10:01
Talış Milli hərəkatının, Talış Muğan Muxtar Respublikasının Mühacir hökumətinin İnsan haqqları komissiyasının birgə
Talış Milli hərəkatının, Talış Muğan Muxtar Respublikasının Mühacir hökumətinin İnsan haqqları komissiyasının birgə həyəcan 
                                                      
                                          M Ü R A C İ Ə T İ : 


Artıq bir neçə dəfədir ki, 16 illik ciddi rejimli həbs cəzası ilə, Azərbaycan Respublikasının ən ağır-qapalı rejimli Qobustan həbsxanasında saxlanılan Fəxrəddin Abbasovun həyatına ciddi təhlükələr olduğu barədə, həyəcanlı xəbərlər alırıq və bu məlumatları Beynəlxalq təşkilatların nəzərinə çatdırırıq. Qəribə orasındadır ki, rəsmi Bakı bu barədə heç bir rəsmi açıqlama belə, vermir. Belə məlumatlara həssas yanaşmalı olan ölkə insan haqqları üzrə Ombusman aparatı da bunu görməməzdə, ciddi-cəhdlə susurlar. Bu məsələdə həm də, ən azından söhbətin , dövlətin nüfuzundan getdiyindən də məlumatlıdırlar. Əgər belə bir hadisə baş verərsə, bu Azərbaycan dövlətinə başucalığımı gətirəcək? Bəlkə düşünürlər ki, dünyanın mütərəqqi ictimaiyyəti, həbsxanada öldürülmüş digər talış alimi Novruzəli Məmmədovun aqibətini artıq unutmuşdur!?... F.Abbasovun yaxınları ilə əlaqə saxladıq. Aldığımız məlumata görə yaxınları dəfələrlə Beynəlxalq Qırmızı Xaç təşkilatının Bakı bürosuna, BQX-nin Mərkəzi idarəsinə müraciət etsələr də, indiyə qədər bu təşkilatdan F.Abbasovun yanına heç bir nümayəndələrini göndərməmişlər. Əvvəllər bildirirdilər ki, bizi koronovirusla bağlı onun yanına buraxmırlar, sonuncu dəfə isə, belə məlum oldu ki, özlərinin həyatlarını təhlükəyə atmaq istəmirlər!... Cənablar və xanımlar, Fəxrəddin Abbasov(Əboszodə) üzərində apardığınız saxta məhkəmə şousu ilə, onsuz da, dövlətin beynəlxalq imicinə yetərincə xələl gətirmisiniz... bu yanaşmalara və xalqlar arasında milli ədavət cəhdlərinə, SON qoyun! 

Talış Milli Hərəkatının sədri, Ələkrəm Hümmətov. 
TMMR-nın Mühacir hökumətin İnsan haqları komissiyasının sədri, Rəhim Mirzəyev.
Category: SIYASƏT | Views: 132 | Added by: tmmrtalish | Tags: TMH | Rating: 5.0/1
Total comments: 0
Подписка: 1 Код *: