/ Новости сайта / TMH XABAR / Talış Muğan Muxtar Respublikasının Prezidentinin, Talış Milli Hərəkatının və TMMR-nın Mühacir hökumətinin BAŞSAGLIGI :
11.07.2020

Talış Muğan Muxtar Respublikasının Prezidentinin, Talış Milli Hərəkatının və TMMR-nın Mühacir hökumətinin BAŞSAGLIGI :

193 0 TMH XABAR
Talış Muğan Muxtar Respublikasının Prezidentinin,
Talış Milli Hərəkatının və TMMR-nın Mühacir hökumətinin
Talış xalqının Ləyaqətli, mübariz oğlu, Əbilov (Mirzəlizadə) Kahin Mirzəli zoənın
vaxtsız dünyasını dəyişməsi ilə əlaqədar birgə,


                                                                                                  BAŞSAGLIGI :

Müasir dövrün ən görkəmli talış ictimai-siyasi xadimlərindən biri olan və bütün şüurlu həyatını xalqının milli-mədəni dirçəlişinə həsr edən Əbilov (Mirzəlizadə) Kahin Mirzəli  zoə ömrünün 52-ci yaşında bizləri tərk etdi. K. Əbilov (Mirzəlizadə) 16 mart 1968-ci ildə Azərbaycan SSRİ-nın Masallı rayonu Kolatan kəndində anadan olub. 1985-ci ildə Kolatan kənd orta məktəbini bitirərək, elə həmin ildədə Brest mühəndis-tikinti institutuna qəbul olunur (indiki Brest dövlət texniki universiteti) 1986-1988-ci illərdə hərbi xidmətini Sovet ordusu sıralarında  Arxangelsk şəhərində  keçir. Təhsilini Belorus politexnik universitetində davam etdirir. Yenidənqurma dövrünün başlanması ilə Kahin həm Azərbaycanda, həm də yeni vətəni olan Belarusiyadan aktiv siyasi-ictimai həyata qoşulur. Belə ki, O  ,həm Azərbaycan sosial-demokrat partiyasında, həm də Belorus Xalq cəbhəsində fəallıq göstərir.                                    
      Kahin Əbilov Belarusiyadan Azərbaycan diasporasının yaradıcılarından biri olmuşdur. Minsk şəhərində "Qobustan" icmasının yaradıcılarından və sədr müavini, həm də Belarusiya Azərbaycan icmaları konqresinin sədr müavini idi. Azərbaycan diasporasının "Dan ulduzu" adlı qəzetinin nəşrini təşkil etmiş, Azərbaycan diaspor asına həsr olunmuş "Azəricə danışaq" kitabını çap etdirmişdi .           
   Uğurlu sahibkarlıq fəaliyyəti ilə məşğul olan Kahin Mirzəlizadə "Simurğ" adı ilə şəxsi mini-futbol komandasını yaradır  və bu komanda bir sıra uğurlar əldə edir. Belarusiyanın ikiqat çempionu ,Belarusiya kubokunun ilk üçqat sahibi,  həmçinin Kontinentlər arası kubokunun medalçısı. O ,azərbaycanlılar arasında təşkil olunan "Novruz" həvəskar mini-futbol turnirinin  təşkilatçılarından biri olub.      

   Kahin Mirzəlizadəni talışın ən böyük mesenatlarından  biri saymaq olar. "Tolış" və "Şəvnışt" qəzetlərinin nəşrinə dəstək, Talış mədəniyyətinin dirçəlişi beynəlxalq fondunun əsasının qoyulmasında iştirak, talış dilində ilk musiqi albomunun (İsrail Məmmədovun " Bahand toışi bılbıl") maliyələşdirilməsi, talış və başqa dillərdə mədəniyyətimiz və tariximizlə bağlı bir çox kitabların nəşri və s. buna bariz nümunədir. O, Talış  Milli Akademiyasının-ilk talış elmi mərkəzinin yaradıcılarından biri və onun rəhbəri idi.             
 Məxsusi olaraq Kahin Əbilovun baş redaktor olduğu,  Talış Milli Hərəkatının ilk və mərkəzi informasiya platforması olan toluşpress.orq-u qeyd etmək lazımdır. Bu sayt üzərində talış vətənpərvərlərinin bütöv bir nəsli yetişib.   K. Əbilov eyni zamanda insan haqlarının müdafiəçisi kimi də fəaliyyət göstərirdi və xalqımızın hüquqlarını qoruyurdu. O, qanunsuz həbs olunan Novruzəli Məmmədovun, Hilal Məmmədovun, Fəxrəddin Aboszodənin müdafiəsi ilə bağlı mətbuatda çıxışlar edirdi. Rusiyanın məşhur hüquq müdafiəçisi S. Qanuşkina ilə birlikdə yuxarıda adları sadalanan şəxslərin hüquqlarının müdafiəsi məqsədi ilə press-konferensiyaların təşkilində iştirak edirdi.              Qədim talış mifologiyasında bir parlaq personaj var-Simurğ quşu. Simurğ quşu bütün quşların şahı olaraq  xeyirxahlıq himayədarı funksiyasına malik idi. Kahin Mirzəlizadənin həyat yolu buna bariz nümunə olduğundan ,yaxınları və dostları onu həmişə bu əfsanəvi quşla müqayisə edirdilər.  Kahin Əbilovun qohumlarına, yaxınlarına,  həmçinin bütün talış xalqına başsağlığı veririk. Talış “Simurğu " cismən bizi tərk etdi, amma ruhən bizimlədir və yeni "Simurğ" ların yetişməsinə stimul verəcək. Xıdo rəhmət bıko.


tolishstan.com 
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Категории раздела
TMH XABAR [247]
TMMR XABARLAR [80]
MADANİYYAT [15]
TALIŞH [227]
SIYASƏT [105]
SOSİAL ŞƏBƏKƏ XABARLARİ [12]
SİYASAT
ELİM VƏ İNKŞAF [13]
TARİX [23]
İDMAN [3]
TARİXİ ÇİXŞLAR [4]
SOSİAL PRABLEMLƏR [11]
TOLIŞİ POEZİYA . [25]
XƏBƏRLƏR [524]
События в мире [1]
Россия [3]
Политика [6]
Бизнес [1]
Технологии [0]
Наука [0]
Здоровье [1]
Спорт [0]
Образование [0]
Site information [1]
Dear, valuable and dear to our readers and regular followers of our site. Our site provides you with all kinds of news - economic, cultural, scientific, religious information and materials, as well as poems, stories and other valuable materials.   We consider informing as our main goal for you. Also, one of our main goals is the timely, accurate and honest reporting of traditions and customs, moral and social problems of other indigenous peoples of the country, as well as communicating the problems of the Talyshs to the world community as a whole! In particular, we thank and ask you for providing us with valuable information and materials, using every opportunity to achieve our goals, we thank those who helped us by conducting quick, timely and in-depth studies!   Site managers , Ruslan Almaszada . Deputy Head and Technical Manager Ilham Babazade. Tel.0031686031475
Календарь
«  Май 2020  »
ВсПнВтСрЧтПтСб
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Total of answers: 10
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0