18:58
Talış Muğan Muxtar Respublikasının Vitse-prezidenti, TMMR-nın Mühacir hökümətinin Təbiət, ekologiya və təbii sərvətlər Vəziri (Naziri) vəzif
Talış Muğan Muxtar Respublikasının Vitse-prezidenti, TMMR-nın Mühacir hökümətinin Təbiət, ekologiya və təbii sərvətlər Vəziri (Naziri) vəzifəsinin icraçısı Boris Talişinskidən,
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevə:
Hörmətli kolleqa,

Təmsil olduğunuz Azərbaycan Respublikasının hazırkı hökümətinin mahiyyətindən, çox ola bilər ki, ölkə miqiyasında eko-mühütin, təbiətin, sərvətlərinin istismarı və ilaxır Sizə aidiəti olan məsələlərdə, üzərinizə düşən vəzifələrin icrasında tam iqtidarsızsınız!
Bununla belə, Sizə müraciətlə, üzərinizə düşən vəzifələri və məsuliyyəti xatırlamağı, özümüzə borc bildik:
Bir neçə il dalbadal Talış Muğanın Hirkan meşələrində yanğınlarla, kütləvi şəkildə, tarixən göz bəbəyi kimi qorunan təbii sərvət, flora və fauna, əsasən də, bu faunanın nadir ağaclarının məhf edilməsinə mərkəzi hökümətinin laqeyid münasibəti hiss olundu. Hesab etmək olar, bu və bunlara uyğun digər fəlakət xarakterli “qəzalar”ın hamısı özünəməxsus şəkildə təbiətə qarşı birtərəfli müharibə deməkdir. Çox əfsuslar olsun ki, bütün bunların arxasında dayanan qurumlar, tək təbitə deyil, cəmiyyətə vurduqları ziyanın necə nəhənğ olduğunun varında deyillər və yaxud şəxsi mənafelərini hər şeydən üstün tuturlar. Bir-neçə illər bundan əvvəl çay plantasiyalarını məhf edən qurum indi meşələri hansısa xarici şirkətin mənfəətindən ötəri qurban verməyə başlamışdır...
Regionda yaşayan talışlara qarşı etnosid siyasət azmış deyə, indi də Talış meşələrinə qarşı qenosid siyasətə əl atılmışdır. Növbəti basqı yəqin ki, Talış dağları olacaq?!...
Beləliklə tədricən Talış adını tamamilə yoxa çıxarıb, yaddaşlardan silmək kimi məkirli planlarını davam etdirilir, ediləcəkdir.
Bütün bəşəriyyətin qlobal istiləşmə ilə mübarizə apardığı bir vaxtda, necə ola bilər ki, Azərbaycan hakimiyyəti, hazırda Lənkaranın Haftoni-Girdəni meşələrinin hansısa xarici şirkətlərin xeyrinə kütləvi qırılıb, məhv edilməsinə biganə münasibət sərgiləsin. Biz, Talış Muğan Muxtar Respublikasının Mühacir höküməti və Talış Milli Hərəkatı olaraq, təbitə qarşı olan bu dövləti genosidə son qoymağı və artıq məhf olunmuş təbiətin, əsasən nadir agacların tam bərpa olunmasını tələb edirik.
Bir daha nəzərinizə çatdırıram ki, məhf edimiş ağac və kollların arasında çox nadir, qırmızı kitaba salınmış növləri də mövcuddur.
Talış Muğan Muxtar Respublikasının Vitse-prezidenti, TMMR-nın Mühacir hökümətinin Təbiət, ekologiya və təbii sərvətlər Vəziri (Naziri) vəzifəsinin icraçısı
Boris Talişinski
Almaniya Federativ Respublikası, 13.07.2021il.
Category: TMMR-nın Xəbərlər | Views: 32 | Added by: tmmrtalish | Tags: tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: