10:57
Talış Milli Hərəkatının, Talış Muğan Muxtar Respublikasının Mühacir hökumətinin Azərbaycan Respublikasında Dövlət faşizminə qəti etiraz
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə,
 Azərbaycan Respublikasının təhsillə, ölkə daxili milli məsələlərlə əlaqədar Dövlət qurumlarına,
 Tərəqqipərvər Beynəlxalq qurumlara, Dövlət rəhbərlərinə,
Talış Milli Hərəkatının, Talış Muğan Muxtar Respublikasının Mühacir hökumətinin Azərbaycan Respublikasında Dövlət faşizminə qəti etiraz
                                   B Ə Y A N A T I:

       Ağalar, cənablar, xanımlar!
Daxili demokratik-insanpərvər ictimaiyyətin(varlığına ciddi şübhələr var!) Azərbaycan Respublikasında yaşayan millətlərə münasibətlərdə, pantürkist-faşist münasibət Dövlət siyasəti səviyyəsinə qalxmasının artıq, ötən ilin sentyabr-noyabr aylarında, ay yarımlıq müharibədən sonra, pik dövrünə start verilmişdir. Hər hansı bir millətin, indiki halda Talış xalqının övladlarının, təhsil aldıqları universitet təhsil müəssisəsində,- Lənkəran Dövlət universitetində, öz ana dillərində, kafedranın olması, yaradılması və dillərinin elmi tədqiqi və tədrisinə icazə verilməsi tələbi ilə bəyənamə çıxışları, Dövlət adından, dövlət məmuriyyəti və hüquq mühafizə orqanlarını səfərbər edilməklə, həmin fədakar gənclərin sındırılıb, sıradan çıxarılması üçün bütün faşist təbliğat imkanları işə salınmışdır!...
 Dağlıq Qarabağın Stepanakert(Xankəndi) universiteti  hazırda hərbi konflikt ucbatından fəaliyyəti dayandırılmışdır və yaxın günlərdə fəaliyyətinin bərpası barədə, çox güman ki, qərar olacaqdır. Hansı xalqın dilində və hansı prinsiplərlə?...
  Yəqin ki, bu və digər sualların müzakirə predimeti olduğu indiki məqamda, bir qrup,  öz xalqına və onun yaşamına Dövlət qayğısının olmasını qəlbən, bütün varlığı ilə istəyən Talış gənclərinə yönəli, Azərbaycan Respublikasının dövləti səviyyəsində faşist, qeyri-insani münasibəti qəti pisləyir və dayandırılmasını qətiyyətlə Tələb edirik!

 Talış Milli Hərəkatının sədri, Talış Muğan Muxtar Respublikasının prezidenti,
             Ələkrəm Hümmətov.
 TMMR-nın mühacir hökumətinin Baş naziri,
           Rəhim Mirzəyev.

 
Category: TMH Xəbon | Views: 102 | Added by: tmmrtalish | Tags: Rəhim Mirzəyev. | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: