search
menu
person

NEWS AND UDATES


18:23
Talış Muğan Muxtar Respublikasının Prezident F Ə R M A N I: Nederland krallığı, Haaqa ş-ri. 01.04.2019 il.
                                                Talış Muğan Muxtar Respublikasının Prezident

                                                                F Ə R M A N I:

 Nederland krallığı, Haaqa ş-ri.                                                        01.04.2019 il. 


TMMR-in 2-ci Mühacir höküməti, Talış xalqının hər bir nümayəndəsinin, harada yaşamından və hansı statusda olmasından asılı olmayaraq, yaşam və taleyinin hər sahəsində, onun yanında olduğunu elan etmiş, əməli qaydada da üzərinə göturduyu öhdəliyin icrasında qətiyətlidir. 
Talış xalqının gələcək yaşamı naminə məxsusi fikir və fəaliyyəti olan, xalqin dəyərli ictimai-siyasi, elm xadimi Fəxrəddin Əbboszodə (Abbasov), hazırda bütöv bir xalqın məhvinə yönələn siyasətə etiraz olan fikir və düşüncəsinə görə, bir, ədalət məhkəməsindən məhrum, quldurcasına şərləmə, böhtanlama ilə həbslər ustası kimi məşhurlaşmış rejimin iddiası və sifarişi ilə, Talış cəmiyyətinin böyük ümidlər bəslədiyi Rusiya Federasiyasında həbs edilərək, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları adlanan,- zor, vəhşilik apparatına, müəmmalı şəkildə təhvil verilmişdir. 
 Hazırda, AR-da orta əsr inkivizisiya qaydaları ilə, yazılmamış, lakin qaniniləşmiş antinsani normalarla, rejim əleyhinə olan fikir və düşüncəsinə gorə, çox sayda MR və ümümölkə miqyasında siyasi məhbus adlanan, girovlar vardır!
 Bütün bu və bununla əlaqədar, hazırkı vəziyyəti və gələcəkdə baş verə biləcək bütün ağır stiuasiyanı nəzərə alaraq, 

                                                                   Ə M R    E D İ R Ə M:

 -TMMR-in 2-ci Mühacir hökümətinin Sər vəziri, əğəye Rəhim Mirzəyevin sərdarlığı ilə, Fəxrəddin Əbboszodənin (Abbasovun) taleyinin bütün məqamlarında, məxsüsi Komisiya yaradılmaqla, onun hərtərəfli müdafiəsinin təşkili, bu komisiyaya həvalə edilsin.
 -Hökümətin müdafiə komisiyasının tərkibinə vəzirlər,
 -Ilham Babazadə, - Sər vəzirin 1-ci muavini,  İdman, gənclər və turizim vəziri;
 -Ruslan Almaszada, - Maliyə, vergi və gömrük vəziri;
 - Yusif Sərdarzadə  ,- Millətlər, dinlər və konfesiyalar arası əlaqələr vəziri;
 -Balaş Əliyev, -sənaye və tikinti vəziri.
-Əğəye R.Mirzəyevə tapşırılsın ki, əğəye F.Əbboszodənin(Abbasovun) və MR-nın ərazisindən olan siyasi girovların (məhbusların) tam azad olunduğu günə qədər, onların müdafiəsini Mühacir hökümətin əsas vəzifələrindən biri saymaqla, daima Beynəlxalq ictimaiyyəti və Xalqımızı, görülən işlər barədə məlumatlandırmaği, özünə əsas vəzifə saysın;
-Umumazərbaycan miqiyasında siyasi girovluqda(həbsdə), haqq-ədalət çağırışlarına görə saxlanılanların müdafiəsində birbaşa iştirak və müdafiənin təşkilatı işləri, əğəye vəzir Balaş Əliyevə tapşırılsın;
 -Fərmanın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 Talış Muğan Muxtar Respublikasının Prezidenti,

 Ə.Ə. Hümmətov.
Category: TMMR XABARLAR | Views: 151 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar