19:07
Talış Muğan Muxtar Respublikasının Mühacir hökumətinin və Talış Milli Hərəkatının birgə    E t i r a z   M Ü R A C İ Ə T

Azərbaycan Respublikasının bəşəri demokratik dəyərlərinə əks və qəbul olunmaz hakimiyyət mənimsəyicisi, “dəyişməz” Prezidenti İlham Əliyev “yoldaşa”,  

Talış Muğan Muxtar Respublikasının Mühacir hökumətinin və Talış Milli Hərəkatının birgə 

                     E t i r a z   M Ü R A C İ Ə T İ:   

Yoldaş Prezident, sizin RF-nın prezidenti V.V. Putinin Ermənistan Respublikasının Baş nazir əvəzləyicisi N. Paşinyanla görüşü ərəfəsində, çox yəqin ki, məxsusi sifariş əsasında, növbəti təzyiq vasitəsi kimi, Azərbaycan Respublikasının mütləq qüsurlu formada “iqtisadi zonalara” ayırmaq  barədə sərəncamınıza  qəti etirazımızı bildiririk. 

 Bu sərəncamla siz, bir daha, özünüzün avtokrat və  Ölkə vətəndaşları tərəfindən seçilməmiş bir uzurpator olmağınızı sübuta yetirdiniz. Ölkə daxilində belə islahatlara  rəvac vermək, heç də prezidentin Xalqla məsləhətləşmədən, birbaşa səlahiyyətinə daxil olmamalı, az da olsa Xalq iradəsinə rəğmən həyata keçirilməsi barədə, çox yəqin ki, təssəvvürə belə malik deyilsiniz! Əks halda dövlətçiliyə, onun hakimiyyət mənbəyinə, mövcud konstitusiya və qanunlarına ziddiyyət yaradan əmələ növbəti dəfə qol qoydunuz. Sizin, ümumiyyətlə ailənizin, 30 illik klan-tayfa hakimiyyəti dövründə bir dəfə də olsun, Ölkənin tamhüquqlu və ağır günlərinin əsas cəfakeşi vətəndaşları olan Talış xalqının yaşam haqlarına hörmət yaradan müraciətiniz olmayıb. Siz və ətrafınız bütün imkan və gücünüzlə Talış adına yasaq qoymaqla yanaşı, Talış adının Azərbaycanın ictimai rəyindən tam silmək, məhv  etmə siyasətini davam etdirmiş və ardıcıl davam etdirirsiz! 

 Əks halda, heç bir iqtisadi qanun və normalarına, təbii və demoqrafiq  ölkə coğrafiyasına sığmayan, təxribat xarakterli sərəncama imza atmaqla, tarixən yaranmış qanunauyğunluqlara zidd, bütün iqtisadi rayonların keçmiş adlarını qismən də olsa saxlanmasına rəğmən, Talış Muğan adını  düşünülmüş şəkildə sərəncamdan çıxarılıb, növbəti saxta adla əvəzlənməsinə rəvac verməzdiniz! 

  Siz, belə davranışınızla, Azərbaycan Respublikasında, ölkənin ən əsas köklü xalqlarından biri olan Talışlardan ötəri, ögeyçilik rolunu apardığınız, növbəti dəfə təsdiq etdiniz. Sizin, tam yəqinliklə demək olar ki, razılığınızla Talışlara qarşı olan assimilyasiya, etnosid və iqtisadi genosid siyasəti, daxilən Talışlara qarşı  hüdudsuz nifrətin təcəssümüdür! 

Biz  Talışlar, Azərbaycanın köklü xalqı olaraq, öz hüquqlarımızı, beynəlxalq qanunlar çərçivəsində, BMT-nin, Avropa Şurasının qəbul etdiyi və Azərbaycan Respublikasının qoşulduğu avtoxon xalqlar və milli azlıqlar barədə qətnamə, öhdəlik, konvensiya və xartiyalara istinad edərək, varlığımıza, yaşam haqlarımıza və var olmamıza hörmətlə yanaşmanı  

                                          T Ə L Ə B    E D İ R İ K! 

 

 

Talış Milli hərəkatının sədri, 

Ələkrəm Hümmətov. 

TMMR-nın Vitse-prezidenti, 

Boris Talışinskiy. 

TMMR-nın Mühacir hökumətinin Baş naziri, 

Rəhim Mirzəyev. 

Category: TMH Xəbon | Views: 133 | Added by: tmmrtalish | Tags: Ələkrəm Hümmətov. Boris Talışinskiy | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: