20:23
Talış Milli Hərəkatının Təşkilati məsələlər üzrə katibliyinin dünya Talış gəncliyinə

Talış Milli Hərəkatının Təşkilati məsələlər üzrə katibliyinin dünya Talış gəncliyinə 


                                                                           M Ü R A C İ Ə T İ :


Ümüm Talış Milli Hərəkatı (TMH), son vaxtlarda daha ciddi əməli fəaliyyəti ilə, ictimai həyatda diqqətdə yüksəlməklə yanaşı, həm də, ümümmilli səviyyədə müəyyən rəğbətin amilinə çevrilməkdədir. Görülən işlər barədə vaxtaşırı, sosial şəbəkələr vasitəsi ilə, az qala, bütün dünya ictimaiyyətini məlumatlandırmağa cəhdlər etməkdəyik. Cəsarətli və qətiyyətli formada aparılan işlər ucbatından və TMH-na bu səbəbdən Talış gəncliyinin artan inamı hesabına, sıralarımızda savadlı, milli mənliyinə qətiyyətlə bağlı, cəsarət və qeyrət nümünəsi olanların sayı xeyli artmış, artmaqda davam etməkdədir. Bütün bunlarla yanaşı, təəssüflə qeyd etmək məcburiyyətindəyik ki, xalqımızın taleyüklü həyatının qurulmasında iştirak etdiyini düşünən bəzi həmmillətimizin nümayəndələri, ən azı, mütəmadi olaraq, sosial şəbəkələrdə əks təbliğat, yaxud gözdənsalma fikirləri ilə çıxışlar edirlər. Onların narahatçılığını anlayışla qarşılayır, hesab edirik ki, ciddi əməli-nəzəri fəaliyyətimizə, ciddi qısqanclıqla yanaşı, həm də, Talış xalq hərəkatına müdaxiləyə cəhd məqsəd daşıyan kənar qüvvələrin də, təhrikçilik təsirləri mövcuddur. Hazırda elə bir məqama çatmışıq ki, umum Talışın özünə inamı, etibarı, öz mənliyi və qüruru ilə var olması prossesi yüksək pik səviyyəyə çatmaqdadır. Biz, TMH-nın fəal üzvləri, rəhbərliyi, bütövlükdə İdarə heyəti,- harada yaşamasından, ana dilini, əlbəttə öz fərdi günahı olmadan, bilib-bilməməsindən asılı olmayaraq, bütün şərəfli, qeyrət sahibi olan Talış gəncliyini, Talış Milli Hərəkatının sıralarına rəsmi qoşulmağa çağırır və dəvət edirik!
Əziz və dəyərli əğələr! Biz birgə olmaqla, dünyanın hörmətlə yanaşdığı sivil, insani qaydalarla mübarizəmizi qurmaq qüdrətindəyik və hesab edirik, daha güclü ola bilərik! Talış xalq hərəkatında olan bir-çox fikirlərlə yanaşı “bizim-sizin fikirlər” kimi yanaşmalar da vardır və hesab edirik, artıq ümum hərəkatda təsirini itirməkdədir. Hamılıqla dərk etməyi bacarmalıyıq ki, hərəkatımızın daha ciddi nailiyyətlərə nail olmamasının səbəblərinin əsaslarından biri, bu formada yanaşmalar və parəkəndlikdəndir. İdeya fərqləri ilə şəxsi ambisiyalı münasibətləri bir-birindən ayırmağı bacarmaqla, qarşılıqlı, küdurətsiz münasibətləri yaratmağı, müzakirələri qurmağı öyrənməli...bacarmalıyıq! Millət kimi yaşam haqqının, böyük Allahımızdan başqa, heç bir qüvvənin ixtiyarında olmadığını, özümüz qəbul etməklə, hamıya qəbul etdirmək qüdrətini, bir xalq kimi anlamalı və yaşam naminə mücadilədə birləşməliyik! Talış xalqının yaşamına öz həyatının varlığı sayan, hər bir insan, Talış olaraq, Talış Milli hərəkatının ən azı tərəfdaşı olmağı seçməklə, Talış Milli hərəkatının rəsmən üzvü olmaqda qərarlı olmalıdır!
Biz, birlikdə daha güclüyük!

Talış Milli Hərəkatının Təşkilati məsələlər üzrə katibliyinin sərdarı,

Ruslan Almaszada.


Category: TMH XABAR | Views: 321 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: