Salam
/ Новости сайта / TMH XABAR / Talış Milli Hərəkatının və Talış Muğan Muxtar Respublikasının Mühacir hökumətinin İnsan haqları komisiyasının, Beynəlxalq ictimaiyyətə, B Ə
27.09.2020

Talış Milli Hərəkatının və Talış Muğan Muxtar Respublikasının Mühacir hökumətinin İnsan haqları komisiyasının, Beynəlxalq ictimaiyyətə, B Ə

95 0 TMH XABAR
Talış Milli Hərəkatının və Talış Muğan Muxtar Respublikasının Mühacir hökumətinin İnsan haqları komisiyasının, Beynəlxalq ictimaiyyətə, Talış xalqının yaşamı naminə, bacarığı daxilində həvəskar bloger fəaliyyəti ucbatından həbs edilən, Aslan Qurbanovun səhhətinin dözülməz kirtik vəziyyəti ilə əlaqədar həyəcan

                                                      B Ə Y A N A T I : 


Hörmətli xanımlar, ağalar. Azərbaycan Respublikasının Dövlət idarəçiliyinin qismən dağıdılmasına baxmayaraq, hakimiyyəti mənimsəmiş ailə-tayfa rejimi, Ölkənin idarəçiliyini hüquqi müstəvidən, demək olar ki, tam kənarlaşdırmışdır və bir-neçə nəfərin, dövlətin olan-qalan güc resurslarından, dərəbəyilik-zorakılıq qaydaları ilə, qisasçılıq zəminində fəaliyyətə üstünlük verilir. Çox yəqin ki, hakim zümrəyə məlumdur ki, Beynəlxalq insan haqlarının müdafiəsində, ciddi şəkildə qorunan, diqqət edilən Taqsırsızlık priumpziyası adlı yanaşma da mövcuddur. Yəni haqqıda, ən azı, heç olmazsa, AR-dakı kimi, səlahiyyət və müstəqillikdən məhrum edilmiş məhkəmələrdə belə, günahı sübut edilməyən, məhkumluq haqqında qərarı olmayan vətəndaşların hüquqları məhdudlaşdırıla bilməz!... Mətbuatın Aslan Qurbanovun vəkilinə istinadən, verdiyi xəbərə görə, 11 sentyabr 2020-ci il tarixində Bakı şəhəri Səbail rayon məhkəməsində, onun ev dustaqlığına buraxılması barədə, müdafiənin qaldırdığı vəsatətə baxılaraq, rədd edilmişdir. Hələ, bir-neçə ay əvvəl AR-nın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən basqı və zorakılıq göstərməklə həbs edilən Aslan Qurbanovun güclü ruhi-psixoloji sarsıntı keçirməsi barədə məlumatlar var idi. Ötən istintaq müddətində hərtərəfli təcridi dövründə, ona münasibətin necə qurulmasından heç bir məlumat əldə etmək mümkün olmayıb. Son məhkəmədən sonra, məlum olmuşdur ki, A.Qurbanov ölkə Ədliyyə Nazirliyinin Penetensiar xidmətinin məhkumlar(!) üçün nəzərdə tutulan Mərkəzi xəstəxanasının psixoloji bölməsinə yerləşdirməklə, növbəti dəfə, ona qarşı kobud hüququ pozuntuya yol verilmişdir. Hələ ki, məhkumluğu barəsində, heç bir məhkəmə hökm-qərarı olmayan vətəndaş, məhkumluq yaşayan ruhi-psixi xəstələrlə yanaşı saxlanılmaqla, guya müalicə ediləcək!?... Hesab edirik, Aslan Qurbanova qarşı hazırkı münasibət qərəzli olmaqla, həm də, qeyri qanunidir! Talış Milli Hərəkatı və TMMR-nın Mühacir hökumətinin İnsan haqları komissiyası, qətiyyətlə, ancaq söz və ifadə bildirməklə Talış xalqının yaşamına xidmət göstərmək istəyənlərin hamısına, o cümlədən Aslan Qurbanova təcili azadlıq tələb edir və ən azı, Beynəlxalq norma, öhdəlik və konvensiyalar səviyyəsində hüquqlarına hörmət edilməsinə, rəsmi orqanları dəvət edir. Aslan Qurbanov və digər Talış xalqının övladlarına münasibətdə irəli sürülən ittihamların, Cinayyət məcəlləsinin uyğun maddə-tələblərini pozan ümum ölkə səviyyəsində saysız-hesabsız pantürkçülərinə münasibətdə hərtərəfli maddi-texniki imkanlar yaradılmaqla, dövlət dəstəyinin göstərilməsi, Xalqımıza qarşı, Talış olduğumuz görə, düşünülmüş ayrı-seçkilik, məxməri assimliyasiya əməli və dözümsüzlük sayır, dayandırılmasını da, qətiyyətlə tələb edirik! 

Talış Milli hərəkatının sədri, Ələkrəm Hümmətov. 
TMMR-nın Mühacir hökumətinin İnsan haqları komissiyasının sədri, Rəhim Mirzəyev.

 
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Категории раздела
TMH XABAR [274]
TMMR XABARLAR [81]
MADANİYYAT [15]
TALIŞH [228]
SIYASƏT [119]
SOSİAL ŞƏBƏKƏ XABARLARİ [12]
SİYASAT
ELİM VƏ İNKŞAF [13]
TARİX [23]
İDMAN [3]
TARİXİ ÇİXŞLAR [4]
SOSİAL PRABLEMLƏR [11]
TOLIŞİ POEZİYA . [25]
XƏBƏRLƏR [524]
События в мире [1]
Россия [3]
Политика [6]
Бизнес [1]
Технологии [0]
Наука [0]
Здоровье [1]
Спорт [0]
Образование [0]
Site information [1]
Dear, valuable and dear to our readers and regular followers of our site. Our site provides you with all kinds of news - economic, cultural, scientific, religious information and materials, as well as poems, stories and other valuable materials.   We consider informing as our main goal for you. Also, one of our main goals is the timely, accurate and honest reporting of traditions and customs, moral and social problems of other indigenous peoples of the country, as well as communicating the problems of the Talyshs to the world community as a whole! In particular, we thank and ask you for providing us with valuable information and materials, using every opportunity to achieve our goals, we thank those who helped us by conducting quick, timely and in-depth studies!   Site managers , Ruslan Almaszada . Deputy Head and Technical Manager Ilham Babazade. Tel.0031686031475
Календарь
«  Сентябрь 2020  »
ВсПнВтСрЧтПтСб
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Total of answers: 10
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0