/ Новости сайта / TMH XABAR / Talış Milli hərəkatının sədri, Ələkram Hümmətovun  B Ə Y A N A T I:
18.02.2020

Talış Milli hərəkatının sədri, Ələkram Hümmətovun  B Ə Y A N A T I:

129 0 TMH XABAR
Beynəlxalq Təşkilat rəhbərlərinə, dünyanın mütərəqqi demokratik ictimaiyyətinə,
 Azərbaycan Respublikasının Xalqlarının həqiqətən vətəndaş mövqeyi olan nümayəndələrinə,
 Talış Milli Hərəkatının  Azərbaycan Respublikasının mövcud iqtidarının ümümdunya səviyyəsində Dövləti terror və yeni pulyuma vasitələri ilə Xalq sərvətinin mənimsəmələrinə etiraz

                                                                                 B Ə Y A N A T I:

 2020-ci ilin ilk ayının son günlərində, bütün dünyaya səpələnmiş Azərbaycan Respublikasının sabiq, həqiqi vətəndaş mövqeyində durmağa cəhd edən, ölkə daxilində hakimiyyət rəhbərliyi səviyyəsində törədilən mənəvi, maddi, hüquqi cinayyət əməllərini, imkan və bacarıqları səviyyəsində yayıb, şərhlərlə ictimai fikrə catdırmağa cəhd edən blogerlərin bir-neçəsinə qarşı, təqribən eyni vaxtda terror aktlarının həyata keçirilməsinə cəhdlər edilib!
 Əlində ölkənin bütün dövləti və maddi ressurslarını cəmləmiş, hazırkı rejim, o dərəcədə sırtıqlaşmış və həya-abırdan, beynəlxalq ictimai qınağın ölkə imicinə vuracağı hərtərəfli zərbələrdən çəkinmədən, xalqın milyonlarını səpələməklə, Dövləti terrora start vermişlər.  Eləcə də, daxili auditoriyaya hesablanmış, aldadıcı manevrlərlə, ictimai fikri çaşdırmağa yönələn və həm də, saxta vətənpərvərlik tədbirlərinin keçirilməsi ilə böyük bir vəsaitin, Avropadakı dəllalları vasitəsi ilə mənimsəməsinə hazırlıqlar aparılır. Dünya təcrübəsində muzdlu döyüşçülər (nayomniklər) bütün vaxtlarda olub, hamı bilir, heç kim də buna təəccüblənmir, hərə bir qaydada pul qazanır, oğurlayır! Muzdlu vətənpərvər, muzdlu insanpərvər, muzdlu təəssübkeş... heç təəccübləməyin, bu da var, olub və olacaq!
 Ancaq və ancaq Azərbaycan Respublikasının hazırkı hökümətinin pul qazanma, pulyuma fırıldaqlarının həyata keçirməklə, Xalq sərvətlərini oğurlamaq üçün, çoxdandır dünyada, əsasən də, Avropada davamlı olaraq həyata keçirilir və gözlənilir ki, bu sayaq işlər parlament  “seçkisi” sonrası daha geniş miqyasda həyata keçiriləcək və....milyonlar mənimsəniləcək! 
22 fevral 2020 ci il tarixidə, Almaniya Federativ Respublikasında, Berlin şəhərində, Xocalı soyqırım mərasimi keçirmək üçün, küllü miqdarda vəsaitin “xərclənməsi” nəzərdə tutulub.  Bu vəsaitin müəyyən hissəsi bu tədbirə , yerdə qalan vəsait isə, Azərbaycan hökumət rəhbərlərinin əleyhinə danışan şəxsləri susdurmaq üçün istifadə  ediləcəkdir…
 Avropada, insanları , o tədbirə aparmaq üçün , yol, üç günlük otel və qidalanma pulu və hər bir fərdə nağd olaraq 170 avro muzd təklif edilir. Bu işin rəsmi tərəfi , işin qeyri rəsmi tərəfi isə, mənimsəmələr və Dövləti terrorunun təşkilidir! 
  2019 ci ilin əvvəlində Talış alimi Fəxrəddin Abbasovu Rusiya Federasiyasından, həmin ilin sonunda isə, Ukraynadan Talış bloqeri Elvin İsayevin oğurlanmaları kimi digər oxşar dövləti cinayyətlərin törədilməsi də, istisna deyildir!
 Talış Milli Hərəkatının rəhbərliyinin əldə etdiyi məlumatlara görə talış media işçilərinə, əsas fəallarına qarşı yeni, oxşar çirkli hərəkətlərin olması ehtimali vardır.
 Xatırladaq ki, 2019 ci il TMH ofisi, Niderland krallığının xüsusi xidmətinin məlumatlarına əsaslanmaqla, hüquq-mühafizə dairələri tərəfindən təhlükəsizliyinin təminatı üçün ciddi tədbirlər həyata keçirilib, mühafizə olunur. Ancaq, TMH dünyaya səpələnmiş digər üzvlərinin təhlükəsizliyinin təminatının qurulmasının hələlik zamana ehtiyacı olduğunu düşünürük. 
 Talış Milli Hərəkatı, dövlət idarəçiliyində qəbul edilən, beynəlxalq oyun qaydalarını və əndəzalarını aşmaqla, beynəlxalq səviyəli, təhlükəli cinayyət əməllərini davam etdirmək əzminin çox təhlükəli nəticələr yaradacağını bildirir və dayandırılmasını, qətiyyətlə, AR-nın, hazırkı hökümət başçılarından tələb edir!

Talış Milli hərəkatının sədri,
Ə.Ə.Hümmətov.

tolishstan.com
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Календарь
«  Февраль 2020  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
242526272829
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Всего ответов: 10
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0