10:37
Talış Milli hərəkatının İdarə heyyətinin və Talış Muğan Muxtar Respublikasının Mühacir hökumətinin birgə fəryad
Dünyanın tərəqqipərvər, mütərəqqi İctimaiyyətinə,
Hər iki vətənində, özünü idarə və yaşam haqqından məhrum edilmiş Talış xalqının mühacirətdə olan Talış Milli hərəkatının İdarə heyyətinin və Talış Muğan Muxtar Respublikasının Mühacir hökumətinin birgə fəryad
                                 B Ə Y A N A T I :
Dövlət və dövlətçilik adında, ölkələrinin Əsas və digər qanunlar külliyyatını, beynəlxalq öhdəliklərini və İnsan haqq və hüquqlarını tənzimləyən, tərəflərindən imzaları ilə qəbul edilən bütün norma və konvensiyaları, öz şəxsi maraq və mənafelərinə, qeyri insani formada qurban verən Rusiya Federasiyasının və Azərbaycan Respublikasının hazırkı ali-məqam hakim dairələri, həm də, böyük yaradan Allahı belə unudaraq, adi insani münasibətlərə həqarət edərək, 2 il əvvəl, 2019-cu ilin fevral ayının 27-də Talış xalqının böyük alim, publisist-mütəfəkkiri, ictimai-siyasi xadimi Fəxrəddin Fərmoni zoə Abbasov üzərindən, böyük maliyyə müqabilində, al-verini həyata keçirtdilər!
 Ağır günlərində, bütövlükdə Rusiya İmperiyasının Talış xalqı qarşısında əsrlər əvvəl üzərinə götürdüyü öhdəliklərinə etimad edərək, F.Abbasov(Əbboszodə) hazırda o imperiyanın varisi olan Rusiya dövlətinə sığınmaqla, şəxsinə AR-nın avtoritar rejimindən yaranan təhlükədən xilas olduğuna əmin olduğundan, ilk çağırışda Moskvaətrafı hüquq-mühafizə orqanlarına, özünü təslim etdi. O, heç vaxt düşünməzdi ki, hazırkı RF-nın hakim dairələri nəinki ona, bütövlükdə yaşamı naminə mübarizə apardığı Talış xalqının taleyinə və özünün öhdəliklərinə Rusiya dövləti bu qədər, laqeydcəsinə xəyanət edə bilər.
  Məxsusi, ali-məqam səviyyəli tapşırığın icrasından ötəri Moskva vilayyət və mərkəzi hökumət məmuriyyəti, bu dəfə, özlərinin dövlət adından höküm verən məhkəmə qərarına belə əhəmiyyət vermədən, Fəxrəddin Abbasovu oğurlayaraq, bəli, bəli, oğurlayaraq, ölümə, Azərbaycan Respublikasının hakim ailəsinin cənginə təhvil-təslim etdilər!
  Hesabatsızlıq və nəzarətsizlikdən bəhrələnən Azərbaycan Respublikasının hazırkı avtoritar-diktator rejiminin ən yüksək səviyyəsindən verilən məxsusi tapşırıq əsasında, böyük alım Fəxrəddin Abbasov(Əbboszodə), saxta məhkəmə hökmləri ilə saxlandığı Qobustan qapalı həbsxanasında, 9 noyabr 2020-ci il tarixində, dövlət terroru ilə, amansızcasına qətlə yetirildi!...
 Özünün mənsub olduğu Talış xalqının məhvinə, assimilyasiyasına müqavimət göstərən, növbəti, daha bir fədakar Talış övladı, qətlə yetirildi, hamı, mütərəqqi dünya da susdu, amma biz, Talışların milli yaşamına təşnə olanlar, susmayacaq və bu xain əməli, heç vaxt unutmayacağıq!   Yaşamı naminə, Talış xalqının qurban verdiyi fədakar övladlarını Allah rəhmət etsin!
          Yaşasın Talış xalqı!
  Talış Milli Hərəkatının sədri, Talış Muğan Muxtar Respublikasının prezidenti,
            Ələkrəm Hümmətov.
 Nedrland krallığı, Haaqa şəhəri,                  26 fevral 2021 il.
 
Category: TMH Xəbon | Views: 150 | Added by: tmmrtalish | Tags: Ələkrəm Hümmətov. | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: