16:06
Talış Milli hərəkatının, Talış Muğan Muxtar Respublikasının Mühacir hökumətinin böyük qələbə M Ü R A C İ Ə T T İ :
Talış Milli hərəkatının, Talış Muğan Muxtar Respublikasının Mühacir hökumətinin böyük qələbə
                                                          M Ü R A C İ Ə T T İ :

Şükür, böyük Yaradan, yolə Xıdo!

Ruhunuz şad olsun, Şəhidlərimiz!
Mərd vətən övladları, Əsgər və Zabitlərimiz!

Allahın lütfi ilə vətənimiz üçün yaranmış imkanlar və verdiyi mərd, şanlı övladlarının sayəsində uzun dövr üçün ağır, üzücü, sağalmaz ümummilli kimi görünən bəlaya çevrilmiş Qarabağ dərdinin aradan qaldırılmasında əsas, həlledici qələbə əldə edilmişdir! 

 Şuşa şəhəri azaddır, Azərbaycan əsgərinin himayəsindədir!
 Var olsun Azərbaycan əsgər, gizir və zabitləri!
Azərbaycan Respublikasının bütün taleyüklü tarixinin yaradıcılığında iştirak edən Talış-Muğan mahalının övladları, bu dəfə də, öz mərdliyi, hünərləri  və verdikləri çoxsaylı Şəhidləri ilə, vətənin ərazi bütövlüyünün bərpasında, torpaqların işğala son qoyulmasında mərdanəlik, yenilməzlik nümunəsi göstərən igidlərin ön cərgələrində yer tutub, həm də Talış xalqının adına müstəsna şanlı tarix yazdılar!

 Bütövlükdə Azərbaycan xalqlarını, bütün əsgər, gizir və zabitlərimizi bu qələbə münasibəti ilə təbrik edirik!

 Allah Şəhidlərimizi rəhmət edib, onların qanını yerdə qoymayıb, qisasını alan bütün qəhrəman döyüş yoldaşlarını qorusun! Amin!

  Var olsun Azərbaycan xalqlarının dostluğu, yaşasın bütöv və xoşbəxt xalqlar vətəni, - Azərbaycan!

Talış Milli hərəkatının sədri,
     Ələkrəm Hümmətov.
TMMR-nın Mühacir hökumətinin sər Vəziri,
      Rəhim Mirzəyev.
Category: TMH XABAR | Views: 155 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: