20:58
Talış Muğan Muxtariyyət Respublikasının adından kimlər qorxur?
Talış Muğan Muxtariyyət Respublikasının adından kimlər qorxur? 
Bu suala cavab vermək üçün, əvvəl onun yaranması haggında qısa məlumat vermək istərdim. 
1989- cu ildə ilk dəfə olaraq, Əlikram Hümmətovun başçılığı altında, Azərbaycan ölkəsində(Lənkəranda) xalq cəbhəsi yaradıldı və Pribaltika ölkələrində nümunə olaraq nizamnamə qəbul olundu. O nizamnaməyə əsasən( bütün sivil ölkələrdə eynidir) Azərbaycanda yaşayan bütün xalqların haqq və hüquqları eyni dərəcədə qorunmalı idi və buna görə 22 may 1989 - cu ildə, ziyalılar tərəfindən, konfrans da keçirildi. Bu konfransda Azərbaycanın rəngarəngliyi və inkişafı naminə, hər bir xalqın bərabərlik və özünüifadə- və idarəetmə aktı da qəbul olundu. Azərbaycanın indiki bayrağı da ilk dəfə olaraq Lənkəranda qaldırıldı. 
Sonra Qarabağ müharibəsinin başlanması və Ələkrəm Hümmətovun bu müharibədə düşmənə qarşı vuruşması bu söhbətlərə 1993- cu ilin fevralına qədər son qoydu. Müharibənin qızğın getdiyinə baxmayaraq, nəyə görəsən Azərbaycan Respublikasının Ali Sovetinin sədri İsa Qəmbər, baş nazir Pənah Hüseyn və digərləri(ölkəni kiminsə əyalətinə çevirmək planını daşıyanlar) qəbul olunmuş aktları ləğv etmək fikirlərinə düşdülər, hətta Rəhim Qazıyev də onların bu hərəkətinə görə istefaya verməli oldu. 1993- ci ilin İyun ayında TMMR, Əlikram Hümmətovun başçılığı altında, Azərbaycan respublikasının konstitusiya qanunlar çərçivəsində, 240 deputatın səsvermə yolu ilə yaradıldı və bunun indiyə qədər də çoxsaylı canlı şahidləri olduğuna baxmayaraq, nəyə görəsən bunu şifahi olaraq qanunsuz bir qurum kimi təbliğ etməyə başladılar. Azərbaycan respublikasının bütövlüyü uğrunda mübarizə aparan, cəbhə bölgəsində kontuziya alan ölkənin igid oğluna, nəyin bahasına olursa olsun hakimiyyəti əldə edən Heydər Əliyevin başçılığı altında, böhtanlar yağdırıldı. Təxribatların nəticəsində Əlikram Hümmətov və tərəfdarları yalançı ittihamlarla həbs olundu. Onu da qeyd edim ki, ittihamların heç birisində TMMR- in quruluşu barədə bir kəlmə işlədilmir, bu bir daha sübut edir ki, hər şey qanun çərçivəsində baş verib. Öz qanunsuz etdikləri hərəkətlərə barət qazandırmaqdan ötəri, sonrakı bir neçə illərdə təxribat xarakterli, böhtanlarla dolu "qara yara" kimi filmləri tez-tez göstərərək cəmiyyəti buna inandırmağa cəhd etdilər və demək olar ki, buna tam olmasa da nail oldular. Niyə də olmasınlar, ölkədə təhsil sistemi bərbad vəziyyətdə, tarix saxtalaşdırılıb, canlı şahidlərin(hal hazırda partiya başqanları və hakimiyyət əlaltıları) quyruğu hakimiyyətin əlində. Kim inanmırsa arxivdən hər şeyi oxuya bilər, əyər imkan versələr. Əyər Talış Muxtariyyəti bərpa olsa(onun ləğv olunması barədə rəsmi və hüquqi bir sənəd qəbul olunmayıb) , bu ölkədə olan klan rejiminin sonu olacaq və bu da bildiyimiz kimi bir çoxlarına, hansı ki, dövlətin bütün sərvətini öz əllərində cəmləşdiriblər, sərf etmir. Cəmiyyət hələ də konfet kağızı ilə aldadılır. Sabahınız xeyir olsun!

Boris Talischinski
 
Category: TMH Xəbon | Views: 138 | Added by: tmmrtalish | Tags: Boris Talischinski | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: