search
menu
person

NEWS AND UDATES


19:28
Talış Muğan Muxtar Respublikasının Mühacir höküməti və Talış Ağsaqqallarının Ali Şurası bu gün ,  oktyabrın 19- u 2019 cı ildə Bakı şəhərind
Talış Muğan Muxtar Respublikasının Mühacir höküməti və Talış Ağsaqqallarının Ali Şurası bu gün ,  oktyabrın 19- u 2019 cı ildə Bakı şəhərində baş vermiş hadisələrə öz etirazını bildirir . 

Azərbaycan iqtidarı insanların sərbəst toplaşma huquqlarını pozaraq , vətəndaşlarına qarşı zor, güc tətbiq etmişdir . Müxalifətin mitinq çağırışına toplaşan vətəndaşlara qarşı  güc strukturlarının əməkdaşları ,eləcədə çoxlu sayda zirehli texnika cəlb edilmişdir . Azərbaycan hakimiyyəti butun beynəlxalq qanunları pozaraq , vətəndaşların sərbəst toplaşma hüquqlarını pozaraq , qeyri insani hərəkətlərə yol vermişdir . Çoxlu sayda insanlar  , o cümlədən müxalifət liderləri Əli Kərimli  və mitinqin təşkilatçıları həbs edilmişdir . Həbs edilənlərin içərisində jurnalistlər , qadınlar və azyaşlı uşaqlarda vardır . Azərbaycan iqtidarı bir daha öz diktatura mahiyyətini sübut etdi və Azərbaycan dövlətçiliyinə böyük bir zərbə vurdu . Bu hadisələr bir daha sübut edir  ki , Talış xalqı öz müqəddəratını özü həll etməlidir . Azərbaycan iqtidarının öz xalqına qarşı törətdiyi bu cinayəti , Talış Muğan Muxtar Resbublikasının Mühacir hökuməti və Talış Ağsaqqallarının Ali Şurası pisləyir,  həbs olunanların  sərbəst buraxılmasını  tələb edir .
Bu bəyanat, Talış Muğan Muxtar Respublikanın mühacir hökuməti və Talış Ağsaqqallarının Ali Şurası tərəfindən qəbul edilmişdir.



tolishstan.com
Category: TMH XABAR | Views: 198 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $