrdə yazır ki, demə heç Seyran Rəfiyev Milli Şuranın üzvü deyilmiş, onun işinə baxacağıq və s. bu kimi yazılar yazaraq, guya Seyranı heç tanımırmış. Amma Cəmil bəy Həsənlinin əvvəlki,- yəni 2018-ci ildə yazdığı yazını bura qoyuruq .

Cəmilin qızı məsələsinə bizim münasibətimiz pisdir .

 

2021-ci ildəki yazını da ardınca qoyuruq, özünüz baxın, bunlar özləri necə yalançı və insanları necə aldatdığının şahidi olasınız. Ondanda əlavə, Seyran Rəfiyev onlarla olan birgə fotoşəkillərini də burda sizə təqdim edirik:



 


Onu da deyək ki , Azərbaycanda Azəri-Talış İctmayi Birliyi ilə əlaqədar Milli şurada baş vermiş hadisələr və Mehdibəy Səfərovun onlara dediyi sözləri biz hələ də unutmamışıq:-Bunlara, hərəkət etmək istəyənlər, özünə Talış yox , Ləzgi , Tat , Avar yox,- yalnız Türk deyənlər lazımdır.

 Ey Talış, sən nə qədər özünü onlar istəyən tərzdə yaxşı aparsan da, sənin adın Talışdır ayağın bir balaca büdrədi, sənin Talış olduğunu yadına salacaqlar və səni məhv etməyə çalışacaqlar. Bu, hər bir Talış , Ləzgi , Avar və s. qardaş-dost xalqlara da aiddir!



Dəyərli oxuyucular, biz yenədə təkrar edirik, hakimiyyət özünü bütün dünyada biabır edib, müxalifət də ondan geri qalmır, özünün faşist siyasətini hələdə davam etdirməkdədir .
Talış aktivistlərə bir daha bəyan edirik, Talış alimi Fəxrəddin Abbasov həbs olundu, Rusiyadan Azərbaycana gətirildi, 16 il həbs cəzası kəsildi, həbsxanada onun həyatına son qoyuldu , amma heç bir təşkilat və partiya öz səsini, cınqırını belə çıxarmadı. Elvin İsayev Ukraynadan oğurlandı, Azərbaycana gətirildi, həbs olundu, yenə heç bir Təşkilat və partiya onu müdafiə etmədi. Qurban Aslanov günahsız olaraq həbs olunub, deyilənə görə, səhih məlumat alıb, müdafiəsini təşkil etməyin mümkünsüzlüyündən, 5 il iş kəsiblər, yenə heç bir qeyri-hökumət təşkilatı və partiya onu müdafiəsində səsini belə çıxarmadı.  Mirismaiyıl Mirismayılov Heydər Əliyev adına aeroportda saxlanıldı bir ay həbs edildi, həmən hakimiyyətin saytları ilə bərabər özünə demokrat deyənlər bircə bu talış balasını agentlikdə , vətən xainliyində ittiham etdilər. 

Çox belə nümunələr göstərə bilərik, yazıb burda sizin qızıl vaxtınızı almaq istəmirik. Biz yalnız və yalnız özümüzü ağ günə çıxarmalıyıq və ölkədə olan digər xalqların da Talış Milli Hərəkatın ətrafında cəmləşdirməliyik!.

Talış Milli Hərəkatı.
 
Category: TMH Xəbon | Views: 123 | Added by: tmmrtalish | Tags: Talış Milli Hərəkatı (TMH) | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: