search
menu
person

NEWS AND UDATES


21:07
Talış Muğan Muxtar Respublikasının Mühacir hökümətinin Gənclər, İdman və Turizm vəziri İlham Babazade ,  Azad Rəhimova  Muracəti .
 Talış Muğan Muxtar Respublikasının Mühacir hökümətinin Gənclər, İdman və Turizm vəziri İlham Babazade ,  Azad Rəhimova  Muracəti .

Dəyərli kolleqa, Azad Rəhimov!
Yəqin unutmamısınız ki, siz həm də, Azərbaycan Respublikasında İdman və turizm nazirisiniz. Və bizim, Talış Muğan mahalımız da, hələ ki, Azərbaycan Respublikası tərkibindədir. Lakin, yadınıza düşürmü, o mahalın gəncliyinin də normal həyatını qurulmasında iştirak etməli, hökümət tədbirlərinin həyata keçirilməsinə dövlət qayğısının təminatçısı olmalısınız?
Gəncliyin işlə təminatı, Işləyən gəncliyin asuda vaxtlarının keçirmələri, gəncliyin sağlam həyatının qurulmasında idman müəssisələrinin və həvəsləndirici tədbirlərin təşkilati işlərinin aparılmasına biganəliyiniz ucbatındandır ki, Mahaldan gənclərin həyatının, sağlamlığının məhvinə aparan bəd əməllərin yayılması barədə həyacan dolu xəbərlər yayılmaqdadır.
Hazırda gənclərimizin öz taleylərinə biganə qalmaları, etinasızlıq göstərmələri üçün hökümət səviyyəsində əlinizdən gələni etmiş, passiv, ifadə üçün üzürlü sayın, qorxaq və biganə bir nəslin yetişməsində danılmaz xidmət göstərmiş və göstərirsiniz!
 Turizmin inkişafında tarixi abidələrin qorunması, bərpası sahəsində iş görməniz, abidələri qorunmasına nəzarətin müstəsnalığı bir tərəfə qalsın, olanların yerli icra orqanlarının şəxsi qazanc naminə məhv edilmələrinə də göz yummağı davam etdirirsiniz.
Kütləvi idman oyunlarının inkişafı bir yana, olanların hansısa maraqlara qurban verilməsi. Idman qurğularının satılması, dağıdılması davam etməkdədir. Əməli fəaliyyətimizə imkan verilmədiyindən, praktik fəaliyyətdən mərhumuq və bir daha Sizdən tələb edirik ki, vəzifənizin məsuliyyətini dərk edərək, luzumsuz Formula-1 yarışlarının təşkilinə xərclənən, Xalqın milyonlarının, elimizin sağlam gəncliyinin qurulmasına israf edilməsinə cəhdlərlə çıxış edəsiniz!
Diqqətinizə görə təşəkkür edirəm.

 Dərin hörmətlə Talış Muğan Muxtar Respublikasının Mühacir hökümətinin Gənclər, İdman və Turizm vəziri.
 İlham Babazade.

















 Dərin hörmətlə Talış Muğan Muxtar Respublikasının Mühacir hökümətinin Gənclər, İdman və Turizm vəziri.
 İlham Babazade.
Category: TMMR XABARLAR | Views: 77 | Added by: tmmrtalish | Tags: İlham Babazade. | Rating: 0.0/0
Total comments: 0
avatar