18:21
Talış Muğan Muxtar Respublikasının prezidenti Ələkrəm Hummətov cənabları  Talış jurnalistləri təbrik etdi

Talış Muğan Muxtar Respublikasının prezidenti Ələkrəm Hummətov cənabları  Talış jurnalistləri təbrik etdi 



 
XIX  əsrin sonlarında, 144 il bundan əvvəl, bu günkü tarixdə, tək-tək ziyalılardan biri olan Həsən bəy Zərdabi, öz bilavasitə şəxsi vəsaiti hesabına, xalqın həyatının müasirləşməsində və yaşamının təminatında dilin rolunun mühümlüyünü anaraq, o vaxt, Qafqaz tatar dili adlanan, türk dilində ilk  "Əkinçi" qəzetini dərcinə başladı və bu gün... Azərbaycan Respublikasında mətbuat günü kimi bayram edilir. Çox yəqin ki, həmin dövrlərdə də, indiki kimi, həmin Rusiya imperiyasının Cənubi qafqaz qəzalarında digər  millətlər, Talışlar, Tatlar, Ləzgilər və digərləri yaşayıb, amma onların öz milli qeyrətinə sahib kişiləri ya olmayıb, ya da olub, amma gələcəyin necə olacağını anlamayıb, bu günkülər kimi, hümmətçiliyin girdabından çıxmağa cürət, yaxud cəsarətləri olmayıb!...
 Talışların yaşamının əsas təsiredici qüvvəsinin mətbuat olduğunu XX əsrin 30-cu illərində anlayan və yaranan imkanlardan bəhrələnən Talışçı ziyalılar da, o dövrün hökümətinin yaratdığı şəraitdən bəhrələnərək, qəzetlər dərc etmişlər. Onda, bəs Talış mətbuatının yaranma günü hansıdır, əlbəttə bilənlər var?!...
 Yəqin ki, Talışlar da, vaxt gələr, öz mətbuat günlərini qeyd edəcək vaxtlarını yaradacaqlar, amma mən, bu gün, Ölkə səviyyəli mətbuat günü münasibəti ilə, hazırda mövcud olan, ağır maddi və inzibati dəstəyin olmamasından əziyyət çəkən,

Talış mətbuatının bütün nümayəndələrini              T Ə B R İ K 

edir,ağır məhrumiyyətlərdən xilas olmağı arzulayıram!... 
 Talışın mətbuat xadimləri, əziz Hovə və Boylilərim, bu ağır məhrumiyyətli işin öhdəsindən, hazırda gəldiyinizə görə, minnətdarlığımız qəbul edin!

tolishstan.com
Category: TMH XABAR | Views: 736 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: