search
menu
person

NEWS AND UDATES


11:34
Talış Muğan Muxtar Respublikasının Prezident     F Ə R M A N I :   26. 03. 2019 il.
                                                           Talış Muğan Muxtar Respublikasının Prezident

                                                                                    F Ə R M A N I : 

Haaqa şəhəri, Nederland krallığı                                     26. 03. 2019 il. 

Ötən ilin ortalarında n başlayaraq, Talış mahalında, mahalın, yaşam yerindən asılı olmayaraq, vətəndaşlarının öz müqəddəratına və taleylərinə münasibətlərdə köklü yeni yanaşmaları nəzərə almaqla, Talış Muğan Muxtar Respublikasının yuridik olaraq varlığını  əsas tutaraq, vətəndə avtoritar rejimin imkan verilmədiyindən, Azərbaycan Respublikasından kənarda,-Mühacirətdə yaşayan MR-nın gəncliyinin təşəbbüsü nəzərə alınmaqla, Talış Ağsaqqallarının Ali şurasının bilavasitə razılığı və dəstəyi ilə, TMMR-nın 1-ci Mühacir höküməti yaradıldı. 1-ci Mühacir höküməti 05 mart 2019-cu il tarixinə qədər hökümət daxili və eləcə də kənardan olan təsir və təzyiqlərə davam gətirərək, MR-nın həyatında bütün sahələri əhatə edən, nəzəri-əməli fəaliyyətini qura bildi. Təbii olaraq, MR-nın əhalisinin və eləcədə bu ərazidən kənarda yaşayan həmvətənlərimizin müasir həyatında, bir yenilik olduğundan, kifayyət qədər ciddi müzakirə və qeyri-müəyyən yanaşılmaqlarla qarşılandı. Bir-çox xarici qüvvə və mahalımızın siyasi-ictimai cəmiyyəti, ölkəmizdən kənarda yaşamalarına baxmayaraq, bu siyasi aksiyada iştirak etməsələr belə, kənardan təsir etmək, hökümətin fəaliyyət istiqamətlərində dəyişiklik etmək cəhdləri ilə üzləşdik və bütün bunlar təsirsiz qalmadı.
 Son aylarda, Mühacir hökümətin, hökümət üzvlərinin müəyyən hissəsinin passivliyi, etinasızlığı ucbatından yaranan ciddi fəaliyyətsizliyini nəzərə alaraq, tərəfimdən tam tərkibdə buraxıldı. TMMR-nın 1-ci Mühacir hökümətinin fəaliyyətində yaranan ciddi səhv və nöqsanları almaqla  Əğəye Rəhim Mirzəyevə yeni kabinetin təşkili tapşırıldı. Bilavasitə onun təqdimatı ilə qurulacaq yeni kabinet tərkibinin təsdiqi barədə, 15 mart 2019-ci il tarixində Talış Ağsaqqallarının Ali Şurasına  ünvanlığımız Təqdimat, heç bir dəyişiklik edilmədən 24 mart 2019-cu il tarixli iclasında təsdiq edildi. Bu və digər səbəbləri nəzərə alaraq

                                                                      Q Ə R A R A        A L I R R A M:

 1.Talış Muğan Muxtar Respublikasının 2-ci Mühacir hökümətinin  aşağıda göstərilən, hələ də tam olmayan, natamam tərkibdə təsdiq edilsin:- 

 Rəhim Mirzəyev – Mühacir hökümətin Sər vəziri (Baş naziri);

 Babazadə İlham- Sər vəzirin 1-ci müavini, Gənclər, idman və turizm naziri; 

Əzimov Subhan- Ümüm, orta, peşə ve ali-ixtisas təhsili naziri;

 Yusif Sərdarzadə-Millətlər və konfesiyalar (dinlər) arası münasibətlərin qurulmasında, əlaqə Naziri; 

Abdulov Mühəddin-Ədliyyə naziri;

 Ruslan Almaszadə -Maliyə, kömürük və vergilər naziri;

 Idris Qasımov -Nəqliyyat Rabitə və informatik vasitələr naziri; Mahmudov Rövşən- Energetika naziri

 Mirələmov Emil- Daxili İşlər fövqəladə hallar və Xüsusi xidmətlər üzrə nazir;

 İntiqam Həmidov- Əmək,sosial təminatlar naziri;

 Mahmudov Rövşən- Energetika naziri;

 Zamin Hüseynov- Kənd təsərrüfatı, iqtisadiyyat naziri;

 Balaş Əliyev-Tikinti və sənaye naziri.


  2. Sər Vəzir (Baş nazir) Rəhim əğə Mirzəyevə tapşırılsın ki, Muxtar Respublikanın dövlətin tam nəzəri idarəçiliyini təmin edəcək tərkibini TMMR Konstitusiya aktına uyğun qurulması, kadrların cəlb edilməsi prossesini ardıcıl olaraq davam etdirsin;

  3. Əğəye vəzirlərə tapşırılsın ki, rəhbəri olduqları Vəzarətliyə vəzirliyin kadr ehtiyatının, şöbə. Bölmə, departament rəhbərlərini, Vəzir müavinlərini seçərək, Sər vəzir və Prezident təsdiqinə təqdim etsinlər;  

  4. Əğəye Vəzirlərə (Nazirlərə) tapşırılsın ki, rəhbəri olduqları sahələr üzrə ştat cədvəllərini tərtib edib, müəyyənləşdirərək, tərtib etsinlər, əməli təyinatları həyata keçirsinlər; 

  5.Təyinatlarla əlaqədar əvvəlki əmr və qərarlar qüvvədən salınmış hesab edilsin. Bu fərmanın icrasına nəzarət əğəye Rəhim Mirzəyevə tapşırılsın və rüblük olaraq, həm Prezidentə, həm də, hazırda TMMR-in Qanunverici orqanının səlahiyyətlərini müvəqqəti həyata keçirən Talış Ağsaqqallarının Ali Şurasına hesabat versin. 

Talış Muğan Muxtar Respublikasının Prezidenti,

 Ə.Ə.Hümmətov
Category: TMMR XABARLAR | Views: 157 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar