13:31
Talış Muğan Muxtar Respublikası Vitse Prezidentinin, TMMR-nın Mühacir hökümətinin Azərbaycan Respublikasının hakimiyyətindən Talış dili ilə
Talış Muğan Muxtar Respublikası Vitse Prezidentinin,
TMMR-nın Mühacir hökümətinin
Azərbaycan Respublikasının hakimiyyətindən Talış dili ilə əlaqədar
tələbetmə
                                     B Ə Y A N A T I:

Hörmətli Ağalar və Xanımlar!
Müasir dünya 22 ildir ki, hər il fevral ayının 21-də, UNESCO tərəfindən elan edilmiş, ANA dili günü qeyd edir. Yaranması və unudulan ana dillərinin xatırlanmasında cəfalı təşəbbüskar olan Benqal xalqına minnətdarlığımızı bildirməklə dillərinin yaşamı naminə şəhid olan tələbələri boyük hörmətlə yad etməklə, onlara dərin rəhmət diləyirik.
Məhz onların sayəsindədir ki, hal-hazırda, bütün dünya bu anım, xatırlama bayramını qeyd edir.
Dil,- hər bir millətin mədəni, sosial və mənəvi irsini yaşatmaq üçün ən mühüm amillərdən biridir. Dil, mənəvi və mədəni müxtəlifliyin, mültikulturalizmin tanınması və bu amillərə hörmətlə yanaşılması, cəmiyyətin hər şəraitdə, dinc, əmin-amanlıqda yaşamasına əsas yaradır və eləcə də, davamlı inkişaf üçün mühüm təməl yaradır.
Çoxdilli və mültikultural cəmiyyətlər, həm də, ölkənin yaşam tərzinin rəngarəngliyində mühüm rol oynayır.
Lakin, hazırda bütün bunlara hakimiyyət olaraq, sizin laqeyid münasibətinizə etirazımızı bildirir və sizdən qəti tələb edirik:
1.Talış-Muğan bölgəsində, talışların kompakt yaşadığı məntəqələrinın məktəblərində Talış dilinin tam, orta təhsil səviyyəsində tədris olunmasını və bununla əlaqədar, tədris ləvazimatının Dövlət təminatı ilə təhcizatına başlanmasına ibtidai start verilsin!
2. Bilavasitə Lənkəran(Lankon) Dövlət UniversitetindəTalış dili kafedera və fakültələrinin açılması təmin edilsin!
3.Mətbuatın bütün, - yazılı, elektron növlərində Talış dilində mətbu orqanlarının yaradılmasında birbaşa Dövlət maliyələşdirilməsi, təhcizati ən azı, götürülən öhdəliklər və beynəlxalq norma, konvensiyalara uyğun təmin edilsin!
4. Talış mahalında yerləşən, adları türk ləhcəsinə dəyişdirilən yaşayış məntəqələrinin, tarixi adlarının geri qaytarılmasına təcili start verilsin!
Talış Muğan Muxtar Respublikasının Vitse prezidenti,
Boris Talışinski.
TMMR Mühacir hökümətinin Baş nəziri,
Rəhim Mirzəyev.
Almaniya Federativ Respublikası 20 fevral 2021 il.
Category: TMH Xəbon | Views: 96 | Added by: tmmrtalish | Tags: Boris Talışinski.Rəhim Mirzəyev. | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: