/ Новости сайта / TMH XABAR / Talış Muğan Muxtar  Respublikasının Mühacir hökumətinin, Ümümölkənin ictimai-siyasi həyatında, islahat adı ilə baş verən miqyaslı hadisələrə
18.01.2020

Talış Muğan Muxtar  Respublikasının Mühacir hökumətinin, Ümümölkənin ictimai-siyasi həyatında, islahat adı ilə baş verən miqyaslı hadisələrə

227 0 TMH XABAR
Talış Muğan Muxtar  Respublikasının Mühacir hökumətinin, Ümümölkənin ictimai-siyasi həyatında, islahat adı ilə baş verən miqyaslı hadisələrə münasibəti barədə

                                                                                 Müraciəti:

     Azərbaycan Respublikasının mərkəzi dövlət idarəçiliyində son zamanlar İslahat adı verilməklə, illərlə davam edən, hakimiyyət daxilində yaranan oliqarx-məmur, ailə-regional qarşıdurmaları  əsasında yaranan etimadsızlıq və münasibətlərin ayırd edilmə prosesi, hamının saxtalığına heç vaxt şübhə etmədiyi Ali qanunverici hakimiyyətin,-parlamentin buraxılması ilə nəticələndi.                                                                  Son dövrlərdə, nəinki ölkə miqyasında, ümumdünya səviyyəsində artıq hamıya məlum olan, Ölkəni idarəçiliyində cinəyyatkar mafiya qaydaları, prinsiplərinə üstünlük verməklə fəaliyyət göstərən, onsuz da, mənafeylərinə tam uyğunlaşdırılan qanunları da saya almadan, korrupsiya və toxunulmazlıqlarına arxayın şəkildə rüşvətə və talana qatı meylli məmur-oliqarxların dəyişdirilərək, nisbətən gənclərlə əvəzlənməsi prosesi başa çatdırılmaqdadır!                                                                                                                                                 
     İslahat adı verilməsinə cəhd edilən bu proseslərin arxasında, çox yəqin ki, hakimiyyətin daha da təmərgüzləşməsi, ailə-klanın etibar etdiyi və daha çox sədaqətlilik prinsipinə vəfalı olmaqla, Ölkə daxili və xaricində sərvətlərin talanmasında vahid mərkəzə hesabatlılığın daha ciddi qurulmasıdır.                                         
    Digər səbəblərdən biri, çox ola bilər əsası, hakimiyyətin ailə daxilində, ailə üzvlərindən birinə ötürülməsidir. Və buna çox ciddi və əsaslı hazırlıqlar kimi, yuxarıdakı tədbirlər sürətlə həyata keçirilir. Hakimiyyətin ötürülməsinə hazırlıqlar, hələ uzun vaxt bundan əvvəl, ölkə Konstitusiyasında əsassız dəyişiklikləri, ümumxalq rəy və münasibətləri saxtalaşdırmaqla həyata keçirilib.                                                        TMMR-in Mühacir hökuməti olaraq, vətənimizdə, tam ciddiyyətlə, gedən prosesləri izləyir və böyük narahatçılıqla elan edirik ki, bu islahat adı qoyulan proseslərin son nəticəsi, mahalımız üçün, onsuz da ağır olan hazırkı vəziyyəti bir qədər də ağırlaşdıracaq, əhalinin vətəni tərk etməklə köç etməsini intensivləşdirəcəkdir! Bu isə, antidemokratik, antiinsani rejimin Talış xalqının, ən azı, bir millət kimi kompakt yaşamına son verməsi barədə niyyətinin sürətlə başa çatdırılması olacaq!                                               
   Ölkədə, Talış ictimai fikrinə total müdaxilə nəticəsində, uzun illərdir, daxili qorxu xofunun təsirindən, lap helə hazırkı məqamda da, siyasi təşkilatlanmaya imkan verilmədiyindən, mərkəzi hakimiyyətdə Talış xalqının, bütövlükdə mahalın insanlarının taleylərinə özünüidarəsində problemlər daha ağır durumda olacaq. “İslahat” kimi bu gün sırınan tədbirlərin icrasında bir xalq olaraq iştirakın vacibliyi naminə bütün dünya Talışlarını vacib formada açıq, gizli qaydada siyasi təşkilatlanmağa çağırırıq!

Talış Muğan Muxtar Respublikasının Prezidenti,                                                                                                                                         
Talış Milli Hərəkatının sədri,                                                                                                                                             
Ələkrəm Hümmətov.

Talış Muğan Muxtar Respublikasının Mühacir hökümətinin Baş naziri                                                                         
  Rəhim Mirzəyev.





tolishstan.com
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Календарь
«  Декабрь 2019  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Всего ответов: 10
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0