search
menu
person

NEWS AND UDATES


16:04
Talış Muğan Muxtar Respublikasının Mühacir hökümətinin  İ c l a s p r o t o k o l u :
                                     Talış Muğan Muxtar Respublikasının Mühacir hökümətinin 

                                                                     İ c l a s p r o t o k o l u :

30 mart 2019-ci il tarixində TMMR-in Mühacir hökümətinin tam tərkibdə iclası oldu. İclasda TMMR prezidenti və hökümət üzvlərinin böyük əksəriyyəti iştirak edirdi.
İclası aparırdı: Hökümətin sər vəziri, Rəhim  Mirzəyev
İclasın katibi: Hökümət üzvü, Ruslan  Almaszada 
Gündəlikdə müzakirəyə çıxarılan məsələlər:

1. TMMR yeni tərkibi ilə tanışlıq .

2. Azərbaycan Respublikasında baş verə biləcək ictimai- siyasi vəziyyətin təhlili.

3. Təskilati məsələlər.

       Yeni təyin olunan vəzirlərlə fərd olaraq tanışlıq , qarşıda görüləcək işlər barəsində müzakirə etdik. Butun iştirakçıların verdikləri suallarına cavabladıq .    Azərbaycan Respublikasında hazırkı ictimai-siyasi vəziyyət, vəziyyətlə əlaqədar ölkə daxilində və ondan xaricdə baş verənlər haqqında   hökümətin Sər vəziri, əğəye Rəhim Mirzəyev geniş məruzə edərək, mövcud vəziyyəti ətraflı təhlil etdi. Baş verə biləcək prosseslərə Talış xalqının siyasi-ictimai fəal hissələrinin cəlbinə edilən cəhdlərə münasibətini bildirməklə, bu prosseslərin gedişatına uyğun olaraq, ona məlum olan təqvim planlaşdırmalarının təqribi vaxtlarını da, elan etdi. Özünü demokrat adlandırıb, millətçilik, pantürkçülük xəstəliyinə mübtəla olan, vaxtı ilə öz əməl və fəaliyyətləri ilə. Iqtidarda olduqları dövrlərdə bunu əyani göstərən adamların, yenə Qarabağ çağırışları ilə, saray çevrilişinə cəhdlərində Talış xalqının nümayəndələrinin iştirak edəcəyinin təhlukəli nəticələri barədə öz baxışlarını açıqladı.....
Sər vəzirin məruzəsi ətrafında MR prezidenti,Kənd Təsərrüfatı, iqtisadiyyat  vəziri, maliyyə,vergi və kömrük vəziri və digər vəzirlər öz münasibət və baxışlarını bildirdilər.
Məsələ ətrafında edilən çıxış, şərh və baxışları hərtərəfli müzakirə edərək yığıncaq qərara alır:

1. Yaranmış vəziyyəti daima diqqətdə saxlanmaqla, Talış xalqının bütövlükdə saray, tayfa və regiondaxili çəkişmələrdə iştirakının mənasızlığı, daima fəallara izah edilməklə ümümmüzakirə predmeti kimi gündəlikdə saxlanılsın; 

2. Ölkədaxili siyasi mübarizədə MR-nın ərazisi boyuk dövlət quruculuğunun inkişafı prossesinin vacibliyi təbliğatı daha da gücləndirilsin;

3. Vəziyyətin gərginliyi nəzərə alaraq, mutamadi  kabinetin iclası məcburi prossesudur kimi icbariləşdirilsin.

İkinci məsələ barədə Sər vəzir məlumat verərək, Hökümətin tərkibinə yeni əğələrin cəlb edilməsi, onlarla aparılan işlər haqqında məlumat verdi və prossesin müsbət tendesiyasında davamiyyətini qeyd etdi.
İclasın sədri: R.Mirzəyev
İclasın katibi: R .Almaszada


www.tolishstan.com
Category: TMMR XABARLAR | Views: 86 | Added by: tmmrtalish | Tags: Ruslan Almaszada . | Rating: 0.0/0
Total comments: 0
avatar