search
menu
person

NEWS AND UDATES


17:32
Talış Muğan Muxtar Respublikasının Hökümətinin M ü r a c i ə t i :
Mütərəqqi dunyanın, bütün Mütərəqqi ictimaiyyətinə Hər-hansı bir formada, özünüidarə və dövlətçilik ixtiyarlarından, iradəsindən xaric, kənar səbəblərdən, əməli məhrum edilmiş Talış xalqı adından, Mühacirətdə olan, yuridiq varlığa malik, Talış Muğan Muxtar Respublikasının Hökümətinin
                                                                                  M ü r a c i ə t i :

   Dəyərli Xanımlar və cənablar! Talış xalqının, bir xalq olaraq, yaşamı hazırda ciddi narahatçılıq yaradır. Bu xalqın yaşadığı arealda mövcud olan Dövlətlərin (İİR və AR) heç birində Talış dilinin qorunub saxlanmasına elimentar dövlət qayğısı, təhsil belə yoxdur. Milli mənliyinə böyük qayğı yaşayan bir-çox Talış ziyalıları fərdi resursları hesabına Talış dilinin ən azı, heç olmazsa, yazılı formada, elmi araşdırmalarında qorunub saxlanmasına qismən də olsa, uğurlara cəhd edirlər. Çox az sayda olan belə ziyalılarından biri, German xalqları dilləri üzrə mütəxəssis Novruzəli Məmmədov 2007-ci ildə həbs edildi, həbsdə özü və övladları,-iki oğlu, işgəncə və qurulan dövləti teror təxribatları ilə məhv edildilər! Həmin ziyalılardan digəri, alim və siyasi xadim, təqiblərdən xilas olmaq səbəbindən, Rusiya Fedirasiyasına 2008-ci ildə 2-ci dəfə sığınan Fəxrəddin Fərman oğlu Abbasov, Azərbaycan Respublikasının hüqüq-mühafizə orqanlarının tələbi ilə 2018-ci ilin 06 sentyabr tarixində həbs edilmiş, müammalı şəkildə, 27 fevral 2019-cu il tarixində, həbsdən “azad edilmiş” və Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində mərkəzi hava limanında həbs edilmişdir! Fəxrəddin Abbasov Talış xalqının böyük ziyalısı, alimi və siyasi-ictimai xadimidir. Onun, 15-dən artıq elmi araşdırmaları, siyasi ali təhsil dərsliyi, Talış dilinin elmi öyrənilməsi, Talış xalqının yaxın-uzaq tarixi barədə araşdırmaları, Talış-Rus, Talış-Türk, Talış-İngilis, Talış-Alman lüğətləri, danışıq kitabçaları və minə yaxın publikist məqalələri və digər əsərləri dərc edilib. Əməli yaşamına imkan verilməyən, Azərbaycan Respublikası tərkibində Talış Muğan Muxtar Respublikasının Parlamentinin sədri seçilmiş və hazırda da həmin vəzifənin nəzəri daşıyıcısıdır. Beynəlxalq Talış mədəniyyəti təşkilatının həmtəsisçi və rəhbərlərindən, eləcədə Talış Milli hərəkatının əsas simalarından biridir. TMMR Prezidenti və Mühacir höküməti, böyük narahatçılıqla, Talış xalqının Bu böyük, həqiqi ziyalısı, Fəxrəddin Abbasovun da məhv edilən digər ziyalısı Novruzəli Məmmədovun özünün və ailəsinin taleyini yaşadılacağından böyük nigarançılıq yaşamaqla Sizlərin hamınızdan,- acizanə xahiş edirik: 
Azərbaycan Respublikasının hakimiyyətindən, ancaq və ancaq fikir və milli mənsubiyyətinə görə həbs edilən Fəxrəddin Abbasovun azad edilməsinə çağırış və müraciət edin! Dərin hörmətlə,

TMMR-nın Prezidenti, Ə.Hümmətov

TMMR Mühacir hökümətinin Baş naziri, R.Mirzəyev.
Category: TMMR XABARLAR | Views: 273 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar