18:52
Talış Milli Hərəkatının və Talış Muğan Muxtar Respublikasının Mühacir hökumətinin, Vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda hazırda ge
Talış Milli Hərəkatının və Talış Muğan Muxtar Respublikasının Mühacir hökumətinin, Vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda hazırda gedən genişmiqyaslı döyüşlərlə əlaqədar birgə

                                                                                     B Ə Y A N A T I :

Təqribən 26 il əvvəl, 12 may 1994-cü il tarixində imzalanan “atəşkəs” protokol-razılaşması ilə rəsmən tanınan 3(üç) tərəfin, ötən müddət ərzində, heç vaxt, hər üç tərəfin adı çəkilsə belə, birgə sülh danışıqları keçirilməyib. Mühacir hökuməti olaraq, daimi sülhün və Ölkə xalqlarının birgəyaşayışında qarşılıqlı hörmətin, Konstitusion bərabərliyin vacibliyini nəzərə alaraq, 2019-cü ildə, bütün maraqlı tərəflərə və eləcədə sülhün yaradılması məsuliyyəti ilə qurulan Minsk qrupunun hər üç üzv dövlətlərinin rəhbərlərinə, qrupun həmsədrlərinə, digər maraqlı tərəflərə, Böyük sülhün qurulmasında yeni formatın qurulmasını, o cümlədən Talış xalqının nümayəndələrinin də iştirakının təminatı ilə keçirilməsi təklifləriylə müraciət etdik! Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən mübarizə, döyüş dövrlərində və hazırda da döyüş bölgəsində ən fəal və öndə duranların əsasən Talış mahalının və Talış xalqının övladları olduğundan, hesab edirik, təkliflərimizə ən azı hörmət xatirinə reaksiya verilməli idi, lakin çox təəssüflər olsun ki, saymamazlıq nümayiş etdirildi. Bu yeganə hal olmayıb, Talış xalqının nümayəndələri dəfələrlə hər üç tərəfə rəsmi qaydada müraciətləri əyaniliklə, yazılı müraciətlərlə də birbaşa formada etmişdir. Hazırkı məqamda çox saylı insan tələfatı ilə, əsasən gənclərin, o cümlədən Talış mahalının gənclərinin itkisi ilə gedən döyüşləri ürək ağrısı ilə izləyir və Beynəlxalq norma və öhdəliklərin tələbləri əsasında xalqların haqq və hüquqlarının tanınması, Azərbaycan Respublikasının ərazi suverenliyi qorunması ilə, hamını böyük SÜLHƏ çağırırıq… Və hesab edirik, Cənubi Qafqazda millətlərin qarşılıqlı hörmət əsasında birgəyaşayışında böyük maneə olan, necə deyərlər Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi əbədi hazırkı durumda saxlanıla bilməz və hazırda, Azərbaycan Respublikasının öz ərazi bütövlüyünün bərpası üçün apardığı müharibə, döyüşlər, ölkədə yaşayan bütün xalqların öz xoşbəxt gələcək həyatlarını qurmaq naminə fürsəti qazanmaq üçün haqq müharibəsidir və ədalət zəfər çalmalıdır! Əsasən gənclərin həyatlarının qırılması bahasına, hazırda gedən döyüşlərin daha İnsani, daha bəşəri olan Sülh danışıqları ilə əvəzlənməsini tələb etməklə, bildiririk ki, hazırda döyüş səngərlərində olan övladlarımızın yanındayıq və Onlara, Böyük Allahımıza sağ və cəbhədən salamat qayıtmaları naminə dua etməklə, əvəzsiz xidmətlərində istəklərinə rəğmən uğurlar diləyirik.

Talış Milli Hərəkatının sədri, Ə.Hümmətov.
Talış Muğan Muxtar Respublikasının Mühacir hökumətinin Baş naziri, R. Mirzəyev.
Category: TMH Xəbon | Views: 200 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: