search
menu
person

NEWS AND UDATES


16:41
Talış Muğan Muxtar Respublikasının  Milli, dini və konfesiyalar üzrə vəziri ,Yusif  Sərdarzadənin Muraciəti
Azərbaycan Respublikasının 1-ci Prezidenti, xanım Mehriban Əliyeva həzrətlərinə,

surəti: İcraya məsul, AR dini qrumlarla iş üzrə Dövlət komitənin sədri, cənab Mübariz Qəhramanlıya,   

 Bismillahi Rəhmanir Rəhim!  

   Talış Muğan Muxtar Respublikasının mühacir hökümətinə edilən müraciətlərə rəğmən Sizi narahat etmək məcburiyətindəyik. Ölkənin daxili və xarici siyasi-ictimai təbliğatında dinlər, dini konfesiya və təriqətlər arası münasibətlərin mültikultral-tolirantlıq əsasında qurulmasından, yüksək pafosla danışilaraq, təqdim edilir. Eləcədə, ölkədə Dinlərin dövlətdən ayrı olması barədə yerli-yersiz tezislər irəli sürülsə də, təkcə bu komitənin varlığı, komitədə dini icmaların qeydiyatının mərkəzləşdirilməsi, icma rəhbərlərinin təyinatlarına müdaxilə, maliyyələşdirmə məsələləri və sairə deməyə əsas verir ki, həmin tezislər kökündən, ən azı, həqiqətlərə uyğun deyil...
 Bizim Mühacir hökümətə, bir-neçə ay əvvəl, əlacsızlıqdan, tərəfinizdən haqsız və elan etdiyiniz tolirantlığa, qanun-qaydalara zidd, qeydiyat məsələsində haqsızlığa və ayrı-seçkiliklə üz-üzə qoyduğunuz, Qazax rayonunda, islamın Şiə təriqətinə, bütün varlıqları ilə etiqad edən, bütöv bir İcma müraciət etməyə məcbur olub. Belə ki, öz fərdi təsərrüfatlarında, öz hesablarına inşa etdirdikləri Allah evini,-məscidi  rəsmi qeydiyata almamanız bir yana qalsın, həmin icmanın ictimai əsaslarla seçilən rəhbəri ağaye, seyid Hüseynzadə Mircəfər Füzuli oğlunu, bu ilin aprel ayında, saxta həkim arayışi ilə ruhi xəstəxanaya yerləşdirilərək, ruhani əməllərindən əl cəkməsinə vadar etmək cəhdinə yol verilib! Tikdirdikləri məscidin günbəzi və digər tilililərini sökdürməyə qədər təqiblərə yol verilib. Lakin, Seyid Mircəfərin icmanın ruhani istəkləri xatirinə, mübarizə və müraciətlərinin davam etdirməsi müqabilində o, bu ilin, sentyabr ayının 5-də, Qazax rayon İcra hakimiyyətinin 1-ci müavini Abıyev Məhəmmədin qəbuluna, dini işlər üzrə komitənin nümayəndəsi Orucov Məhəmməd, rayon polis idarəsinin rəisi Ədalət Əliyev və digər rəsmi simaların iştirakı ilə çağrılmış,  ruhi xəstəxana və həbslə təhdid olunaraq sənədə imza etdirilmişdir! 
2-ci qrup əlil, 4 uşaq atası olan ağayi-seyid Mircəfər Hüseynzadəyə münasibətdə və onun rəhbəri olduğu dini-təriqət icmasına qeyri-sivil, insani münasibət, ancaq hiddət doğurur və düşünürük ki, qısa zaman ərzində baş verən bu haqqsızlıqlara son verilməlidir! 
Tərəfimizdən bu qeyri-bəşəri, qeyri-sivil münasibətin beynəlxalq səviyyələrdə ictimailəşdirilməsindən başqa, çərə qalmadığı qənaətindəyik!   
                     
  Assalamun Aleykum və Rəhmətillahi və Bərəkətun!

 Talış Muğan Muxtar Respublikasının  Milli, dini və konfesiyalar üzrə vəziri,

Yusif  Sərdarzadə.

Amerika Birləşmiş Ştatları, Kolorado ştatı.


tolishstan.com
Category: TMMR XABARLAR | Views: 199 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $